Məhkəmə qərarları › İş №2(013)-3364/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-3364/2025

18.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-3364/2025 18.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ağdam rayon Dövlət Notariat ofisinə qarşı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilmə müddətinin üzrlü hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Ağdam rayon Dövlət Notariat ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 və X3 ümumi birgə mülkiyyətində olan 1.2199 ha kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin miras qalmış 1/2 hissəsinə dair vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin ötürülməsinin üzürlü hesab edilməsi, miras əmlakın iddiaçı tərəfindən faktiki qəbul edilməsi, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin notariat orqanının üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı və cavabdeh Ağdam rayon Dövlət Notariat ofisinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxış iclasına gəlməmiş və məhkəmədən işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Bu halda məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, tərəflər məhkəmə baxışı iclasına gəlmədiklərinə və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərinə görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsində göstərilir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Məhkəmə həmçinin hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılmasının Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsində nəzərdə tutulan nəticələri tərəflərə izah edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260.5, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Ağdam rayon Dövlət Notariat ofisinə qarşı qarşı miras əmlaka vərəsəlik şəhadətnaməsinin verilmə müddətinin üzrlü hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi, miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar