Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-46/2024 24.05.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X6, bacısı X4, qardaşı X7 və qardaşı X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, bacısı xx.xx.1980-ci il təvəllüdlü X6 xx.xx.2006-cı il tarixdən X21 Dispanserində “Şizofreniya paronoid forma” diaqnozu ilə, bacısı xx.xx.1988-ci il təvəllüdlü X4 xx.xx.2006-cı ildən “Şizofreniya paranoid forma, fasiləsiz gedişli” diaqnozu ilə, qardaşı xx.xx.1967-ci il təvəllüdlü X7 xx.xx.2009-cu ildən “Şizofreniya paranoid forma” diaqnozu ilə və qardaşı xx.xx.1983-cü il təvəllüdlü X2 2008-ci ildən “Ağır dərəcəli əqli gerilik psxratabənzər davranış pozuntusu” diaqnozu ilə dispanser müşahidəsində olduqlarını, hazırda onların öz hərəkətlərinə nəzarət edə bilmədiklərini, bacıqardaşlarının onun himayəsində olduğunu və fəaliyyət qabiliyyətli olmayan hesab edilmələri barədə məhkəmə qətnaməsinin tələb edildiyini bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X8 məhkəməyə verdiyi izahatında xx.xx.1967-ci il təvəllüdlü X7, xx.xx.1983-cü il təvəllüdlü X2, xx.xx.1980-ci il təvəllüdlü X6, xx.xx.1988-ci il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadıqlarından onların fəaliyyət qabiliyyəti olmayan hesab edilərək üzərlərində qəyyum təyin edilməsinin məqsədəuyğunluğunu bildirdi və ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə işin obyektiv baxılmasının təmin edilməsi üçün mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi və ekspertin qarşısında qeyd olunan şəxslərin hər hansı psixi xəstəliyi vardırmı, onların fərdi psixi xüsusiyyətləri hansılardır, psixi durumları, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənalarını anlaya bilməmələri və ya öz hərəkətlərini idarə edə bilməmələri baxımından fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilə bilməsi barədə suallar qoyulmuşdur. İş materiallarına əlavə olunan Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-2660/2023 saylı qətnaməsinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X20 xx.xx.2023-cü il tarixli, 6364 nömrəli məktubuna əlavə edilmiş 3247 saylı rəydən görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X9 şizofreniya paronoid forma psixi xəstəliyi müəyyən edilir, həmin şəxs psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də, B.İ.Bayramovu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. -3248 saylı rəydən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X5 şizofreniya paronoid forma, psixi qüsur halı müəyyən edilir, həmin şəxs psixi qüsur halına görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də, C.İ.Bayramovanı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. -3249 saylı rəydən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X10 şizofreniya paronoid forma, psixi qüsur halı müəyyən edilir, həmin şəxs psixi qüsur halına görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də, Ə.İ.Bayramovanı fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. -3250 saylı rəydən görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X3 şizofreniya paronoid forma psixi xəstəliyi müəyyən edilir, həmin şəxs psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də, M.İ.Bayramovu fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cü maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə, o cümlədən məhkəmə psixatriya komissiyasının rəyi ilə təsdiq olundu ki, xx.xx.1967-ci il təvəllüdlü X13, xx.xx.1988-ci il təvəllüdlü X12, xx.xx.1980-ci il təvəllüdlü X14 və xx.xx.1983-cü il təvəllüdlü X11 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında deyillər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1967-ci il təvəllüdlü X13, xx.xx.1988-ci il təvəllüdlü X12, xx.xx.1980-ci il təvəllüdlü X14 və xx.xx.1983-cü il təvəllüdlü X11 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidirlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317-319-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X7 hal-hazırda keçirdiyi şizofreniya paronoid forma F 20.0 xorniki psixi xəstəliyi ilə əlaqədar olaraq öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1988-ci il təvəllüdlü X4 hal-hazırda keçirdiyi şizofreniya paronoid forma, psixi qusur halı F 20.0 xorniki psixi xəstəliyi ilə əlaqədar olaraq öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1980-ci il təvəllüdlü X6 hal-hazırda keçirdiyi şizofreniya paronoid forma, psixi qusur halı F 20.0 xorniki psixi xəstəliyi ilə əlaqədar olaraq öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.1983-cü il təvəllüdlü X2 hal-hazırda keçirdiyi şizofreniya paronoid forma F 20.0 xorniki psixi xəstəliyi ilə əlaqədar olaraq öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-46/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-46/2024
24.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver