Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-181/2025 06.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - "xxxx" ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşadığı ünvan 1 ünvanda işlətdiyi elektrik enerjisinə aid elektrik sayğacına görə adına qanunsuz və əsassız hesablanmış 547 (beş yüz qırx yeddi) manat borcun silinməsi və yaşayış sahəsinə elektrik enerjisinin verilməsinin barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəməyə iddia ərizəsinə qarşı etiraz daxil olmuş və etirazda cavabdehin nümayəndəsi iddianın əsasız olduğunu göstərmiş və iddia tələbinə onun iştirakı olmadan baxıb iddia tələbini rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, onun Ağdam rayonunun Eyvazxanbəyli kəndindən məcburi köçkün olduğunu və Xüsusi Təyinatlı Yaşayış X2 əsasən Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində, 168 saylı mənzildə ailə üzvləri ilə birlikdə məskunlaşaraq yaşadığını, həmin evə cavabdeh təşkilat tərəfindən elektrik sayğacının quraşdırıldığını, aylıq sərfiyyata görə ödənişlərini həmişə vaxtında ödədiyini, cavabdeh təşkilatın əməkdaşları tərəfindən sayğaca baxış keçirildiyini və adına əsasız olaraq 547 manat borcun yazıldığını, əsassız yazılmış elektrik enerjisinə görə yaranan borcda onun təqsirinin olmadığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddia tələbinə etirazında göstərmişdir ki, Azərişiq" ASC-nin X4 əməkdaşları istehlakçıların Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş "Elektrik enerjisndən istifadə Qaydaları na və "X1 Qaydalarına əməl olunması vəziyyətini muəyyənləşdirmək məqsədilə ərazidə reyd keçirərkən 17 yanvar 2023-cu il tarıxdə iddiaçının yaşadığı evin enerji təchizat sxeminə və nesablaşma elektrik sayğacına baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum olmuşdur ki, sayğacın ekranı qaralıb, ekranda olan göstəricini terminalla oxumaq olmur. Bu isə "EEİQ-nin 8.17-ci həmçinin "EQQQ-nin bəndlərinin iddiaçı tərəfindən pozulması faktıdır. Nəticədə həmin pozuntu əməlinə görə iddiaçı barəsində 17 yanvar 2023-cu il tarixli R 289285 saylı akt tərtib edilmiş və hesabat aşağıdakı qaydada aparılmışdır: 4,5 kvt x 24 Saatx (Q,7) x 60 gün = 4536 kvts, tarif (400 kvts x 0,08 man = 32,00 manat), tarif (200 kvts x 0,09 manat = 18,00 manat), tarif (3936 kvts x 0,13 man= 511,68 manat) Cəmi 561,68 manat məbləğində əlavə ödəniş hesablamaqla, müəssisəyə vurduğu ziyan kimi 4536 kvts dəyərində itirilmiş elektrik enerjisinin dəyərini bərpa olunmuşdur. Ona görə də iddianın rədd edilməsi xahiş olunur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, o, "xxxx" ASC-nin X4 balans şöbəsinin rəisi işləyir. İddiaçı məxsus Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində, 168 saylı mənzildə quraşdırılmış elektrik sayğacına (smart kartla işləyən) kartı qəbul etmədiyi üçün baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum olmuşdur ki, sayğacın ekranı qaralıb, ekranda olan göstəricini terminalla oxumaq olmur. Ona görə də sayğac dəyişdirilmişdir. İddiaçı tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamış və sayğacın ekranın qaralmasında İddiaçı təqsiri olmamışdır. İddiaçı elektrik enerjisi üzrə yaranan borclarını həmişə vaxtında ödəmişdir və sayğac dəyişdirilənədək onun heç bir borcu olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X8 izahatında göstərdi ki, o, "xxxx" ASC-nin X5 nəzarətçi-mühəndis vəzifəsində işləyir. İddiaçı məxsus Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində, 168 saylı mənzildə quraşdırılmış elektrik sayğacına (smart kartla işləyən) kartı qəbul etmədiyi üçün baxış keçirmişlər. Baxış keçirilən zamanı məlum olmuşdur ki, sayğacın ekranı qaralıb, ekranda olan göstəricini terminalla oxumaq olmur. Ona görə də sayğac dəyişdirilmişdir. İddiaçı tərəfindən elektrik sayğacına heç bir müdaxilə olunmamış və sayğacın ekranın qaralmasında İddiaçı təqsiri olmamışdır. İddiaçı elektrik enerjisi üzrə yaranan borclarını həmişə vaxtında ödəmişdir və sayğac dəyişdirilənədək onun heç bir borcu olmamışdır. Məhkəmə iddiaçının izahatını və çıxışını, şahid izahatlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin abunəçi İddiaçı (abunə № **********00177) barəsində “Abunə haqqında” çıxarışdan görünür ki, abunəçinin 547 manat cərimə borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və icra edildiyi yerə görə də verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-ci maddəsinin tələblərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsinən abonentə, abonendən subabonentə elektrik enerjisinin verlişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.3-cü maddəsinin tələblərinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik enerjisnə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci maddəsinin tələblərinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu maddəsinin tələblərinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcimdə ödənilməsini təmin etməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, İddiaçı məxsus Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində, 168 saylı mənzilində elektrik sayğacının ekranının qaralması və bu səbəbdən ekranda olan göstəricinin terminalla oxumaq olmaması abunəçinin təqsirindən kənar təsir nəticəsində baş verməsi və ya həmin elektrik sayğacına müdaxilənin olduğunu və olduğu halda həmin müdaxilənin İddiaçı tərəfindən törədildiyi cavabdeh "xxxx" ASC tərəfindən müəyyən edilməmişdir. İddiaçıya məxsus Ağdam rayonunun Birinci Baharlı qəsəbəsində, 168 saylı mənzilində elektrik sayğacının ekranının qaralmasında abonentin, yəni iddiaçının təqsirindən baş verməsini aşkar edilmədiyini iş üzrə şahid kimi dindirilmiş "xxxx" ASC-nin X5 balans şöbəsinin rəisi iləyən Ş.Mirzəyev və nəzarətçi-mühəndis E,Əzizov da izahatlarında göstərmişlər. Həmçinin, məhkəmə onu da qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi R.Əliyevin iddia tələbinə etirazında göstərinlər halları, o cümlədən sözügedən elekrik sayğacında baş verən texniki nasazlığın (sayğacın ekranın qaralması) İddiaçı təqsirindən olmasını sübut edən rəsmi sənədlər etiraza əlavə edilməşdir. İddiaçı yaşadığı mənzildə quraşdırılmış elektrik sayğacı “Smart kart” vasitəsi ilə işləyir, yəni əvvəlcədən “Smart kart”a pul ödəmək şərti ilə (əks halda elektrik enerjinin verilməsi sayğac tərəfindən qapanır), bu halda abonentin 60 gün elektrik enerjisindən göstərilən həcmdə pul ödəmədən istifadə edilməsi texniki baxımdan mümkün deyil və məhkəmə həmin hallı ağlabatan hesab etmir. Belə olan halda məhəkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən abonentin təqsirini müəyyən etmədən onun, yəni İddiaçı adına hesablanmış 547.0 manat borc tam əsasızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı adına hesablanmış 547.0 manat borc məbləği əsasız olduğundan silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı adına qanunsuz və əsassız olaraq cərimə kimi hesablanmış 547.0 (beş yüz qırx yeddi) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-181/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-181/2025
06.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver