Məhkəmə qərarları › İş №2(013)-369/2025

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-369/2025

04.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-369/2025 04.03.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı Tanrıqulu oğlunun iştirakı ilə, İddiaçı Tanrıqulu oğlunun cavabdeh Dövlət Neft Şirkəti «Azəriqaz» İstehsalat Birliyinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Tanrıqulu oğlu cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən əsasız olaraq cərimə kimi hesablanmış 172.80 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Tanrıqulu oğlu onun ünvan 1 ünvanda Ağdam rayonundan məcburi köçkün kimi məskunlaşaraq yaşadığını həmin ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində olan qaz sayğacına görə ona borc hesablandığını, onun isə yolun uzaq olması və maddi imkanının olmaması səbəbindən Ağdam rayon məhkəməsinə gəlib gedə bilmədiyini bildirdi və ona görə də qeyd olunan iddia ərizəsi üzrə mülki işin yaşadığı ərazi üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinə Mingəçevir Şəhər Məhkəməsində baxılmalı olduğundan mülki iş aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Cəfərquluyev X1 şəhər Əhmədavar kəndindən məcburi köçkündür və ünvan 3 ünvanında yaşayır. İş materiallarında olan «Azəriqaz» İB-nin xx.xx.2023-cü il tarixli, № ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, İddiaçı Tanrıqulu oğluna məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacının çıxış yeri birləşməsinin deformasiyaya uğrayıb deformasiya nəticəsində çıxış plastmas borusunun oturacaqdan aralanması və sayğacın istismara yararsız olması aşkar edildiyi və nəticədə dəymiş ziyanın hesablanıb ödənilməsinin abonent tərəfindən təmin edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 36.9-cü maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı Cəfərquluyev X2 rayonunda qeydiyyatda olsa da, lakin ünvan 4 ünvanda yerləşən ona məxsus fərdi yaşayış evində olan qaz sayğacına görə ona borc hesablanmışdır. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyinin ünvanı isə ünvan 5dia üzrə mübahisənin Ağdam rayon məhkəməsinə aidiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 44.2.2-ci maddəsinə əsasən iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası MPM-nin 45.4. maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya istansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar sözügedən iddia ərizəsinin aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 31.1-ci, 32.3cü, 44.2.2-ci, 45.4-cü və 263-264, 267-268-ci maddələrinə əsaslanaraq q ə r a r a a l d ı: İddiaçı Tanrıqulu oğlunun cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı onun adına cavabdeh «Azəriqaz» İstehsalat Birliyi tərəfindən əsasız olaraq cərimə kimi hesablanmış 172.80 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilsin. Qərardad tərəflərə təqdim edildikdən və ya tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar