Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2324/2025 02.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun istifadəsində olan İsmayıllı rayonu, Kürtmaşı kəndində yerləşən fərdi yaşayış evinə əsasız olaraq cavabdeh tərəfindən yazılmış 1152.67 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, İddiaçı ünvan 1i ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdeh İB tərəfindən həmin yaşayış evi də daxil olmaqla 40-a yaxın fərdi yaşayış evinə ümumi bir qaz sayğacı, daha sonra isə hər evə ayrılıqda qaz sayğacı quraşdırılmışdır. O, qazdan istifadəyə görə yaranan borclarını həmişə vaxtında ödəyir, onun tərəfindən qaz sayğacına bilərəkdən heç vaxt müdaxilə olunmamışdır. Cavabdeh İB tərəfindən Ağdam Rayon Məhkəməsində ona qarşı iddia qaldırılaraq təbii qazdan istifadəyə görə yaranmış 1152.67 manat borcun və ödənilmiş 31.55 manat dövlət rüsumunun ödənilməsi tələbi ilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında işin icraatda olduğunu, lakin qeyd olunan 1152.67 manat borcun tam əsassız olduğunu göstərilmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 2(011)-3949/2025 saylı xx.xx.2025-ci il tarixli qəraddadı ilə qeyd olunan iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Ağdam Rayon Məhkəməsinə göndərilmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hal-hazırda ailə vəziyyətinin çox ağır olduğunu, məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, odur ki, mülki işə onun iştirakı olmadan baxılaraq iddi tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan GCZ0004029 nömrəli, xx.xx.2023-cü il tarixdə quraşdırılmış sayğaca aid “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə (Qaçqın limiti çıxılmaqla) aprel ayının sonu, 2025-ci il tarixə 1159.43 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdehnə qarşı onun istifadəsində olan İsmayıllı rayonu, Kürtmaşı kəndində yerləşən fərdi yaşayış evinə əsasız olaraq cavabdeh tərəfindən yazılmış 1152.67 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2324/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2324/2025
02.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver