Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № 2(013)-7/2024 26.12.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, ilə, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə 26 dekabr 2024-cü il tarixdə Ağdam rayon məhkəməsinin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2023 ci il tarixli 3M-1 reyestr nömrəli bağışlama müqaviləsinin atası Azər Rzayevə aid paya münasibətdə məcburi payımın müəyyən edilməsi hissəsində etibarsız sayılması, həmin hissədə 27 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ona çata biləcək məcburi payın tamamlanması və həmin hissədə vərəsəlik şəhadətnaməsinin verilməsinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 10 may 2023-cü il tarixli qərardadı ilə Gəncə Apelyasiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(104)-2951/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə dair yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək Ağdam Rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin etibarsız sayılması, çıxarışın ləğv edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə 2(013)-1001/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır. Məhkəməyə 05 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin məktubu daxil olmuş və həmin məktubdan görünür ki, Gəncə Apelyasiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(104)-2951/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılmış və Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi qüvvədə saxlanılmışdır. Ağdam Rayon Məhkəməsinin 2(013)-07/2024 nömrəli 05 dekabr 2024-cü il tarixli qərardadı ilə qeyd olunan mülki işin icraatı təzələnmiş və işin məhkəmə hazırlıq iclası 26 dekabr 2024-cü il tarixə, saat 12:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı, Cavabdeh1, üçüncü şəxslər Şəmkir rayon 1 saylı notarial Ofisinin nümayəndəsi və Cavabdeh2 məhkəmə hazırlıq iclasına gəlməmişdir. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə (vəsatət) daxil olmuş və o ərizəsində qeyd olunan iddia ərizəsinin baxılmamış saxlanmaqla, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni (vəsatəti) və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin, ona əlavə olunmuş sənədlərin geri qaytarılması barəsində ərizə verildiyinə görə ərizə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.2-ci maddəsinə əsasən, işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh1 qarşı 05 yanvar 2023 ci il tarixli 3M-1 reyestr nömrəli bağışlama müqaviləsinin atası Azər Rzayevə aid paya münasibətdə məcburi payımın müəyyən edilməsi hissəsində etibarsız sayılması, həmin hissədə 27 yanvar 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ona çata biləcək məcburi payın tamamlanması və həmin hissədə vərəsəlik şəhadətnaməsinin verilməsinin müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-7/2024
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №2(013)-7/2024
26.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver