Məhkəmə qərarları › İş №2(013)-3114/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3114/2024

05.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3114/2024 05.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nin Ağdam Rayon Enerji Təchizatı İdarəsinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən adına cərimə kimi hesablanmış 1308 manat məbləğində borcun silinməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 1993-cü ildən yaşadığı rayonun Xıdırlı kəndinin işğalından sonra ailə üzvləri ilə birlikdə Ağdam Rayon Xındırıstan kəndində məskunlaşmışlar. Yaşadığı evə cavabdeh təşkilat tərəfindən **********0056 saylı sayğac quraşdırılmışdır. Sayğac mərhum həyat yoldaşı Vahab İsgəndərovun adınadır. Əri V.İsgəndərov 2014-cü ildə vəfat etmiş, həmin sayğac onun istifadəsindədir. Aylıq işıq sərfiyyatına görə ödənişləri vaxtında ödəmiş, hazırda elektik enerjisi kəsilmişdir. Cavabdeh təşkilat tərəfindən xx.xx.2024-cü ildə ünvanına göndərilmiş pretenziya məktubunda adına 1308 manat qalıq borc yazıldığını görmüş, təəcüblənmişdir ki, bir gün sayğacsız elektrikdən istifadəyə görə bu qədər borc yazılar. Cavabdeh təşkilatın nümayəndəsindən nəyə görə adına belə çox borc hesablandığını soruşmuş və ona 1308 manat borcunun olduğunu bildirmişlər. Hesab edir ki, onun ünvanına yazılmış cərimə məbləği qeyriqanuni və qərəzli şəkildə hesablanıb yazılıb. Ona görə də cavabdeh təşkilat tərəfindən tərtib olunmuş AKT əsasında yazılmış 1308 manat cərimə məbləğinin silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, imkanının olmamasını nəzərə alaraq borcun silinməsini xahiş etdi. Məhkəməyə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Rövşən Əliyev tərəfindən ərizə ünvanlanmış, ərizə ilə iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı bundan əvvəl də eyni tələblə məhkəməyə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 2(013)-09/2022 saylı Qətnaməsi ilə onun iddia tələbləri təmin edilməmişdir. Hazırda iddiaçı eyni tələblə, eyni məbləğdə borcun silinməsini xahiş edir ki, həmin tələbə artıq baxılıb və onun tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Ona görə də iş üzrə icraata xitam verilməlidir. ASC-nin nümayəndəsinin ərizəsi ilə bağlı Ağdam Rayon Məhkəməsində bundan əvvəl hazırkı tərəflərin iştirakı ilə baxılmış 2(013)-09/2022 saylı mülki işin materialları öyrənilmişdir. Müəyyən edilmişdir ki, iddiaçının "xxxx" ASC-nin elektron bazasında 1369.67 manat borcunun yaranma səbəbi istifadə etdiyi elektrik enerjisinin dəyəridir. Abonentə 2016-cı ilin dekabr ayına kimi DÖVLƏTQAÇQİNKOM tərəfindən limit verilmiş, lakin abonent elektrik enerjisi üçün ayrılan limitdən artıq istifadə etdiyinə görə onun 2524.07 manat borcu 31 dekabr 2016-cı il tarixdə "xxxx" ASC tərəfindən silinmiş, beləliklə də abonentin 01 yanvar 2017-ci il tarixə borcu qalmamışdır. Yaranmış hazırkı borc isə 2017-ci ilin yanvar ayından 2022-ci ilin may ayına kimi işlətdiyi elektrik enerjisinin dəyərinin tam ödəniş etməməsi səbəbindəndir. Göründüyü kimi hazırkı İddiaçı 2017-2022 illər ərzində yaranmış həmin borcla bağlı Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 09 saylı Qətnaməsi ilə onun iddia tələbləri təmin edilməmişdir. İddiaçı hazırda həmin tələblə həmin borcun silinməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iddia ərizəsini və işdə olan sənədləri, həmçinin bundan əvvəl Ağdam Rayon Məhkəməsində baxılmış 2(013)-09/2022 saylı mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə üzrə icraata xitam verilməlidir. Hazırda işə baxan məhkəmə hesab edir ki, iddia tələbinin belə vəziyyətdə baxılması MPM-nin tələblərinin pozulması ilə nəticələnə bilər. Qeyd olunanalara əsasən və Azərbaycan Respublikası MPM-nin 82, 263-269-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nin Ağdam Rayon Enerji Təchizatı İdarəsinə qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair ərizəsi üzrə açılmış hazırkı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 /on/ gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verə bilər. Sədrlik edən hakim : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar