Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-94/2025 10.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizənin tələbi, onunla bağlı izahat və etirazlar: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 məhdud fəaliyyət qabliyyətli hesab edilməsinə və üzərində qəyyum təyin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Ərizə üzrə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ərizəçi bacısı X3 fəaliyyət qabiliyyəti olmayan elan edilməsi və onun üzərində qəyyum təyin edilməyim barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X7 10 noyabr 1963-cü il tarixdə Ermənistan SSR, Yexeqnazdor rayonu, Ələyəz kəndində anadan olub. X1 orta dərəcəli debillik səviyyəsi emosional pozulması xəstəliyinə düçar olmuş və əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti müddətsiz olaraq təsdiqlənmişdir. Bütün bunlarla yanaşı Nahad İbadovanın kənar şəxslərin qulluğuna ehtiyacı vardır. O, bununla bağlı Şəki şəhəri, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edib, üzərində qəyyum təyin edilməyilə bağlı rəy vermələrini xahiş etmişdir. Lakin Şəki şəhəri, İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası 26 sentyabr 2023-cü il tarixli №5-7- 7/2-114-099/2023 saylıcavab məktubu ilə bacısının fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyəti hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra üzərində qəyyum təyin edilməyim məsələsinə baxılmasının mümkün olması bildirilmişdir. Ona görə də indiki ərizəsilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə ərizəçi məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ərizəçi xx.xx.1961-ci il tarixdə anadan olmuş, atası X5, anası X6r. X7 xx.xx.1963-cü il tarixdə anadan olmuş, atası X5, anası X6r. Şəki ŞİH-nin xx.xx.2023-cü il tarixli məktubindan aydın olur ki, ərizəçi bacısı xx.xx.1963-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. TSEk-də sonuncu müayinəyə dair məlumatda qeyd olunur ki, xx.xx.1963-cü il təvəllüdlü X3 diaqnozu “Oliqofreniya orta dərəcəli debillik səviyyəsi emosional pozulması”dır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 777 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X4 anadan gəlmə orta dərəcəli əqli gerilik xəstəliyi aşkar olunur. O, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X7 öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Müvafiq ekspert rəyinə əsasən ərizənin təmin edilməsinə əsasların olması müəyyən edilir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ərizə xx.xx.1963-cü il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi hissəsində əsaslıdır. O hissədə təmin edilməlidir. Fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən şəxsin üzərində qəyyumun təyin edilməsi müvafiq icra hakimiyyətinin səlahiyyəti olduğu üçün hazırkı qətnamə müvafiq qaydada qəyyum təyin edilmə üçün hüquqi əsas təşkil edir. Məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 317-321, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə qismən təmin edilsin. Ərizəçi bacısı xx.xx.1963-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ərizənin qalan hissəsi təmin edilməsin. Qətnamə müvafiq qaydada qəyyum təyin edilmə üçün hüquqi əsas təşkil edir. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №2(075)-94/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-94/2025
10.02.2026 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver