Məhkəmə qərarları › İş №2(013)-3946/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3946/2025

18.03.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3946/2025 18.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Dövlət X5 nümayəndəsi – X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı qanansuz hesablanmış borcun silinməsi tələbi barədə mülki işə 18 mart 2026-cı ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, Şəhid ailəsidir. 2016-cı ildə ona və ailə üzvlərinə Ağdam rayonunun Dördyol-1 qəsəbəsində 1239 saylı ev verilmişdir. Cavabdeh təşkilat tərəfindən onların evinə sayğac quraşdırılmışdır. Aylıq su sərfiyyatına görə ödənişləri vaxtında ödəmiş, heç vaxt borcu yaranmamışdır. Həyat yoldaşı X7 ilə aralarında olan nikah 2017-ci ildə pozulmuş, həmin vaxtdan həyat yoldaşı iki uşağı ilə birlikdə ayrı ünvanda yaşamışdır. O, isə həmin evdə tənha yaşamışdır. Tək yaşamasına baxmayaraq cavabdeh təşkilatın yerli bölmələri tərəfindən onun həyat yoldaşı və iki uşağına görə 200 manat borc yazılmıdır. Bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə müraciət etdiyini, orada ona borcun ödənilməli olduğu və ya məhkəməyə müraciət etməli olduğu bildirildiyini qeyd etməklə cavabdeh Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən adına qanunsuz və əsassız olaraq borc kim hesablanmış 200 manat borcun silinməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı etiraf edərək 2015-ci ildən tək yaşadığını, 2015-ci ildən 4 nəfərə görə su pulu ödədiyini, sonradan ona 200 manat borcu olduğu bildirildiyini qeyd etməklə tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Dövlət X5 nümayəndəsi qismində məhkəmədə izahat verən Y.Q.Əliyev iddianı etiraf etməyərək 2017-ci ildən 2021-ci il tarixədək 3 nəfər görə sudan istifadə pulu hesablandığını, xx.xx.2021-ci ildən iddiaçının tək yaşadığını və həmin vaxtdan bir nəfər üçün su pulu ödənildiyini qeyd etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş AZ-İ № 267431 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, T.Ə.X2 arasında olan nikah xx.xx.2017-ci ildə pozulmuşdur. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Birinci Dördyol qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli №5-31-41/2-125/2025 saylı arayışından görünür ki, İddiaçı qəsəbə ərazisində yerləşən 1239 saylı evdə keçmiş həyat yoldaşı A.R.Həsənova qeydiyyatda olmasına baxmayaraq 2017-ci ilin avqust ayından tək yaşamışdır. Azərbaycan Dövlət Su X3 Su Meliorasiya Xidməti X12 X9 Sistemlerinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli № 3-53-2-2/2-368/2025 saylı məktubundan görünür ki, Ağdam rayonu Dördyol-1 qəsəbəs 1239 saylı evdə məskunlaşmış İddiaçı təqdim etdiyi arayışa əsasən xx.xx.2021-ci il tarixdən ailə tərkibi 1 nəfərə düşürülmüş və həmin vaxtdan hər ay 1 nəfər üçün istifadə edilmiş suyun dəyəri hesablanaraq abonentə bildiriş verilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İddiaçı yaşadığı Ağdam rayonu Dördyol-1 qəsəbəs 1239 saylı evi su ilə təmin etmiş, İddiaçı isə 2017-ci ildən 2021-ci ilədək sudan istifadəyə görə yaranmış 200 manat borc məbləğini ödəməmişdir. Cavabdeh iddiaçıya göstərilən dövr ərzində 200 manat dəyərində su verməklə üzərinə düşən öhdəliyi icra etmiş, iddiaçı isə əşyanı qəbul etmiş, lakin əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyərək 200 manat borclu qalmaqla öhdəliyi icra etməmiş və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli,xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.1-ci maddəsində göstərilmişdir ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı,qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir.İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib,öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı Azərbaycan X1rşı 200 (iki yüz) manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar