Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2939/2025 13.11.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi ilə, İddiaçınun cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 580.65 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə və xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəməyə ərizə daxil olmuş və ərizədə İddiaçı abonent kimi X4 qeydiyyatında olmadığını, iddiaçının mülkiyyətində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Surxay Cabbarov giriş 13, M4, m1 ünvanında mənzili mövcud olduğunu, həmin məzili xx.xx.2025-ci il tarixində aldığını, həmin mənzilə əvvəlki mülkiyyətçisi dövründə elektrik sayğacı quraşdırıldığını, Əvvəlki mülkiyyətçi (X3) elektrik sərfiyyatını ödənişi vaxtında yerinə yetirmədiyinə görə 580,65 manat məbləğində borc yarandığını, İddiaçı həmin mənzilin alqı-satqısını apararkən 580,65 manat məbləğində borcun mübahisələndirmədiyini, fakitiki həmin borcu qəbul etdiyini, yaranmış borcun X7 ilə heç bir əlaqəsi və bağlılığının olmadığını, İddiaçı Ağdam rayonunda qeydiyytda olmasına baxmayaraq mübahisələndirdiyi hesablanmış 580,65 manat məbləğində borcun Bakı şəhəri, Sabunçu rayonun Bakıxanov qəsəbəsi, Surxay Cabbarov giriş 13, M4, m1 ünvanında yerləşən mənzilə aid olduğunu göstərmiş və qeyd olunan iddia ərizəsi üzrə mülki işin ərazi üzrə Bakı Şəhəri Sabunçu Rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarına olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində daşınmaz əmlakın reyestr nömrəsi **********35-05101-093068 olan mənzil ünvan 3 ünvanında yerləşir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş abonent kodu **********20097 olan X1 adına ünvan 3 ünvanında quraşdırılmış sayğaca aid abunə haqqında sənəddən görüşünür ki, 13 mart 2017-ci il tarixli 0405 saylı ərizə ilə digər şəxs borcu öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, İddiaçı Ağdam rayonunda qeydiyyatda olsa da, lakin ünvan 3 mülkiyyətində olan mənzilə olan işıq sayğacına görə borc hesablanmışdır. Cavabdeh "xxxx" ASC-nin ünvanı isə Bakı şəhəri, Suraxanı rayonu, Bakıxanov küçəsi 13-dir. Həmçinin, İddiaçı Ağdam rayonu ərazisində yaşaması barədə iş materiallarında rəsmi sənəd yoxdur. Göründüyü kimi hazırki iddia üzrə mübahisənin Ağdam rayon məhkəməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 32.3cü, 44.2.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı onun adına cavabdeh "xxxx" ASC tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 580.65 manat məbləğində kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-2939/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2939/2025
13.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver