Məhkəmə qərarları › İş №2(013)-686/2024

Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-686/2024

12.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-686/2024 12.03.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 12 mart 2024-cü il tarixdə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra- İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 18 avqust 2023-cü il tarixli, MAS- 6053 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 okyyabr 2023-cü il tarixə 717.42 manat gecikdirilmiş əsas, 89.68 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 346.34 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PU- *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3871.98 manat olmaqla, cəmi 5025.42 manat borcun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 70.26 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə hazırlıq iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı MMC-dən məhkəməyə elektron ərizə (vəsatət) daxil olmuş və ərizədə iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması barəsində ərizə verildiyinə görə ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin Cavabdeh qarşı cavabdehdən iddiaçının xeyrinə 18 avqust 2023cü il tarixli, MAS-6053 nömrəli “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 19 okyyabr 2023-cü il tarixə 717.42 manat gecikdirilmiş əsas, 89.68 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 346.34 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Khazar LX” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 3871.98 manat olmaqla, cəmi 5025.42 manat borcun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 70.26 dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar