Məhkəmə qərarları › İş №2(013)-2942/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-2942/2025

12.09.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-2942/2025 12.09.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs Məhyəddin oğlunun iştirakı ilə, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, Maraqlı şəxs Məhyəddin oğlu ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi məhkəməyə verdiyi izahatında ərizəni müdafiə etdiyini, Maraqlı şəxs Məhyəddin oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahlarından xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X12 və qeyri rəsmi nikahlarından doğulan xx.xx.2023-cü il təvəllüdlü X9 adlı övladlarının olduğunu, aralarında olan problemlər səbəbindən ailə münüsibətlərinin pozulduğunu, hazırda ayrı-ayrı ünvanlarda yaşadıqlarını, uşaqlarının onun himayəsində olduğunu, özünün maddi vəziyyətinin yaxşı olmadığını, uşaqların tələbatlarını ödəyə bilmədiyini, aliment mübahisəsini həll etmək üçün mediyasiya təşkilatına müraciət etdiyini, bağlanmış barışıq sazişinə əsasən, birgə nikahdan olan uşaqların saxlanılması üçün maraqlaı şəxsdən onun xeyirinə alimentin tutulması barədə razılığa gəldiklərini bildirib ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Məhyəddin oğlu izahatında ərizə ilə tanış olduğunu, Ərizəçi ilə birgə nikahlarından olan uşaqların saxlanılması üçün alimentin ondan tutularaq Ərizəçi xeyirinə ödənilməsi barədə qarşılıqlı razılığa gələrək barışıq sazişı bağladıqlarını, övladlarının saxlanması üçün lazım olan məbləğdə alimenti ödəməyə hazir olduğunu bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Tərtər rayon, Qapanlı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı №497592 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2008-ci ildə doğulmuşdur, onun atası- Maraqlı şəxs Məhyəddin oğlu, anası- Ərizəçidır. İş materiallarında olan: Tərtər rayon, Qapanlı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı №497589 nömrəli “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 xx.xx.2010-cu ildə doğulmuşdur, onun atası- Maraqlı şəxs Məhyəddin oğlu, anası- Ərizəçidır. İş materiallarında olan: Tərtər rayon, Qapanlı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı №497588 “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 qeyri rəsmi nikahlarından doğulan xx.xx.2012-ci ildə doğulmuşdur, onun atası- Maraqlı şəxs Məhyəddin oğlu, anası- Ərizəçidır. İş materiallarında olan: Tərtər rayon, Qapanlı kənd İƏD üzrə İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İV seriyalı №826374 “Doğum haqqında şəhadətnamə”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 qeyri rəsmi nikahlarından doğulan xx.xx.2023-cü ildə doğulmuşdur, onun atası- Maraqlı şəxs Məhyəddin oğlu, anası- Ərizəçidır. İş materiallarında olan: Ağdam 2 saylı X2 Məmmədov Rafiq Hüsü oğlu tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs Məhyəddin oğlu arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00256 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf K.İbrahimova şərtlərini irəli sürmüş, 2-ci maddəsindən göründüyü kimi, 2-ci tərəf mediyasiya təşkilatında könüllü iştirak edərək, 1-ci tərəfin verdiyi təkliflə tanış olmuş və bunlarla tam razlaşan 2-ci tərəf etiraz etməyərək, birgə nikahdan olan xx.xx.2008-ci il təvəllüdlü X6, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X12 və qeyri rəsmi nikahlarından doğulan xx.xx.2023-cü il təvəllüdlü X4 1-ci tərəfin himayəsində saxlanması, onların yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlanılmaqla, hər ay, hər uşaq üçün 130 manat olmaqla, cəmi 520 manatməbləgində alimentin ondan tutularaq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, Ərizəçi ilə maraqlı şəxs X5 arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi alimentlə bağlı hissəsi təsdiq edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə maraqlı şəxs X5 arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi alimentlə bağlı hissəsi təsdiq edilsin. xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2010-cü il təvəllüdlü X7, xx.xx.2024-cü il təvəllüdlü X8, və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 520 manat aliment X1 tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar