Məhkəmə qərarları › İş №2(013)-2196/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2196/2024

26.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2196/2024 26.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına Cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 777.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı onun Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 20\90 ünvanında məcburi köçkün kimi məskunlaşaraq yaşadığını bildirmiş, ona görə də qeyd olunan iddia ərizəsi üzrə mülki işin yaşadığı rayonun məhkəməsinə, yəni Bakı şəhəri Nərimanov rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, İddiaçı Ağdam rayon Şıxlar kəndindən məcburi köçkündür və Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Qayıbov 20\90 ünvanında yaşayır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, № ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, İddiaçı məxsus Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20\90 ünvanında yerləşən fərdi evində qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin sındığının aşkar edildiyi və nəticədə 6480 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı ünvan 2 ünvanında yaşayır və həmin yerdə yerləşən ona məxsus fərdi yaşayış evində olan qaz sayğacına görə ona borc hesablanmışdır. Cavabdeh ünvanı isə ünvan 3dia üzrə mübahisənin Ağdam rayon məhkəməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Bakı şəhəri, Nərimanov Rayonı Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 32.3cü, 44.2.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı onun adına Cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 777.60 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar