Məhkəmə qərarları › İş №2(013)-766/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-766/2025

29.07.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-766/2025 29.07.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 29 iyul 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, xx.xx.2003-cü ildə X1 ərə getmiş, birgə nikahdan xx.xx.2004-cü ildə Arif və xx.xx.2007-ci ildə Aytən adlı uşaqları olmuşdur. Əri Ə.A.Məmmədov xx.xx.2024-cü ildə vəfat etmişdir. Uşaqların hər ikisinin onun himayəsində qaldığını, oğlu Arifin ağır dərəcəli əqli gerilik xəstəliyindən, qızı A.Ə.Məmmədovanın isə iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə İV dərəcə diaqnozu ilə xəstə olduğunu, onlara daima özünün nəzarət etdiyini, onların öhərəkətlərini ölçüb biçə bilmədiyini, çox çətinliklə danışdıqlarını və ətrafı dərk etmədiklərini qeyd etməklə oğlu xx.xx.2004-cü il təvəllüdlü A.Ə.Məmmədov və qızı xx.xx.2007-ci il təvəllüdlü A.Ə.Məmədovanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni madafiə edərək Arif və Aytən adlı uşaqların xəstə olduğunu və özünü idarə edə bilmədiyini, onlara daim özünün nəzarət etdiyini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində Maraqlı şəxs başçısının aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü ildə anadan olmuşdur. AZ-İ № 046369 saylı nikah şəhadətnaməsinin surətindən görünür ki, Ə.A.Məmmədovla Ərizəçi arasına olan nikah xx.xx.2003-cü ildə Maraqlı şəxs başçısının Quzanlı ərazi dairəsi üzrə nümayəndəliyində 26 nömrə ilə qeydə alınmışdır. AZ-İ № 495666 saylı və AZ-İİ № 013898 saylı doğum haqqında şəhadətnamələrin, AA ******* saylı və AA ******* saylı şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, A.Ə.Məmmədov xx.xx.2004-cü ildə, A.Ə.Məmmədova isə xx.xx.2007-ci ildə anadan olmuşdur. AZ-İİ № 430877 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Ə.A.Məmmədov xx.xx.2024-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X9 Disponserinin xx.xx.2025-ci il tarixli 59 saylı arayışından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü A.Ə.Məmmədov xx.xx.2019-cu ildən “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə X9 Disponserində disponser müşahidəsindədir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrinin X4 Rayon Mərkəzi Xəstəxanası X8 xx.xx.2025-ci il tarixli 15 saylı arayışından görünür ki, A.Ə.Məmmədova 2012-ci il tarixdən Ağda RMX PHŞ-in polikilinika şöbəsinin pediatrik kabinetində “ iki tərəfli çox ağır dərəcəli sensonevral tip eşitmə dərəcə” diaqnozu ilə qeydiyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli 283 nömrəli rəyindən görünür ki, A.Ə.Məmmədov ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə xəstəliyindən əziyyət çəkir, A.Ə.Məmmədov öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil və o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli 284 nömrəli rəyindən görünür ki, A.Ə.Məmmədova davranış pozğunluğu və lal-karlıqla müşayət olunan orta dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir, A.Ə.Məmmədova öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil və o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 rəylərindən göründüyü kimi A.Ə.Məmmədov və A.Ə.Məmədova öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyillər. Buna görə də A.Ə.Məmmədov və A.Ə.Məmmədova fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227,233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.2004-cü ildə Bərdə şəhərində anadan olub, Ağdam rayonu imamqulubəyli kəndində qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. xx.xx.2007-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olub, Ağdam rayonu imamqulubəyli kəndində qeydiyyatda olan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar