Məhkəmə qərarları › İş №2(013)-2994/2023

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-2994/2023

02.11.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-2994/2023 02.11.2023 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair mediasiya prosesi nəticəsində «barışıq sazişinin» təsdiq edilməsi barədə mülki işə 02 noyabr 2023-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli "Barşıq Sazişi"nin təsdiq edlərək Maraqlı şəxs ilə arasında 30 iyun 2009-cu il tarixdə Ağdam RİHB-nın Quzanlı kənd İƏD-sü üzrə nümayəndəliyində 12 nömrə ilə qeydə alınmış nigahın pozulmasına,xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 onun himayəsində saxlanmasına və xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 160 manat olmaqla cəmi 640 manat alimentin alınıb ona verilməsinə dairqətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışında Ərizəçi ərizənin geri qaytarılması barədə ərizə vermiş, Maraqlı şəxs isə məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, gəlməmişdir. Bu səbəbdən ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Həmin maddədə nəzərdə tutulmuşdur ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. qəraraaldı: Ərizəçi nikahın pozulması, uşağın himayədə saxlanması və aliment tələbinə dair mediasiya prosesi nəticəsində «barışıq sazişinin» təsdiq edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar