Məhkəmə qərarları › İş №2(013)-1925/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-1925/2025

06.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-1925/2025 06.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Cavabdeh2 nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi - həmin idarənin Hüquq Şöbəsinin müdiri Nümayəndə2, Üçüncü şəxslər X5, X6 və X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı daşınmaz əmlakın dövət reyestrində aparılmış qeydin ləğv edilməsi, buna dair verilmiş çıxarışın etibarsız hesab edilməsi və miras əmlak üzərində pay hüququnun tanınması tələbi barədə mülki işə 06 avqust 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia qaldıraraq xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 142 kv.metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli ********** nömrəli qeydin ləğv edilməsi və verilmiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 142 kv.metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 142 kv.metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi iddiaçının mərhum atası X2 mülkiyyətində olmuşdur. İddiaçının atası xx.xx.1994-cü, anası X8 isə xx.xx.1995-ci ildə vəfat etmişlər. Bundan sonra valideynlərindən miras qalmış ata yurdunda bu günədək iddiaçı yaşamışdır. Heç bir zərurət olmadığına görə iddiaçı ata yurdu üzərində mülkiyyət hüquqlarını dövlət reyestrində qeydə aldırmamışdır. Çünki kənddə hamı evin və torpaq sahəsinin atasından iddiaçıya miras qaldığını və həmin evdə iddiaçının yaşadığını bilmişdir. Lakin cari ilin əvvəlində iddiaçının təsadüfən aldığı məlumata görə Cavabdeh2 hansısa qanunsuz yollarla atasından miras qalmış əmlak üzərində öz mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırdığını bilmişdir. İddiaçının vəkil vasitəsi ilə verdiyi sorğuya cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli məktubu ilə torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin xx.xx.2024-cü il tarixdə Cavabdeh2 adına mülkiyyət hüququ əsasında qeydə alındığını və bu barədə ona müvaliq çıxarış verildiyini bildirmişdir. Mərhum atasından miras qalmış ev və torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tamamilə qanunsuz və əsassız olmuşdur. Çünki torpaq sahəsi və ev miras əmlakdır və Cavabdeh2 həmin evdə bir gün də olsun yaşamamışdır. Bundan başqa əmlaklarla bağlı notariat kontorunda vərəsəlik işi açılmamış və cavabdehin əmlak üzərində vərəsəlik hüququ tanınmamışdır. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə1 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi qismində məhkəmədə izahat verən Vəkil iddianı etiraf etməyərək göstərmişdir ki, təmsil etdiyi şəxsin adına mübahisəli evə və torpaq sahəsinə dair çıxarış Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2024-cü il tarixli 16 saylı arayışı əsasında verilmişdir. Heç bir vərəsəlik işinin olmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə2 iddianı etiraf etməyərək göstərmişdir ki, Cavabdeh2 onun təmsil etdiyi idarəyə Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2024-cü il tarixli 16 saylı arayışını təqdim etmiş və bunun əsasında evə və torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış alınmışdır. Üçüncü şəxs qismində məhkəmədə izahat verən X5, iddianı əsaslı hesab edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs qismində məhkəmədə izahat verən X6 iddianı əsaslı hesab edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs qismində məhkəmədə izahat verən X9 iddianı əsaslı hesab edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X4 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə üçüncü şəxs X3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və əlavə olunmuş sənədləri nəzərdən keçirib belə hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 127 saylı məktubundan görünür ki, mərhum X1 miras qalmış əmlaka Ağdam Rayon Dövlət Notariat Ofisinində heç bir vərəsəlik işi aparılmamışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2024-cü il tarixli 16 saylı arayışından görünür ki, Ağdam rayonu Xındırıstan kənd ərazi nümayəndəliyinin 1996-2000-ci illləri əhatə edən təsərrüfat başına uçot kitabının 49-cu səhifəsinə əsasən Cavabdeh2 adına 142 kvmetr olan ev və 0,20 ha torpaq sahəsi qeyd olunmuşdur. İşə baxılarkən məlum olmuşdur ki, Cavabdeh2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş çıxarış vərəsəlik işi əsasında deyil, onun təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialının xx.xx.2024cü il tarixli 16 saylı arayışına əsasən tərtib edilmişdir. Göründüyü kimi iddiaçının hazırki mübahisəsi inzibati orqanın hərəkətləri ilə bağlıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsində qeyd olunmuşdur ki, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar və ya digər növ hakimiyyət tədbiridir. «İnzibati orqanların təsnifatı»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsində qeyd olunmuşdur ki, Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. 2.2-ci maddəyə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcbur etmə haqqında iddia). İddiaçı hazırki tələblə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət etməli, həmin orqan onun müraciətini təmin etmədiyi halda İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin hərəkət və hərəkətsizliyindən aidiyyəti üzrə inzibati məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. İddiaçıya izah olunur ki, hazırkı mübahisə inzibati xarakterlidir, aidiyyəti üzrə inzibati məhkəməyə müraciət oluna bilər. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 142 kv.metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən aparılmış xx.xx.2024cü il tarixli ********** nömrəli qeydin ləğv edilməsi və verilmiş çıxarışın etibarsız hesab edilməsi, xx.xx.1994-cü il tarixdə vəfat etmiş mərhum atası X1 miras qalmış Ağdam rayonunun Xındırıstan kəndi ərazisində yerləşən 142 kv.metr sahədən ibarət fərdi yaşayış evi və 0,20 ha torpaq sahəsinin 1/6 hissəsi üzərində onun vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işin icraatına xitam verilsin. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar