Məhkəmə qərarları › İş №2(013)-364/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-364/2025

31.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-364/2025 31.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Ağdam rayon İcra Hakimiyyəti Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, bacısı X3 xx.xx.1976-cı il tarixdə Ağdam rayonu, Umudlu kəndində anadan olduğunu, onun birinci qrup əlil olmaqla Ağdam rayonlararası RƏXD-də qeydiyyatda olduğunu, bacısına ağır dərəcəli əqli gerilik diaqnozunun qoyulduğunu onda qulluq və müalicə tələb edən ciddi davranış pozğunluğunun olduğunu, ata və anasının rəhmətə getdiyini, bacısına özünün baxdığını, müalicə və müainəsini özünün təşkil etdiyini bacısı Nəzakətin fəaliyyət qabiliyyəti olmayan şəxs kimi qəyyum himayəsinə ehtiyacı olduğunu bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Ağdam rayon İcra Hakimiyyəti Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X5 məhkəməyə verdiyi izahatında xx.xx.1976-cı il təvəllüdlü X3 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinin məqsədəuyğunluğunu bildirdi və ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Nəmirli kənd sovetliyi tərəfindən verilmiş JQ-İV seriyalı, № 387200 “X11”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.1976-cı il tarixdə doğulmuşdur. X1, anası isə X8r. İş materiallarında olan Mirbəşir rayon VAQQ bürosu tərəfindən verilmiş A3 seriyalı, № ******* “X11”nin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci il tarixdə doğulmuşdur. X1, anası isə X8r. İş materiallarında olan Yevlax rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İ № 516989 “X12”nin surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 767984 “X12”nin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə işin obyektiv baxılmasının təmin edilməsi üçün mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi və ekspertin qarşısında qeyd olunan şəxslərin hər hansı psixi xəstəliyi vardırmı, onların fərdi psixi xüsusiyyətləri hansılardır, psixi durumları, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənalarını anlaya bilməmələri və ya öz hərəkətlərini idarə edə bilməmələri baxımından fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilə bilməsi barədə suallar qoyulmuşdur. İş materiallarına əlavə olunan Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-364/2025 saylı qərardadına cavab olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X16 xx.xx.2025-ci il tarixli, 1454 saylı rəydən görünür ki, X4 X19 Daun Sindromu nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar - erkən yaşlarından psixofiziki inkişafda geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, X17 Dispanserində qeydiyyatda olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- zahiri görkəmində Daun xəstəliyinə xas əlamətlərin müşahidə edilməsi, ünsiyyətə çətin daxil olması, sualları başa düşə bilməməsi, söz ehtiyatının kasadlığı, təfəkkürünün konkretliyi, abstraktlaşdırma qabiliyyətinin olmaması, maraq dairəsinin məhdudluğu, emosiyalarının qeyri-adekvatlığı, yaddaş və intellektinin aşağı olması, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: 20 oktyabr 1976-cı ildə doğulmuş X3 hər hansı psixi xəstəliyi vardırmı, onun fərdi psixi xüsusiyyətləri hansılardır? Cavab: X4 X19 Daun sindromu nəticəsində aşkar olunur. 2-ci sual: 20 oktyabr 1976-cı ildə doğulmuş X3 psixi durumu, psixi qüsurun nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və ya öz hərəkətlərini idarə edə bilməməsi baxımından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilərmi? Cavab: X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X6 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cü maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə, o cümlədən məhkəmə psixatriya komissiyasının rəyi ilə təsdiq olundu ki, xx.xx.1976-cı il təvəllüdlü X6 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında deyillər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il təvəllüdlü X6 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317-319-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 20 oktyabr 1976-cı ildə doğulmuş X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadığı üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar