Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(125)-2786/2025 23.01.2026 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim: İmanov Zaman Şakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi: X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X10 və Himayəçilik Komissiyası) – “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” tələbi barədə ərizəsi üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İşin faktiki falları: Ərizəçi (maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X10 və Himayəçilik Komissiyası) “şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1989-cu il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X7 ilə anası X2 birgə evliliyindən xx.xx.1989-cu il təvəllüdlü X11 və o, anadan olmuşdur. X1 İİ qrup əlildir və ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, tibbi-sosial ekspert komissiyasının müayinə aktı ilə ona mikrosefaliya anadangəlmə lal karlıq, psixi və əqli inkişafdan geri qalma diaqnozu qoyulmuşdur. Həmçinin qeyd edir ki, zəruri sənədləri bacısı Nailə imzalamaq iqtidarında olmadığı üçün sənədləşdirmə işlərini apara bilmirlər. Ona görə də istəyir ki, bacısı Nailənin məhdud fəaliyyət qabiliyyətli hesab olunsun və onun Nailənin himayəçisi təyin olunsun. Məhz bu səbəblərdən Gəncə şəhəri İcra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, müraciəti təmin olunmamışdır. Ona görə də, o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçıları: Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Nailə Namazova onun bacısıdır. Bacısı üzərində qəyyum təyin edilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, ona bacısı Nailə Namazovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda bacısı məhkəmə psixiatrik ekspertizasının rəyində qeyd edilən xəstəlikdən əziyyət çəkməklə fəaliyyət qabiliyyətsiz hesab olunması barədə komissiya yekun qənaətə gəlmişdir. Odur ki, iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Başçısının X10 və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sübutlar; - Maraqlı şəxs 18 fevral 2025-ci il tarixli, 5-1/2-Y-19/429/2025 nömrəli məktubunda Ərizəçi Nailə Namazovanın yetkinlik yaşına çatması, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi səbəbi ilə onun qəyyumluğa verilməsinin qanunla nəzərdə tutulmadığı və Nailə Namazovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - XV-İJQ seriyalı, 294538 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxx 1991-ci il tarixdə doğulmuşdur. Atası – X7, anası – X3r. - XİV seriyalı, JQ seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 31 iyul 1989-cu il tarixdə doğulmuşdur. Atası – X7, anası – X3r. - AZ-İİ seriyalı, 419543 nömrəli, 22 iyun 2024-cü il tarixli, 1 saylı Gəncə regional ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 22 iyun 2024-cü il tarixdə 417 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi qaraciyərin sklerozu ilə birgə qaraciyər fibrozudur. - Gəncə Şəhər Məhkəməsinin 2(125)-2786/2025 nömrəli, 02 may 2025-ci il tarixli qərardadından görünür ki, iş üzrə məhkəmə-psixiatrik ekspertizasının təyin edilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X12 Şöbəsinin 31 oktyabr 2025-ci il tarixli, 796 nömrəli ambulator məhkəmə psixiatrik ekspertizasının rəyindən görünür ki, ekspert komissiyası belə qənaətə gəlmişdir ki, yoxlanılan şəxs X5 «davranış pozuntusu və lal-karlıqla müşayiət olunan orta dərəcəli əqli gerilik, mikrosefaliya» (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F71.0) müəyyən edilir. Bunu mülki iş materialları, həmin mülki işindəki tibbi sənədlər, anamnestik məlumatlar (yaxınlarının deməsinə görə anadan olarkən doğuş travması ilə doğulması, ilkin psixofiziki inkişafına görə həmyaşıdlarına nisbətən geri qalması, psixi vəziyyəti ilə əlaqədar olaraq heç bir təhsil almaması, kənar şəxslərin köməyinə ehtiyacının olması, 2 nömrəli Uşaq Poliklinikasında ona xx.xx.1992-ci il tarixdə “anadangəlmə lal-karlıq psixi-fiziki inkişafdan geri qalma və mikrosefaliya” diaqnozu qoyulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Gəncə şəhər Kəpəz rayon həkim əmək ekspert komissiyası tərəfindən ona xx.xx.1995-ci il tarixdə “Mikrosefaliya, anadangəlmə lal-karlıq, psixi-fiziki inkişafdan geri qalma” diaqnozu qoyulması, Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında xx.xx.2021-ci il tarixdə ona “Orta dərəcəli əqli gerilik (imbesilliyə uyğun), nitqin inkişafdan qalması” diaqnozu qoyulmaqla əmək qabiliyyətsiz olduğu qeyd edilərək müddətsiz ikinci dərəcəli əlillik təyin olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (zahirən narahat və gərgin olması, xarici görünüşünə görə səliqəsiz olması, öz şəxsiyyətinə, zamana, məkana bələdliliyinin müəyyən edilməməsi, ünsiyyətə praktik olaraq daxil olmaması, verilən suallara reaksiya verməməsi, anadangəlmə lal-kar olması, abstraktlaşdırma və təhlil-sintez qabiliyyətinin müəyyən edilməməsi, maraq dairəsinin adi tələbatlarını ödəməklə məhdudlaşması, özünə qulluğunun olmaması, emosional-iradi sferasının qeyri-stabil olması, keçirilən ekspertizanın məqsədini dərk etməməsi, özünə qarşı tənqidi münasibət bəsləməməsi və s.) sübut edir. Yoxlanılan şəxs X5 davranış pozuntusu və lal-karlıqla müşayiət olunan orta dərəcəli əqli gerilik, mikrosefaliya xəstəliyi müəyyən edilir. Yoxlanılan şəxs X11 psixi vəziyyətlərinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X11 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq: Məhkəmə, ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə ilk olaraq qeyd edir ki, X11 Ərizəçi bacısıdır. Belə olan halda Ərizəçi – bacısı Nailə Namazovanın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquq baxımından haqlıdır. Daha sonra məhkəmə qeyd edir ki, X11 barəsində fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizənin məzmunundan aşkar surətdə göründüyü kimi, Ərizəçi bacısı olan Nailə Namazovanın fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizəsini onun psixi xəstə olması ilə əsaslandırmışdır. Məhkəmə-psixiatrik ekspertizasının 31 oktyabr 2025-ci il tarixli, 796 nömrəli rəyi ilə də yoxlanılan şəxs X5 davranış pozuntusu və lal-karlıqla müşayiət olunan orta dərəcəli əqli gerilik, mikrosefaliya xəstəliyinin müəyyən edildiyi və yoxlanılan şəxs X4 psixi vəziyyətlərinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı qeyd edilərək, X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu bildirilmişdir. Beləliklə, X11 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X11 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1989-cu il təvəllüdlü X11 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci və 217.4cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin, hesab edir ki, məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1989-cu il təvəllüdlü X11 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(125)-2786/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №2(125)-2786/2025
23.01.2026 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver