Məhkəmə qərarları › İş №2(013)-70/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-70/2025

09.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-70/2025 09.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Dövlət Neft Şirkəti Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adına cavabdeh tərəfindən qanunsuz və əsasız olaraq cərimə kimi hesablanmış 777.60 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ünvan 1i ünvanda ailə üzvləri ilə birlikdə qeydiyyatdadır, lakin həmin evdə yaşamırlar. Həmin yaşayış evinə Cavabdeh İB tərəfindən qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə təşkilatın əməkdaşları tərəfindən qaz sayğacına baxış keçirilmiş və akt tərtib edilmişdir. Həmin vaxt güya sayğaca baxış zamanı sayğacın qapağının kənar təsir nəticəsində sındığı müəyyən edilmişdir. Qaz sayğacı həyətyanı sahənin çöl tərəfində yerləşdiyindən onun tərəfindən sayğaca daimi nəzarət edilməsi mümkün deyil. O, qazdan istifadəyə görə yaranan borclarını həmişə vaxtında ödəyir, onun tərəfindən qaz sayğacına heç vaxt müdaxilə olunmamışdır. Lakin abonentin saldosundan göründüyü kimi onun adına heç bir əsas olmadan 777.60 manat cərimə yazılmışdır. Qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan GCZ0016068 nömrəli, xx.xx.2023-cü il tarixdə quraşdırılmış sayğaca aid “Abonentin saldosu”ndan görünür ki, İddiaçı təbii qazdan istifadəyə görə (qalıq və aktlara əsasən) noyabr ayının sonu, 2023-cü il tarixə 777.60 manat borcu yaranmışdır. İş materiallarında olan Cavabdeh İB-nin qaz “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, № ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı ünvan 1ində işlətdiyi ******* nömrəli sayğacı çıxarılmış, GCZ0016068 nömrəli yeni sayac quraşdırılaraq yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, № ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi evində qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındığı və nəticədə 6480 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında qərarın 5.5-ci maddəsinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsaslanaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli, № ******* “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətində, İddiaçı məxsus ünvan 1ində yerləşən fərdi evində qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində sındığı və nəticədə 6480 m3 ziyanın ödənilməli olduğu göstərilmişdir. Lakin həmin qaz sayğacına müdaxilənin olduğunu və olduğu halda həmin müdaxilənin İddiaçı tərəfindən törədildiyi müəyyən edilməmişdir. Belə olan halda məhəkəmə hesab edir ki, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış 777.60 manat borc tam əsasızdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı adına hesablanmış 777.60 manat borc məbləği əsasız olduğundan silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən İddiaçı adına cərimə kimi hesablanmış 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc məbləği əsasız olduğundan silinsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar