Məhkəmə qərarları › İş №2(013)-2100/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2100/2025

20.06.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2100/2025 20.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi /Maraqlı şəxs/ X3 X4 X8 ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə mürəciət edərək Maraqlı şəxs ilə Mediasiya Şurasında bağlanmış 19 dekabr 2024-cü il tarixli, MŞA/MT044/2024-00072 saylı Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində göstərir ki, Maraqlı şəxs ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, rəsmi nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X5 anadan olmuşdur. xx.xx.2024-cü il tarixdə nikahın pozulmasının həll edilməsi üçün mediasiya şurasına müraciət etmiş, nikahın pozulması tələbinə dair maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər. Bu səbəbdən barışıq sazişini imzalamışlar. Maraqlı şəxs mediasiya prosesində bağladıqları xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin şərtlərinə əməl edir və bu səbəbdən sazişin məhkəmə qaydasında rəsmiləşdirilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna görə də barışıq sazişinin təsdiq olunmasını istəyir. Əizəsinin təmin edilməsini xahiş edir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, boşanmaq barədə Maraqlı şəxsla razılaşmışlar, ona görə də onlara izah olunub ki, məkəməyə ərizə versinlər. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etdi, boşanmağa razı olmasını bildirdi. Ərizəyə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1990-cı il təvəllüdlüdür. Bərdə RİH Başçısının Mirzəxan-Qaraqoyunlü Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 32 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Türkmən kəndində qeydiyyatdadır. Bərdə Regional ASAN XİDMƏT X7 tərəfindən 08 yanvar 2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 471384 saylı X1 surətindən görünür ki, Maraqlı şəxs ilə X6 aralarında 08 yanvar 2022-ci il tarixdə 38 saylı nikah qeydə alınmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 dekabr 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı, 929443 saylı X2 surətindən görünür ki, X5 xx.xx.2023-cü il tarixdə anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx xxxx 1999-cu il təvəllüdlüdür. Ərizəyə əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 11 aprel 2025-ci il tarixli, 2(021)- 2027/2025 saylı Qərardadının surətindən görünür ki, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi geri qaytarılmışdır. X10 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs aralarında bağlanmış 19 dekabr 2024cü il tarixli Barışıq Sazişinin 1-ci və 2-ci bəndlərindən görünür ki, ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi verdiyi təkliflə tanış olaraq qismən razılaşdığını bildirmiş, 08 yanvar 2022-ci il tarixdə Bərdə Rayon Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinin akt qeydlər kitabında 38 say ilə qeyd edilmiş rəsmi nikahlarının pozulmasına razı olduğunu, birgə nikahlarından olan 2023-cü il təvəllüdlü Zəhra adlı övladlarının ananın himayəsində saxlanılmasına heç bir etirazı olmadığını, uşağın saxlanılması üçün hər ay 110 manat məbləğində slimentin birinci tərəfin xeyrinə ödəməyə gücünün çatdığını bildirmişdir. Həmin Sazişin 8-ci bəndinə görə saziş könüllü icra ediləcək, könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 19.2-ci maddəsinin tələbinə görə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.1-ci maddəsinin tələbinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişinin Maraqlı şəxs tərəfindən könüllü icrası mümkün deyil. Çünki tərəflərin birgə nikahından azyaşlı övladları olduğundan və Ailə Məcəlləsinin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar olmadığından tərəflər arasında bağlanmış nikahın pozulması məhkəmə qaydasında həyata keçirilməlidir. Bunun üçün tərəflər nikahın pozulması tələbi ilə ümumi qaydada aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidirlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Qeyd olunan Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya Haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məcəllənin 355-25.1-ci maddəsinə görə barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Sözügedən Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir : /355-26.1.1/ barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, /355-26.1.2/ barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, verilmiş ərizə əsasızdır və tərəflər arasında bağlanmış 19 dekabr 2024-cü il tarixli, MŞA/MT044/2024-00072 saylı barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Mediasiya Prosesində bağlanmış 19 dekabr 2024-cü il tarixli, MŞA/MT044/2024-00072 nömrəli Barışıq Sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar