Məhkəmə qərarları › İş №2(013)-52/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-52/2025

12.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-52/2025 12.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçinun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 12 fevral 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, oğlu X2 anadan gəlmə “Daun Sindromu, Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq və davranış pozuntuları İQ-20” diaqnozu ilə xəstə olduğundan 1-ci dərəcəli əlillik təyin olunduğunu qeyd etməklə X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni madafiə edərək İnqilabın anadangəlmə daun sindromlu xəstə olduğunu qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AZ-İ № 899034 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İ.İ.Şükürov xx.xx.2007-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 xx.xx.2024-cü il tarixli 3347 nömrəli rəyindən görünür ki, İ.İ.Şükürov Daun sindiromlu şəxsdə ağır əqli gerilik xəstəliyindən əziyyət çəkir, İ.İ.Şükürov öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil və o, fəaliyyət qabiliyyət olmayan hesab edilə bilər. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə anadan olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X4 rəyindən göründüyü kimi İ.İ.Şükürov öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Buna görə də İ.İ.Şükürov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227,233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.2007-ci ildə Ağdam rayonunun Ayaq Qərvənd kəndində anadan olmuş, Ağdam rayonu Ayaq Qərvənd kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar