Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3076/2024 05.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Maraqlı şəxs Ağdam rayonu Səfərli kənd tam orta məktəbin direktoru – X1 iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə 05 noyabr 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən Ağdam rayonu Səfərli kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 77 nömrəli əmrinin ləğv edilərək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam rayonu Səfərli kənd tam orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa olunması tələbi mediasiya şurasında yekunlaşmışdır. Ağdam rayonu Səfərli kənd tam orta məktəbinin barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyini qeyd etməklə Ağdam rayon Səfərli kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 77 nömrəli əmri ləğv edilərək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Ağdam rayon Səfərli kənd tam orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa olunması barədə mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-01164 (holoqram № 0051690) nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əriəçi Ərizəçi və onun nümayəndəsi – fərdi qaydada fəaliyyət göstərən Vəkil işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq olunmasına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçinin və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs qismində məhkəmədə izahat verən Ağdam rayonu Səfərli kənd tam orta məktəbin direktoru Ş.B.Ağalarov ərizəni əsaslı hesab edərək göstərmişdir ki, Ərizəçi 1992-ci ildən 2001-ci il tarixədək həmin məktəbdə bədən tərbiyəsi, 2001-ci ildə isə ixtisasını dəyişərək 2024-cü ilədək sinif müəllimi işləmişdir. Ərizəçi bədən tərbiyəsi müəllimi kimi 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçmiş və 2026-cı ildə sertifkasiyadan keçməli olmuşdur. Ərizəçi 2024-cü ildə sinif müəllimi kimi sertifkasiyadan kəsildiyini, lakin bədən tərbiyəsi müəllimi kimi işləmək hüququnun olduğunu qyed etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan mediator X2 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Ağdam rayonu Səfərli kənd tam orta məktəb arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-01164 (holoqram №0051690) nömrəli barışıq sazişinin 2.1-ci və 2.2-ci bəndlərindən görünür ki, tərəflər Ağdam rayon Səfərli kənd tam orta məktəbin xx.xx.2024cü il tarixli 77 nömrəli əmri ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Ərizəçi Ağdam rayonu Səfərli kənd tam orta məktəbinə bədən tərbiyəsi müəllimi vəzifəsinə bərpa olunması barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 8. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 10. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -4.5-ci maddəsinə əsasən, tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə belə hesab edir ki, Ağdam rayonu Səfərli kənd tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 77 nömrəli əmri ilə Ərizəçi həmin məktəbin sinif müəllimi vəzifəsindən azad edildiyindən barışıq sazişi qismən, yəni onun bədən tərbiyyəsi müəllimi işinə bərpa edilməsi hissəsində təmin, Ağdam rayonu Səfərli kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 77 nömrəli əmrinin ləğv edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində rədd edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Ağdam rayonu Səfərli kənd tam orta məktibi arasında Ərizəçi Ağdam rayonu Səfərli kənd tam orta məktəbinə bədən tərbiyəsi müəllimi işinə bərpa olunması barədə mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-01164 (holoqram №0051690) nömrəli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Ağdam rayonu Səfərli kənd tam orta məktibi arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/MT039/2024-01164 (holoqram №0051690) nömrəli barışıq sazişinin Ağdam rayonu Səfərli kənd tam orta məktəbin xx.xx.2024-cü il tarixli 77 nömrəli əmrinin ləğv edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsinin təsdiq olunmasından imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №2(013)-3076/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3076/2024
05.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver