Məhkəmə qərarları › İş №2(013)-202/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-202/2024

01.03.2024 · Sair mülki iş - Digər - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-202/2024 01.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qardaşı X2 xx.xx.2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs Ağdam rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında işitrak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil izahatında ərizəni müdafiə edərək, ərizəçinin mərhum qardaşı X2 xx.xx.2023-cü il tarixdə vəfat etdiyini və Bərdə rayonunda yerləşən qəbristanlığnda dəfn edildiyini, lakin mərhum vəfat etdikdən sonra onun barəsində ölüm haqqında şəhadətnaməni almadıqlarını, hazırda məcburi zərurətlə bağlı olaraq ölüm haqqında şəhadətnamənin tələb olunduğunu, bu barədə Ağdam rayon qeydiyyat şöbəsinə müraciət etsədə ölümün qeydə alınmasına əsas verən sənədlərin olmadığını, bu barədə aidiyyəti üzrə məkəməyə müraciət etməsinin tövsiyyə olunduğunu bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında göstərdi ki, X4 xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Təzəkənd qəsəbəsində yaşadığı evdə vəfat etmişdir, və o, Bərdə rayonunda yerləşən qəbristanlığda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında göstərdi ki, X4 xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Təzəkənd qəsəbəsində yaşadığı evdə vəfat etmişdir, və o, Bərdə rayonunda yerləşən qəbristanlığda dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahatında göstərdi ki, X4 xx.xx.2023-cü il tarixdə Bərdə rayonu, Təzəkənd qəsəbəsində yaşadığı evdə vəfat etmişdir, və o, Bərdə rayonunda yerləşən qəbristanlığda dəfn olunmuşdur. Məhkəmə iş üzrə ərizəçinin nümayəndəsinin və şahid izahatlarını dinləyib, iş materiallarını araşıdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Bakı Şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X2 ölümü barədə şəhadətnamənin verilməsi ilə bağlı müraciətə baxılmış, lakin tibbi arayışın olmaması səbəbindən bunun mümkün olmadığl və məhkəməyə müracət edilməsi tövsiyyə edilmişdir. İş materiallarında olan İ-JQ seriyalı, № 376197 nömrəli, xx.xx.1972-ci il və AZ seriyalı, № ******* nömrəli, xx.xx.1962-ci il tarixli “X1 surətindən görünür ki, mərhum X4 ilə və ərizəçı İddiaçı bacı qardaşdır. Məhkəmə ərizədə göstərilən predmetlə bağlı qanunvericiliyin aşagıdakı müvafiq normalarını qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Konsitutisiyasını 60-cı maddəsinin İ bəndinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə və inzibati qaydada müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, X2 xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1951-ci il təvəllüdlü X2 xx.xx.2023-cü il tarixdə Bərdə rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən sonra 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar