Məhkəmə qərarları › İş №2(013)-2208/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2208/2024

19.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2208/2024 19.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi - fərdi qaydada fəaliyət göstərən vəkil X4, Cavabdeh2 iştirakı ilə, İlkin iddia - iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə1 və Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi, Qarşılıqlı iddia - Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə mülki işə 19 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 rayon məhkəməsində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qanuni nümayəndə1 və Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı iddia qaldıraraq X7 1-ci növbə vərəsələri kimi tanınmaları və X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində yerləşən 170 kv.metrdən ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə ərizə təqdim etməklə iddia tələbinin həcmini azaldaraq X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində yerləşən 170 kv.metrdən ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə İddiaçı1, İddiaçı2, İddiaçı3 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3 Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinə qarşı qarşılıqlı iddia qaldıraraq X7 1-ci növbə vərəsələri kimi tanınmaları və X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində yerləşən 170 kv.metrdən ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə ərizə təqdim etməklə iddia tələbinin həcmini azaldaraq X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində yerləşən 170 kv.metrdən ibarət fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,12 ha torpaq sahəsinə Cavabdeh1 və Cavabdeh2 paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı2 və İddiaçı3 nümayəndəsi qismində məhkəmədə izahat verən S.B.Zeynalov ilkin iddianı müdafiə, qarşılıqlı iddianı isə etiraf edərək qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsinə razı olduğunu, miras qoymuş şəxsin vəsiyyətnamə qoymadığını bildirərək ilkin və qarşılıqlı iddia ərizələrinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh2 ilkin iddianı etiraf, qarşılıqlı iddianı isə müdafiə edərək qanun üzrə vərəsələrin paylarının müəyyən edilməsinə razı olduğunu, miras qoymuş şəxsin vəsiyyətnamə qoymadığını bildirərək ilkin və qarşılıqlı iddia ərizələrinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 və İddiaçı1 məhkəməyə teleqramlar ünvanlayaraq işə iştirakı olmadan baxılaraq miras paylarının verilməsini xahiş etmişlər. Cavabdeh Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin xüsusi notariusu Bənövşə Əlizadə məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin, Cavabdeh1 və İddiaçı1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Yetkinlik yaşına çatmayan xx.xx.2017-ci il təvəllüdlü cavabdeh İddiaçı3 Məcid oğlu və onun qanuni nümayəndəsi olan anası X2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir səbəb göstərmədən məhkəmə iclasına təkrarən gəlməmişlər. Məhkəmə cavabdehin və onun qanuni nümayəndəsinin iclasa gəlməmələrinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş AZ-İİ № 359195 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2023-cü ildə vəfat etmişdir. Qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2018-ci il olan çıxarışın surətindən görünür ki, İmişli rayonunun Göbəktala kəndində 0,12 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 170 kv.metr olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X7 adına qeydə alınmışdır. AZ-İV № 887692 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1980-cı ildə anadan olmuş, atası X12, anası İddiaçı2dır. AZ-İV № 887690 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1990-cı ildə anadan olmuş, atası X12, anası İddiaçı2dır. AZ-İV № 887691 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1982-ci ildə anadan olmuş, atası X12, anası İddiaçı2dır. Cavabdeh2 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü ildə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, atası X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir. İddiaçı2 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü ildə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, əri X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni İddiaçı2 əvəzinə Cavabdeh2 imzalamışdır). Cavabdeh1 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü ildə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, atası X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni Cavabdeh1 əvəzinə Cavabdeh2 imzalamışdır). X5 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü ildə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, atası X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni X5 əvəzinə Cavabdeh2 imzalamışdır). İddiaçı3 notariat ofisinə ünvanladığı xx.xx.2023-cü ildə Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisində təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, o, oğlu X7 ölümündən sonra qalmış qanun və digər bütün əsaslar üzrə harada yerləşməsindən və nədən ibarət omasından asılı olmayaraq ona çatası bütün mirası qəbul etdiyini bildirmişdir (həmin ərizəni İddiaçı3 əvəzinə Cavabdeh2 imzalamışdır). Ağdam Rayon İcra Hakimiyyəti başçısının Sırxavənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-31-31/3-2-163 saylı arayışından görünür ki, X7 aşağıdakı vərəsələri qalmışdır: atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və Qanuni nümayəndə1. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1164- 05/69 saylı arayışın surətindən görünür ki, X12 ilə İddiaçı2 arasında olan nikah xx.xx.2023-cü ildə 06 nömrə ilə Bərdə Rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Bərdə Regional «ASAN Xidmət» Mərkəzinin Notariat Ofisinin İddiaçı3, İddiaçı1, İddiaçı2 ünvanladığı xx.xx.2024-cü il tarixli müvafiq olaraq 126/2024, 128/2024, 123/2024 saylı məktublardan görünür ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi ilə bağlı iftilaflar olduğundan məhkəməyə müraciət etmələri onlara tövsiyə olunmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-3287/2023 saylı qətnaməsinin surətindən görünür ki, Qanuni nümayəndə1 Əbil oğlunun atasının X13 olması faktı müəyyən edilmişdir. Bərdə Regional «ASAN Xidmət» X1 xx.xx.2024-cü il tarixli 3-16-5/8-8xx/xx-2024 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası əhalisinin reyestri xidmətinin sistemində X9 dair yoxlama aparılmış, onun övladları siyahısında İmişli rayonunda doğulmuş Qanuni nümayəndə1 haqqında 1584 saylı akt qeydi xx.xx.2013-cü ildə İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış doğum və 125 saylı xx.xx.2013-cü il saylı İmişli Rayon Qeydiyyat Şöbəsi tərəfindən qeydə alınmış atalığın müəyyən edilməsi haqqında akt qeydləri aşkar edilmişdir. Hər iki akt qeydinə uşağın ana haqqında məlumat qrafasında Qanuni nümayəndə2, doğum tarixi xx.xx.1982-ci il, ata haqqında məlumat qrafasında X12, doğum tarixi xx.xx.1959-cu il, doğum yeri Ağdərə, Qazançı kəndi göstərilmişdir. Qanuni nümayəndə2 ilə X7 xx.xx.2007-ci il təvəllüdlü Ümiddən başqa uşağı olmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, həm ilkin, həm də qarşılıqlı iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında məlum olmuşdur ki, miras qoyan X12 xx.xx.2023-cü ildə vəfat etmişdir. Mirasın açıldığı yer İmişli rayonudur. Miras əmlak İmişli rayonunun Göbəktala kəndində 0,12 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 170 kv.metr olan fərdi yaşayış evindən ibarət olmuşdur. Miras qoyanın altı nəfər birinci növbə vərəsəsi – atası İddiaçı3, arvadı İddiaçı2, uşaqları Cavabdeh1, İddiaçı1, Cavabdeh2 və Qanuni nümayəndə1 olmuşdur. İddiaçı3, İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh2 mirasın qəbulu barədə notariat orqanına ərizə verməklə, yetkinlik yaşına çatmayan Qanuni nümayəndə1 isə qanuni nümayəndəsi olan anası Qanuni nümayəndə2 qzı ilə birlikdə miras əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamaqla və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməklə mirası qəbul etmişlər. Həmin şəxslərdən başqa miras əmlakı miras qoyanın vərəsəsi olmamışdır. X3 vəsiyyətnamə qoymamışdır. Bu səbəbdən miras əmlak İddiaçı3, İddiaçı2, Cavabdeh1, İddiaçı1, Cavabdeh2, Qanuni nümayəndə1 arasında bərabər qaydada bölünərək onlarn hər birinin 1/6 (altıda bir) hissə payının olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1252-ci maddəsində göstərilmişdir ki, əgər vərəsə miras açıldıdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1243.1-ci madddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İlkin və qarşılıqlı iddia ərizələri əsaslı olduğundan təmin edilsin. X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində 0,12 ha torpaq sahəsində yerləşən 170 kv.metrdən ibarət fərdi yaşayış evi İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 arasında bərabər bölünərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 1/6 (altıda bir) hissə payı olması müəyyən edilsin. X6 miras qalmış İmişli rayonunun Göbəktala kəndində 170 kv.metrdən ibarət fərdi yaşayış evinin yerləşdiyi 0,12 ha torpaq sahəsi İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 arasında bərabər bölünərək İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1, Cavabdeh2 və Qanuni nümayəndə1 1/6 (altıda bir) hissə, yəni 0,02 ha payı olması müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar