Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2646/2024 21.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi iddiaçının nümayəndəsi Nümayəndə, iddiaçının vəkili X12, Cavabdeh, onun nümayəndəsi X9 və cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı Fuğara oğlunun Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Fuğara oğlu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Fuğara oğlunun mərhum bacısı X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanunamüvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahatında iddianı müdafiə etdiyini, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətb hüququ əsasında İddiaçı Fuğara oğlunun bacısı X10 məxsus olduğunu, X6 14 oktyabr 2021-ci il tarixdə vəfat etdiyini, B.Mənafovanın vərəsələrinin isə, İddiaçı Fuğara oğlu, yəni qardaşı, Cavabdeh, yəni bacısı olduğunu, iddiaçının miras əmlaka vərəsəlik haqqında şəhadətnamə almaq üçün notariat orqanına müraciət etdiyini, lakin vərəsəlar arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməli olduğunun tövsiyyə edildiyini bildiri və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili X19 çıxışında iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında bacısı X4 miras qalmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”yə əsasən tam hissədə onun adına keçdiyini, hazırda sözü gedən yaşayış evinin başqasına satıldığını bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin etibarnamə üzrə nümayəndəsi X17 izahatında iddianın əsasız olduğunu, sözügedən əmlakı faktiki olaraq onun anası Cavabdeh tərəfindən qəbul edildiyini, “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”yə əsasən tam hissədə Cavabdeh adına keçdiyini, hazırda sözü gedən yaşayış evinin başqasına satıldığını bildirdi və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili Vəkil çıxışında iddianın əsasız olduğunu bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını və çıxışını dinləyib, iş materiallarını və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materillarında olan Ağdam Rayon Güllücə kənd Sovetliyi tərəfindən verilmiş Vİİİ-JQ seriyalı, № 310536 nömrəli 06 may 1981-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Fuğara oğlu xx xxxx 1964-cü il tarixdə Ağdam rayonunun Suma kəndində anadan olmuşdur, atası X21, anası isə X7r. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən 02 iyul 2024-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2021-ci il tarixdə, №0715 akt qeydi tərtib edilmişdir. Ölümün səbəbi olaraq COVİD-19, ölümün qeydə alındığı yer olaraq, Ağdaş rayon Qeydiyyat Şöbəsi qeyd edilmişdir. İş materillarında olan Ağdam İHB Qaradağlı kəndi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş № 1210 və 1211 nömrəli, xx.xx.2015-ci il tarixli arayışlardan görünür ki, mərhum X13 və X3 ölən bir günə qədər Ağdam rayonu, Qaradağlı kəndindəki evdə qeydiyyatda olmaqla yaşadıqları, X13 xx.xx.2005-ci il tarixdə və X3 isə xx.xx.2014-cü il tarixdə vəfat ediklərini, onların Cavabdeh, X16 və Həsənova (Əliyeva) Nayibə Fəhrad qızı adlı övladları qalmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 7 saylı Ərazi İdarəsinin verdiyi xx.xx.2015-ci il tarixli RX seriyalı, № ******* nömrəli Çıxarışın surətindən görünür ki, Ağdam rayonu, Qaradağlı kəndi 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi X13 mülkiyyəti olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdam rayon Dövlət Notariat Ofisi tərəfindən X18 ünvanlanmış xx.xx.2024-cü il tarixli, 131 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X4 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən imkan xaricindədir. İş materiallarında olan 04 dekabr 2022-ci il tarixli “Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə”də göstərilmişdir ki, 04 dekabr 2024-cü il tarixdə Bərdə regional “Asan xidmət” mərkəzində notarial ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş V-999/2022 nömrəli vərəsəlik işində, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 vərəsələri: ünvan 3i ünvanda qeydiyyatda olan bacısı- X14r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Miras əmlak ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 69.1 kv/m, yaşayış sahəsi 44.1 kv/m, yardımçı sahəsi 25 kv/m, 3 otaqlı fərdi yaşayış evindən və ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 0.0406 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd olunan əmlak ipoteka ilə yüklü edilməmişdir, həbs altında deyildir, özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 69.10 kv/m fərdi yaşayış evi, 0.0406 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətidir və daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 69.10 kv/m fərdi yaşayış evi, 0.0406 ha torpaq sahəsi X11 xüsusi mülkiyyətidir və daşınmaz əmlakın dövlət reyestr nömrəsi **********02-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mülki Məcəllənin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Mülki Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) Qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə qeyd edir ki, mərhum X4 miras qalmış ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 69.10 kv/m fərdi yaşayış evi, 0.0406 ha torpaq sahəsindən ibarət miras əmlakdan onun bacısı olan Cavabdeh tam hissədə pay almış və həmin əmlak onun adına rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən isə həmin əmlak özgəniləşdirilmişdir. Azərbaycan Respublikasının tərəfdar olduğu «Mülki və siyasi hüquqlar haqqında» Bəynəlxalq Paktın 14-cü maddəsinə əsasən mülkiyyət hüququ əsas və mühüm insan hüquqlarından biri hesab edilir. «İnsan Hüquqlarının və X5 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «İnsan hüquqları haqqında» BMT-nin Ümumi Bəyənnaməsinin 18-ci maddəsində göstərilir ki, hər kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bu isə, onu deməyə əsas verir ki, iddiaçının Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu, o cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit olunmuş başqasının mülkiyyət hüquqlarından sərbəst və səmərəli istifadə etmək istəyi tam əsassızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğu üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq qət etdi: İddiaçı Fuğara oğlunun Cavabdeh qarşı mərhum bacısı X2 miras qalmış ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinin qanun üzrə vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2646/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2646/2024
21.11.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver