Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-4188/2025 26.12.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12 oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs barışıq sazişinin könüllü icrasından imtina etdiyi üçün mediyasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli “Barışıq sazişi”nin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2025ci il tarixli “Barışıq sazişi”ni bağlayaraq, birgə nikahdan olan dörd azyaşlı övladlarının ananın himayəsində saxlanması və qeyd olunan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay, hər uşağa 150 manat olmaqla, cəmi 600 manat məbləğində alimentin xx.xx.2025-ci il tarixdən başlayaraq Ərizəçi xeyirinə tutulması barədə qarşılıqlı razılığa gəlmişlər. Lakin Maraqlı şəxs avqust ayına qədər heç bir ödəniş etməmiş, yalnız sentyabr və oktyabr aylarında ödəniş etmiş və beləliklə üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, ərizəçi, sazişin məhkəmə qətnaməsinə əsasən təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi və işdə maraqlı olan şəxs Maraqlı şəxs, məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçinin və işdə maraqlı olan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: sənədlərin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2014-cü ildə, X9 xx.xx.2015-ci ildə, X8 xx.xx.2016cı ildə, X10 xx.xx.2018-ci ildə doğulmuşdur. İş materiallarında olan: Ağdam 1 saylı Mediyasiya Təşkilatının X1 tərəfindən təsdiq edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞA/MT048/2025/00020 nömrəli barışıq sazişinin 1-ci maddəsində birinci tərəf Maraqlı şəxs şərtlərini irəli sürmüş, bunlarla razlaşan 2-ci tərəf Ərizəçi etirz etməyərək, sazişin 2-ci maddəsindən göründüyü kimi, aralarında olan nikahın pozulması, birgə nikahdan olan xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı dörd övladlarının 2-ci tərəfin himayəsində saxlanması və onların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla ümumilikdə 600 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə qarşılıqlı razılaşmışlar. 3. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 5. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. 7. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -28.2-ci maddəsinə əsasən, bu Qanunun 28.1-ci maddəsində qeyd edilən mübahisələr üzrə ilkin mediasiya sessiyasını tərəflərin qarşılıqlı razılaşdırdığı mediator və ya mediator təşkilatı aparır. Azərbaycan Respublikası MPM-nin: -355-23.1-ci maddəsinə əsasən, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, ərizənin alimentlə bağlı hissəsi təmin edilməli, xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X9, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X10 adlı övladlarının saxlanması üçün hər ay uşaga 150 manat olmaqla, ümumilikdə 600 manat sabit pul məbləğində alimentin ödənilməsi barədə tərəflərin qarşılıqlı razılaşması nəzərə alınmalıdır. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış xx.xx.2025ci il tarixli barışıq sazişinin bir hissəsi, yəni xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4, və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün alimentin tutulması hissəsi təsdiq edilsin. xx.xx.2025-ci il tarixli barışıq sazişinin bir hissəsi, yəni xx.xx.2014-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X4, və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər 150 manat aliment Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulmasına xx.xx.2025-ci il tarixdən başlansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-4188/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-4188/2025
26.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver