Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1729/2024 26.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən ona hesablanmış 777,60 manat cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, atası X10 xx.xx.2021-ci ildə vəfat etmiş, hazırda yuxarıda göstərilən ünvanda özü yaşayır. Cavabdeh İB tərəfindən yaşadığı evə qaz sayğacı quraşdırılmış, sərfiyyatına görə sayğacda göstərilən borcları həmişə vaxtında ödənilmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən onun yaşadığı evə quraşdırılmış sayğac yararsız hesab edilərək yenisi ilə əvəz edilmişdir. Həmin vaxt evdə olsalar da onlara sayğacın dəyişdirilməsi barədə hər hansı Akt verilməmişdir. Ərizəsinə əlavə etdiyi Abonentin Saldosundan görünür ki, Cavabdeh tərəfindən əsassız olaraq mərhum atası X6 adına 777,60 manat qalıq borc yazılmışdır. Həmin borcun yaranmasında özü və ailə üzvlərinin heç bir təqsiri olmamışdır. Belə ki, sayğaca hər hansı müdaxilə edilməmiş, borcun yaranmasına səbəb olan hər hansı qanunsuz hərəkətlərə yol verməmişlər. Sayğac dəyişdirilərkən özü iştirak etməmişdir. Cavabdeh təşkilat borc hesablayarkən təqsirin nədən ibarət olmasını göstərməmiş, bunu əsaslandırmamışdır. Halbuki qanunvericiliyin tələbinə görə hər bir şəxsin təqsiri olması qanunla müəyyən edilmiş qaydada sübut edilməlidir. Habelə sayğac həyətyanı sahənin bayır tərəfində, yəni ev sahibi tərəfindən nəzarət edilməsi mümkün olmayan məsafədə quraşdırılmış, ona ev sahibi tərəfindən nəzarət edilməsi mümkün deyildir. Sayğacın müdaxilədən qorunması üçün cavabdeh təşkilat tərəfindən heç bir tədbir görülməmiş, sayğacın üzərinə qutu, korobka və s. quraşdırılmamış, buna görə də sayğaca müdaxilə edilməsinə və ya hər hansı problemin yaranmasına görə məhz cavabdeh təşkilat özü məsuliyyət daşıyır. Evinə quraşdırılmış qaz sayğacı küçədə yerləşir, heç vaxt sayğaca müdaxilə etməmiş, həmişə ödənişlərini vaxtında etmişdir. Göstərdiklərinə əsasən hesablanmış cərimə məbləğinin silinməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında əlavə olaraq qeyd etdi ki, 2023-cü ilin aprel ayında Cavabdeh əməkdaşları gəlib evin sayğacını dəyişmişlər, yerinə isə köhnə sayğac qoymuşlar. Sonradan həmin sayğac xarab olmuş, bu barədə aidiyyəti üzrə məlumat vermişdir. Yenə də əməkdaşlar gəlib sayğacı əvəz etmişlər. Ancaq sonradan mərhum atası Z.Şirinovun adına cərmə hesablayıblar. Aidiyyəti üzrə müraciət etmiş, cərimənin yazılmasının səbəblərini araşdırmaq istəmiş, ona bildirmişlər ki, məhkəməyə müraciət etsin, artıq cərimə məbləği yazılıb. Xahiş edir ki, hesablanmış 777,60 manat cərimə məbləği silinsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh məhkəməyə nümayəndə göndərməmiş, telefon əlaqəsi zamanı işlərinin çox olmasını bildirmişlər, qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını tədqiq edib bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməldir. AZE ******** saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1981-ci il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxx 1981-ci ildə Ağdam rayonu Güllücə kəndində anadan olmuş, atası X10, anası X2r. AZ-İİ № 143699 saylı X4 surətindən görünür ki, X10 14 aprel 2021-ci ildə vəfat etmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, 4912 nömrəli “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Ağdam X12 ilə mərhum X10 arasında qazın alqı-satqısına dair qarşılıqlı razılıq əsasında müqavilə bağlanmışdır. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24 oktyabr 2023-cü il tarixli, ******* saylı AKTdan görünür ki, mərhum Z.Şirinovun evinə quraşdırılmış yeni sayğac onun ailəsinə təhvil verilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı AKT-ın surətindən görünür ki, G-4 markalı, **********7 zavod nömrəli sayğacın membranını hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində sınıqdır. Qaz sayğacının yoxlanılması haqqında MSK 14-2-2/3-5-11689/Q001 saylı AKTın surətindən də görünür ki, G-4 markalı, **********7 zavod nömrəli sayğacın membranını hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində sınmışdır. Sayğac istismara yararsızdır. X9 Dair "Azəriqaz" İB-nin 30 oktyabr 2023-cü il tarixli Tələbnaməsində göstərilir ki, mərhum X7 məxsus sayğac Sənaye və Məişət qaz sayğaclarını kalibrləmə labaratoriyasının Qaz sayğacının yoxlanılması barədə 13 noyabr 2023-cü il tarixli 14-2- 2/3-5-11689/Q001 saylı Aktına əsasən G-4 markalı, **********7 zavod nömrəli sayğacın membranını hərəkətə gətirən dişli çarx kənar təsir nəticəsində sınıqdır. Abonentin Saldosundan görünür ki, İddiaçı az miqdarda istifadə etdiyi yanacağın dəyərini mütəmadi və ardıcıl olaraq ödəmişdir. Məhkəmə araşdırması zamanı İddiaçı sayğaca müdaxilə etməsi və yaxud ziyanın onun təqsirli hərəkətləri nəticəsində vurulması hər hansı sübutla öz təsdiqini tapmadı. Məhkəmə qeyd edir ki, qaz sayğacı fərdi yaşayış evi üçün həyətdən kənarda quraşdırılmışdır, müvafiq normativ sənədlərə görə həmin sayğacların işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi Cavabdeh İB-nin müvafiq qurumları təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydaları” haqqında Qərarının 1.1-ci bəndinə əsasən bu Qaydalar «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Həmin Qərarın 3.2-ci bəndinə əsasən qazdan istifadə edən istehlakçıları müvafiq yazılı göstərişlərə əməl etməli, qurğuları onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməli, yalnız xüsusi razılığı (lisenziyası) olan təşkilatla və ya qaz paylayıcısı ilə bağlanılmış müqavilə əsasında yaşayış sahəsində qaz qurğularının təmirini və onlara texniki xidmət göstərilməsini həyata keçirməli və.s. Qaydaların 4.3-cü bəndinə görə qaz sayğaclar SMPDK tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir, 4.4-cü bəndə görə qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Həmin Qaydaların 4.7 bəndi nəzərdə tuur ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirilir. Qaydaların 4.8-ci bəndi nəzərdə tutur ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Göründüyü kimi AzəriQaz İB-nin əməkdaşları tərəfindən aparılmış rəsmiləşdirilmələr qanunvericiliyin tələblərinə uyğun aparılmamış, sayğacın açılan vəziyyətini əks etdirən fotoşəkil və.s tərtib edilməmiş, bununla da iddiaçının təqsirli olması sübut olunmur. Təqdim edilmiş sənədlərdən belə görünür ki, abonent İddiaçı sayğac sökülən vaxta borcu olmamış, ödənişlər vaxtında edilmişdir. Məhkəmə iclasında İddiaçı göstərdiyindən belə məlum oldu ki, o, sayğaca heç bir müdaxilə etməyibdir. Məhkəmə qeyd edir ki, sayğaca heç bir kənar müdaxilənin aşkar görünmədiyi belə bir vəziyyətdə sayğacın məhz abonentin müdaxiləsi nəticəsində xarab olmasına dair AzəriQaz İB-yi əməkdaşları tərəfindən göstərilənlər ağlabatan sayıla bilməz, abonentin təqsirli olması sübut olunmur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, X11 Azərbaycan Respublikası Qanununa, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdeh təşkilatdan iddinın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu tutulub dövlət nəfinə verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İstehsalat X1 yaşadığı evində qıraşdırılmış sayğaca müdaxiləyə görə hesabladığı 777,60 manat cərimə məbləği silinsin. 30 /otuz/ manat Cavabdehndən tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Bayramov
Məhkəmə qərarları › İş №2(013)-1729/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1729/2024
26.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver