Məhkəmə qərarları › İş №2(013)-2859/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2859/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2859/2024 18.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi – Nümayəndə iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə mülki işə 18 dekabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində Ağdam rayonu Qaradağlı kənd soveti tərəfindən xx.xx.1972-ci ildə 105 nömrə ilə qeydə edilmiş Sədirəddin alı ilə olan doğum haqqında şəhadətnamənin, X3 Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixli 257 nömrə ilə qeydə alınmış Sadıraddın adı və Safarov soyadı ilə olan ölüm haqqında şəhadətnamənin həyat yoldaşı X1 məxsus olması, Aynur və Nurlan adlı uşaqların adlarına olan doğum haqqında şəhadətnamələrdə və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdə qeyd edilən Sədrəddin, Sadıraddın və Sədirəddin adlı şəxslərin eyni adam olmaları faktının faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına heç bir səbəb göstərmədən gəlməmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə hüquq haqqında mübahisə olduğunu bildirmişdir. Məhkəmə ərizəni və ona əlavə olunmuş sənədləri araşdırıb hesab edir ki, hüquq haqqında mübahisə olması müəyyən edildiyindən ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263,264,267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar