Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-367/2024 29.02.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə (bundan sonra «Azəriqaz» İB) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 291.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1i ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Həmin yaşayış evinə cavabdeh «Azəriqaz» İB tərəfindən quraşdırılmış qaz sayğacına təşkilatın əməkdaşları tərəfindən baxış keçirilərək, güya, sayğacın qoruyucu şüşəsinin deşildiyinin müəyyən edildiyi bildirilmiş və birliyin əməkdaşları tərəfindən sayğac çıxarılaraq yenisi ilə əvəz edilmişdir. O, qazdan istifadəyə görə yaranan borclarını həmişə vaxtında ödəyir, onun tərəfindən qaz sayğacına bilərəkdən heç vaxt müdaxilə olunmamışdır. Lakin abonentin saldosundan göründüyü kimi onun adına heç bir əsas olmadan 291.60 manat cərimə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan **********8 nömrəli, xx.xx.2022-ci il tarixdə quraşdırılmış sayğaca aid “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə (qalıq və aktlara əsasən) noyabr ayının sonu, 2018-ci il tarixə 291.60 manat borcu yaranmışdır. İş materiallarında olan «Azəriqaz» İB-nin qaz “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli, № ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvan 1i ünvanda işlətdiyi № ******* nömrəli sayğacı çıxarılmış, 11478805 nömrəli yeni sayac quraşdırılaraq yenisi ilə əvəzlənmişdir. Çıxarılma səbəbi olaraq Sayğacın qoruyucu şüşəsinin iynə ilə deşildiyi göstərilmişdir. Həmin aktda əlavə edilmiş fotoşəkildən də görünür ki, sayğacın qoruyucu şüşəsi iynə ilə deşilmiş və həmin iynə deşilmiş yerdədir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İB-nin xx.xx.2018-ci il tarixli, № ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində İddiaçıya məxsus ünvan 1i ünvanda işlətdiyi qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin iynə ilə deşildiyi və nəticədə 2916 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İB-nin xx.xx.2018-ci il tarixli, № ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində İddiaçı məxsus ünvan 1i ünvanda işlətdiyi qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin iynə ilə deşildiyi (iş materiallarında olan fotoşəkildə aydın görünür) və nəticədə 2916 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. Belə olan halda məhəkəmə hesab edir ki, cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən İddiaçı adına hesablanmış 291.60 manat borc tam əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq onun adına cərimə kimi hesablanmış 291.60 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-367/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-367/2024
29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver