Məhkəmə qərarları › İş №2(013)-2882/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2882/2025

03.10.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2882/2025 03.10.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh /üçüncü şəxs Ağdam Rayon Dövlət Notariat Kontoru/ qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhrum anası X1 miras qalmış Ağdam rayonu Rzalar kəndində yerləşən 101 kv.metr fərdi yaşayış evinin vərəsələr arasında naturada bölünməsini, naturada bölünmə mümkün olmadıqda onun payının dəyərinin digər vərəsələr tərəfindən ona ödənilməsini, evin onun payına düşən hisəssinin dəyərinin digər vərəsələr tərəfindən ona ödənilməsindən imtina edildiyi halda miras əmlakın acıq hərracdan satılmasını və satış pulunun vərəsələr arasında bölünməsini və Rzalar kəndində yerləşən 0.22 ha torpaq sahəsinin məhrum anasına məxsus 1/6 hissəsinin vərəsələr arasında bölünərək payların müəyyən edilməsini və miras payının ona düşən hissəsinin naturada ayrılıb ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə görə işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İddiaçı və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Belə olan halda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı Cavabdeh /üçüncü şəxs Ağdam Rayon Dövlət Notariat Kontoru/ qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 /on/ gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar