Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2016/2025 05.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT048/2025-00026 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə etdiyini, Maraqlı şəxs ilə xx.xx.2017-ci ildə rəsmi nikahla ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladının olduğunu, aralarında olan problemlər səbəbindən ailə münüsibətlərinin pozulduğunu, uşağın onun himayəsində olduğunu, özünün maddi vəziyyətinin yaxşı olmadığını, uşaqların tələbatlarını ödəyə bilmədiyini, aliment və digər mübahisələrin həlli üçün maraqlı şəxsin mediyasiya təşkilatına müraciət etdiyini, bağlanmış barışıq sazişinə əsasən, qarşı tərəfin X5 adlı övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, alimentin, baxım pulunun, ev kirasının, kommunal xərclərin və bütün bunlardan başqa, Maraqlı şəxs onun adına “Kapital Bank”dan götürdüyü 1350 manat krediti, “Bank Respublika”dan götürdüyü 700 manat krediti, “Kontakt Home”dan götürdüyü 750 manat dəyərində olan iki ədəd telefon, “Kontakt Home”dan götürdüyü 632 manat dəyərində olan telefon, “Kontakt Home”dan götürdüyü 226 manat dəyərində olan iki ədəd avtomobil təkərinin götürdüyünü və bunlara görə hər ay ümumilikdə 264 manat ödənişlərin edilməsi ilə bağlı qarşılıqlı razılığa gəldiklərini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən işdə maraqlı olan şəxs Maraqlı şəxs izahatında ərizə ilə tanış olduğunu, özünün hərbiçi olduğunu, Ərizəçi ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, hazırda boşanma ərəfəsində olduqlarını, birgə nikahlarından olan xx.xx.2017-ci il təvəllüdlü X5 adlı övladlarının hazırda anasının himayəsində olduğunu, odur ki, övladının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat alimenti, 100 manat baxım pulunu, 100 manat tibbi xərclər üçün, bundan başqa 250 manat kirayə pulu, 100 manat kommunal xərclər olmaqla, hər ay cəmi 850 manat məbləğində pulu 2025-ci ilin aprel ayından başlanılmaqla və hər ayın 20-dən gec olmamaqla, bundan başqa Ərizəçi tələb etdiyi bütün kredit ödənişlərinin, kreditin bitmə tarixinə qədər ödənilməsinə razı olduğunu, bu barədə qarşılıqlı razılığa gələrək barışıq sazişı bağladıqlarını bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı №998479 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 xx.xx.2017-ci ildə doğulmuşdur, onun atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Ağdam 1 saylı Mediyasiya Təşkilatının X1 tərəfindən təsdiq edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT048/2025-00026 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 300 manat alimenti, 100 manat baxım pulunu, 100 manat tibbi xərclər üçün, bundan başqa 250 manat kirayə pulu, 100 manat kommunal xərclər olmaqla, hər ay cəmi 850 manat məbləğində pulu 2025-ci ilin aprel ayından başlanılmaqla və hər ayın 20-dən gec olmayaraq Ərizəçi xeyirinə pdəyəcəyi ilə bağlı şərtlərini irəli sürmüş, 2-ci maddəsindən göründüyü kimi, 2-ci tərəf Ərizəçi mediyasiya təşkilatında könüllü iştirak edərək, 1-ci tərəfin verdiyi təkliflə tanış olmuş və razılaşmış və bunlarla tam razlaşan 2-ci tərəf etiraz etməyərək, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün 300 manat alimenti, 100 manat baxım pulunu, 100 manat tibbi xərclər üçün, bundan başqa 250 manat kirayə pulu, 100 manat kommunal xərclər olmaqla, hər ay cəmi 850 manat məbləğində pulu 2025-ci ilin aprel ayından başlanılmaqla və hər ayın 20-dən gec olmayaraq onun xeyirinə ödənilməsi, bunlardan başqa, Maraqlı şəxs onun adına “Kapital Bank”dan götürdüyü 1350 manat krediti, “Bank Respublika”dan götürdüyü 700 manat krediti, “Kontakt Home”dan götürdüyü 750 manat dəyərində olan iki ədəd telefon, “Kontakt Home”dan götürdüyü 632 manat dəyərində olan telefon, “Kontakt Home”dan götürdüyü 226 manat dəyərində olan iki ədəd avtomobil təkərinin götürdüyünü və bunlara görə hər ay ümumilikdə 264 manat ödənişlərin Maraqlı şəxs tərəfindən həyata keçiriləcəyi təqdirdə barışıq sazişini imzalayacayığını bildirməkləqarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 8. Əgər Saziş məhkəmə tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası məhkəmənin qərarına əsasən həyata keçirilə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan, təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs hər ay 250 manat kirayə pulu, 100 manat kommunal xərclər, 100 manat baxım pulu, 100 manat uşağın tibbi xərcləri və kredit götürdüyü əmlaklarının cəmi 264 manat aylıq ödənişləri tutularaq Ərizəçi ödənilsin. xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat aliment Maraqlı şəxs tutularaq X4 ödənilsin. Alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2016/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2016/2025
05.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver