Məhkəmə qərarları › İş №2(013)-60/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-60/2025

25.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-60/2025 25.02.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, övladı X4 Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X8 «Ağdam Rayon Mərkəzi Xəstəxanası» X7 Polikilinika şöbəsində xx.xx.2017-ci il tarixdə “Kvadroplegik spastik serebral iflic” diaqnozu ilə qeydiyyata alınmaqla 1-ci qrup əlil olduğunu, oğlunun onun himayəsində yaşadığını, onun öz hərəkətlərini və ölçübbiçmək, öz hərəkətlərinə və sözlərinə nəzarət etmək iqtidarında olmadığını, ona görə də özünün ona daimi nəzarət etmək məcburiyyətində olduğunu, övladı A.Orucovun fəaliyyət qabiliyyəti olmayan şəxs kimi qəyyum himayəsinə ehtiyacı olduğunu bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında xx.xx.2006-cı il təvəllüdlü X4 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilərək üzərində qəyyum təyin edilməsinin məqsədəuyğunluğunu bildirdi və ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə işin obyektiv baxılmasının təmin edilməsi üçün mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi və ekspertin qarşısında qeyd olunan şəxslərin hər hansı psixi xəstəliyi vardırmı, onların fərdi psixi xüsusiyyətləri hansılardır, psixi durumları, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənalarını anlaya bilməmələri və ya öz hərəkətlərini idarə edə bilməmələri baxımından fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilə bilməsi barədə suallar qoyulmuşdur. İş materiallarına olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X7 xx.xx.2024-cü il tarixli, 3637 saylı rəydən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 uşaq seribral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik müəyyən edilir, həmin şəxs psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də, X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlməsi üçün kifayət gədər əsaslar var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cü maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə, o cümlədən məhkəmə psixatriya komissiyasının rəyi ilə təsdiq olundu ki, xx.xx.2006-cı il təvəllüdlü X6 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında deyillər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X6 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.20ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə məcburi köçkünlər dövlət rüsumunu ödəməkdən azaddırlar. Məhkəmə qeyd edir ki, iddiaçı məcburi köçkün olduğuı üçün ərizə verərkən dövlət rüsumu ödəməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317-319-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X4 uşaq seribral iflici nəticəsində yaranmış ağır dərəcəli (imbesillik dərəcəsində) əqli gerilik xəstəliyi ilə əlaqədar olaraq öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar