Məhkəmə qərarları › İş №2(013)-648/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-648/2024

24.06.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-648/2024 24.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, Ərizəçi və Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2013-cü il tarixdən baxıcı kimi qulluq etdiyi bacısı X2 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında, bacısı xx.xx.1981-ci il təvəllüdlü X2 anadangəlmə 1-ci qrup əlil olduğunu, daimi olaraq başqasının qulluğuna ehtiyacı olduğunu, anası xəstə olduğu üçün 2013-cü ildən bacısını öz evinə gətirməklə onun qulluğunda dayandığını və bubunla bağlı Dövlət Sosial Müdafiə Fondu tərəfindən 100 manat müavinət aldığını, ata və anasının vəfat etdiyi üçün bacısı V.Rüstəmovanın fəaliyyət qabiliyyəti olmayan şəxs kimi qəyyum himayəsinə ehtiyacı olduğunu bildirdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs Başçısı Aparatı nəzdində fəaliyyət göstərən «Qəyyumluq və Himayəçilik Komissiyası»nın nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında xx.xx.1981-ci il təvəllüdlü X2 öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilərək üzərində qəyyum təyin edilməsinin məqsədəuyğunluğunu bildirdi və ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə işin obyektiv baxılmasının təmin edilməsi üçün mülki iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilməsi və ekspertin qarşısında qeyd olunan şəxslərin hər hansı psixi xəstəliyi vardırmı, onların fərdi psixi xüsusiyyətləri hansılardır, psixi durumları, psixi qüsurları nəticəsində öz hərəkətlərinin mənalarını anlaya bilməmələri və ya öz hərəkətlərini idarə edə bilməmələri baxımından fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilə bilməsi barədə suallar qoyulmuşdur. İş materiallarına əlavə olunan Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-648/2024 saylı qətnaməsinə cavab olaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2024-cü il tarixli, 1061 saylı rəydən görünür ki, xx.xx.1981-ci il təvəllüdlü X4 Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik müəyyən edilir, həmin şəxs psixi qüsur halına görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Bu səbəbdən də, V.S.Rüstəmovanı tam fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 28.1-ci maddəsinə əsasən, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası MPM-nin 318.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası MPM-nin 319-cü maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə iclasında təqdim olunmuş sənədlərlə, o cümlədən məhkəmə psixatriya komissiyasının rəyi ilə təsdiq olundu ki, xx.xx.1981-ci il təvəllüdlü X5 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında deyillər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1981-ci il təvəllüdlü X5 öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 317-319-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il təvəllüdlü X2 hal-hazırda keçirdiyi Daun sindromlu şəxsdə ağır dərəcəli əqli gerilik xəstəliyi ilə əlaqədar olaraq öz psixi vəziyyətlərinə görə hərəkətlərinin mənasınə dərk etmək və onları idarə etmək iqtidarında olmadıqları üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam rayon məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar