Məhkəmə qərarları › İş №2(013)-3949/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-3949/2025

08.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-3949/2025 08.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Ərizəçi və Maraqlı şəxs xəbərdarlıq edilməsinə və məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə baxış iclasına gəlməmişlər. Bu halda məhkəmə baxış iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. Məhkəmə ərizəni nəzərdən keçirib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı № 673599 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 xx.xx.2016-cı ildə doğulmuşdur, onun atası- X10, anası- Ərizəçidır. İş materiallarında olan: Ağdam rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- İİİ seriyalı № 434709 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə doğulmuşdur, onun atası- Maraqlı şəxs, anası- Ərizəçidır. İş materiallarında olan: Ağdam 2 saylı Mediyasiya Təşkilatının X2 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT044/2025-00581 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf bildirdi ki, ikinci tərəfilə qeyri rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin qeyri rəsmi nikahlarından 26 iyul 2014-cü il təvəllüdlü X5 və 09 yanvar 2016-cı il təvəllüdlü Alı yev Amid Vasifoğlu adlı övladları olmuşdur.Tərəflər uzun müddət bir yerdə yaşamış normal münasibətləri olmuşdur. Sonradan tərəflərarasında olan münasibətləri pisləşmiş və ayrılmışlar. Hal-hazırda birinci tərəf, ikinci tərəfdən ayrılmışdır. Birinci tərəf Mediasiyaya müraciət edərək qeyri rəsmi nikahlarından olan övladlarının himayədə saxlanılması və aliment tələbi ilə ərizə ilə müraciət etdi.

2. İkinci tərəf Mediasiya prosesində könüllü iştirak edərək birinci tərəfin verdiyi təkliflə tanış olaraq qismən razılaşdığını bildirdi. Aparılmış söhbət zamanı ikinci tərəfbildirdi ki, qeyri rəsmi nikahlarından olan 26 iyul 2014-cü il təvəllüdlü X5 və 09 yanvar 2016-cı il təvəllüdlü X11 adlı övladlarınının birinci tərəfin himayəsində saxlanılmasına etirazı olmadığın və uşaqların saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment məbləğini birinci tərəfödəyə biləcəyin bildirdi. 3. X6 şərtləri izah olundu və aşağıdakı şərtlərlə qarşılıqlı olaraq barışıq sazişinə razılaşdılar. 4. İkinci tərəf qeyri rəsmi nikahlarından olan 26 iyul 2014-cü il təvəllüdlü X5 və 09 yanvar 2016-cı il təvəllüdlü X12 adlı övladlarınının birinci tərəfin himayəsində qalmasına etirazı olmadığını bildirdi və tərəflər qarşılıqlı razılığa gəldilər. 5. İkinci tərəf qeyri rəsmi nikahlarından olan 26 iyul 2014-cü il təvəllüdlü X4 və 09 yanvar 2016-cı il təvəllüdlü X11 adlı övladlarınının saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment məbləğini birinci tərəfə ödəməyi öhdəlik götürdü və tərəflər qarşılıqlı razılığa gəldilər. 6. Tərəflər aralarında digər mübahisə olmadığın bildirdi. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanılmış sözügedən barışıq sazişinin qeyri rəsmi nikahdan olan uşaqların digər tərəfin yanında saxlanılması hissəsi məhkəmə qaydasında həyata keçirilməlidir. Bunun üçün tərəflər nikahın pozulması tələbi ilə ümumi qaydada aidiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət etməlidilər. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -355-23.1-ci maddəsinə əsasən, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/MT039/2025-00527 nömrəli barışıq sazişinin alimentlə bağlı hissəsi təsdiq edilməlidir. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:

Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişinin bir hissəsi, yəni xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsi təsdiq edilsin. xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər 150 manat aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar