Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2532/2025 01.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 01 dekabr 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, oğlu X3 xx.xx.2008-ci ildə anadan olmuşdur. Oğlu Ağdam rayonlararası RƏXD-də qeydiyyatdadır. Ona “uşaq autizmi, kanner sindromu F 84.0” diaqnozu ilə xəstə olduğundan 1-ci dərəcəli əlillik təyin olunduğunu, oğlunun bütün müayinə və müalicə işlərini özünün gördüyünü və faktın təstiq olunmasının oğluna qəyyum təyin olunmaq üçün lazım olduğunu qeyd etməklə X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni madafiə edərək göstərmişdir ki, İlkinin xəstə olduğunu və özünü idarə edə bilmədiyini, ona daim özünün nəzarət etdiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində Ağdam Rayon İcra Hakimiyyəti başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş İ-VL № 124008 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İ.R.Şükürov xx.xx.2008-ci ildə anadan olmuş, atası X2, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi Əsəb Disponserinin xx.xx.2025-ci il tarixli 524 saylı arayışından görünür ki, İ.R.Musayev xx.xx.2023-cü il tarixdən “uşaq autizmi, kanner sindromu F84.0” diaqnozu ilə dispanser müşahidəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2025-ci il tarixli 3428 nömrəli rəyindən görünür ki, İ.R.Musayev uşaq autizmi, kanner sindromu ilə ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir, İ.R.Musayev öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil və o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1988-ci ildə anadan olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 rəyindən göründüyü kimi İ.R.Musayev öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Buna görə də İ.R.Musayev fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227,233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.2008-ci ildə Ukrayna Respublikasının Xarkov şəhərində anadan olmuş, Ağdam rayonu Məlikli kəndində qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-2532/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2532/2025
01.12.2025 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver