Məhkəmə qərarları › İş №2(013)-444/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-444/2025

17.01.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-444/2025 17.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Ağdam Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi mediasiya prosesində əldə olunmuş barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən evin onun və övladlarının tam mülkiyyətinə verilməsinə və xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs öncə qeyri rəsmi, xx.xx.2022-ci il tarixdə isə rəsmi nikaha daxil olaraq ailə qurduqlarını, birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023cü il təvəllüdlü X2 adlı üç övladlarının olduğunu, hazırda ayrıldıqlarını və başqa ünvanlarda yaşadıqlarını, ailənin bərpa edilməsində maraqlı olmadıqlarını, Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş əmlak, ünvan 1 ünvanda yerləşən evi ona və övladlarına verilməsinə etiraz etmədiyini, bu barədə qarşılıqlı razılığa gələrək, xx.xx.2024-cü il tarixdə mediyasiya prosesində barışıq sazişi bağladıqlarını, bildirmiş və məhkəməyə müraciət edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə teleqram daxil olmuşdur. Ərizəçi teleqramında xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə baxışı iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmnadan keçirilməsini və ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında, Ərizəçi ilə ayrıldıqlarını, üç övladının da Ərizəçi ilə birlikdə yaşadığını, Qeyd olunan mənzili Ərizəçi və övladlarına verilməsi barədə qarşılıqlı razılığa gələrək bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağladıqlarını və onun tərəfindən hər-hansı bir narazılığın olmadığını bilrdi və ərizənin qanuna uyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Belə ki, iş materiallarında olan mediator X7 tərəfindən təsdiq edilmiş, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞA/MT044/2024- 00101 saylı barışıq sazişinin 1-ci və 2-ci maddələrindən görünür ki, tərəflər aralarında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini birinci tərəfə və birgə nikahdan olan xx.xx.2016-cı il təvəllüdlü X1, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 adlı uşaqlarına bağışlaması ilə bağlı qarşılıqlı razılığa gəlmişlər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun: -28.1-ci maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Azərbaycan Respublikası MPM-nin: -4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. -355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. -355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. -355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. -355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. -355-26.1-ci maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Məhkəmə hesab edir ki, verilmiş ərizə əsasızdır və tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi qanuna zidd olduğu üçün həmin barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. İş üzrə Azərbaycan Respublikası MPM-nin 355-26-cı maddəsində sadalanmış hallar aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesində bağlanmış 28 dekabr 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar