Məhkəmə qərarları › İş №2(013)-2062/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2062/2025

10.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2062/2025 10.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X7 X6 Sistemlərinin İstismarı İdarəsinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X7 X6 Sistemlərinin İstismarı İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq yazılmış 732.70 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, Ağdam rayonu, Sırxavənd kəndinin işğalından sonra, ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə məskunlaşıb yaşayır. Həmin yaşayış evinə cavabdeh X6 Sistemlərinin İstismarı İdarəsi tərəfindən su qovşağı çəkilsədə, 15 ilə yaxın bir müddət idi ki, suyun gəlmədiyini, 2024-cü ildə aparılan bərpa işlərindən sonra evinə suyun gəldiyini, lakin X6 Sistemlərinin İstismarı İdarəsinin 02 iyun 2025-ci il tarixli, 211 nömrəli məktubundan da göründüyü kimi adına 732.70 manat məbləğində əsassız borc yazılmışdır. O, sudan istifadəyə görə yaranan borclarını həmişə vaxtında ödəyir. Lakin qeyd olunan məktubdan göründüyü kimi onun adına heç bir əsas olmadan 732.70 manat əsassız borc yazılmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında iddianının əsasız olduğunu, İddiaçı yaşadığı ünvan 1 ünvandakı mənzilinə X6 Sistemlərinin İstismarı İdarəsi tərəfindən su qovşağının 16 ildən artıq bir müddətdir ki çəkildiyini və daimi su ilə təchiz olunduğunu, abonent kartından da göründüyü kimi iddiaçının borcunun hələ 2018-ci il tarixdən yığılaraq qaldığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X6 Sistemlərinin İstismarı İdarəsi tərəfindən ünvan 1 ünvanda xx.xx.2017-ci il tarixli müqavilə üzrə quraşdırılmış abonent kodu **********000: 40450797 olan su paylayıcısına aid abonent kartından görünür ki, İddiaçı adıa 2018-ci il tarixdən başlayaraq, güzəşt olunamaqla cəmi 738.70 manat borc yazılmışdır. İş materiallarında olan X6 Sistemlərinin İstismarı İdarəsinin 02 iyun 2025-ci il tarixli, 211 nömrəli arayışından görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda istifadə etdiyi içməli suya görə 732.70 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikasının Qanununun 30-cü maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanununun 62-ci maddəsinə əsasən Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Məhəkəmə qeyd edir ki, iddiaçının adına su təchizatı xidmətlərindən istifadəyə görə yaranmış 732.70 manat borc borcun silinməsinə qanuni əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Dövlət Su X1 Su Meliorasiya Xidməti X7 X6 Sistemlərinin İstismarı İdarəsinə qarşı cavabdeh tərəfindən İddiaçının adına qanunsuz və əsasız olaraq yazılmış 732.70 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar