Məhkəmə qərarları › İş №2(013)-789/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-789/2025

19.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-789/2025 19.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdeh X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 cavabdeh X9 qarşı miras əmlakın vərəsələr arasında bölünərək payların müəyyən edilməsi tələbi barədə mülki işə 19 may 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 rayon məhkəməsində cavabdeh X9 qarşı iddia qaldıraraq birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, X20, X7, X10 məxsus Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 2,2318 ha torpaq sahəsinin mərhum atası X11, mərhum anası X2 və mərhum qardaşı X8 payına düşən hissəsinin vərəsələr - X16, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında bölünərək payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı, həmçinin digər İddiaçı2 nümayəndəsi qismində məhkəmədə izahat verən İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, birinci qrup əlildir. Ata-anasından və qardaşından miras torpaq sahəsi qalmışdır. Torpaq sahəsini bacılar istifadə etmişlər. X23 subay olmuşdur. Qardaşı Nobil üç il bundan əvvəl Bakı şəhərindən gəldikdən sonra torpaqdan onlara istifadə etməyə imkan verməmişdir. Dörd bacı və bir qardaşdan başqa vərəsənin olmadığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı, həmçinin digər İddiaçı4 nümayəndəsi qismində məhkəmədə izahat verən İddiaçı3 iddianı müdafiə edərək və və bacısı İddiaçı1 izahatını təsdiqləyərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən X16 iddianı etiraf etməyərək göstərmişdir ki, miras qoyan qardaşı Qabil subay olmuşdur. Dörd bacı və bir qardaşdan başqa vərəsə olmamışdır. İddiaçılar torpaq sahəsini qonuları Adilin istifadəsinə vermişlər. İddianın təmin olunacağı təqdirdə iddiaçıların torpaq sahəsini başqa şəxsə satacaqlarını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmədə elan olunmuş AZ-İİ № 290011 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2022-ci ildə vəfat etmişdir. AZ-İ № 618794 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü ildə vəfat etmişdir. AZ-İ № 449699 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2011-ci ildə vəfat etmişdir. Ağdam Rayon Qeydiyyat Şöbəsinin tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 493- 05/69 saylı arayışın surətindən görünür ki, X4 xx.xx.1968-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, atası X13, anası X1r. AZ-T 247862 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1971-ci ildə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, atası X14, anası X3r. Qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2019-cu il olan çıxarışın surətindən görünür ki, Ağdam rayonunun Quzanlı kəndində yerləşən 2,2318 ha kənd təsəsrrıfatı təyinatlı torpaq sahəsi İddiaçı1, İddiaçı2, X20, X7, X8 adına qeydə alınmışdır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Quzanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 1057 saylı arayışından görünür ki, mərhum X2 övladları X16, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3dır. Ağdam Rayon İcra Hakimiyyəti başçısının Quzanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 554 saylı arayışından görünür ki, X20 xx.xx.2011ci ildə, X7 xx.xx.2013-cü ildə, X17 xx.xx.2022-ci ildə vəfat etmişlər. Mərhumların vərəsələri X16, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3dır. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(013)-1804/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 idiası qismən təmin edilərək qeydiyyat nömrəsi **********, tarixi xx.xx.2019-cu il olan çıxarışa əsasən birgə mülkiyyətdə olan Ağdam rayonunun Quzanlı kəndində yerləşən 2,2318 ha torpaq sahəsinə dair iddiaçılar İddiaçı1 və İddiaçı2 1/5 (beşdə bir) hissədə payları müəyyən edilmişdir. Ağdam Rayon Dövlət Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 12 saylı məktubundan görünür ki, İddiaçı1 miras əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün notariat orqanına müraciət etmiş, həmin orqan vərəsələr arasında mübahisə olduğunu əsas gətirərək vərəsəlik şəhadətnaməsi verilməsindən imtina etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışında məlum olmuşdur ki, miras qoyan X17 xx.xx.2022-ci ildə, X7 xx.xx.2013-cü ildə, X20 xx.xx.2011-ci ildə vəfat etmişlər. Mirasın açıldığı yer Ağdam rayonudur. Miras əmlak birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, X20, X7, X10 məxsus Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 2,2318 ha torpaq sahəsinin 1,33908 ha hissəsindən ibarət olmuşdur. Miras qoyan X7 və X11 beş nəfər birinci növbə vərəsəsi – övladları İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X16 qalmışlar. Miras qoyan X8 birinci növbə vərəsəsi olmamış, onun ikinci növbə vərəsələri – bacı-qardaşları İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X16 olmuşdur. İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X16 miras əmlaka sahiblik etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş və bununla da həmin mirası qəbul etmişlər. Miras qoyan şəxslər vəsiyyətnamə qoymamışlar. Bu səbəbdən miras əmlak İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X16 arasında bərabər qaydada bölünərək onlarn hər birinin 1/5 (beşdə bir) hissə, yəni 0,267816 ha payının olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1252-ci maddəsində göstərilmişdir ki, əgər vərəsə miras açıldıdan sonra, lakin miras qəbul edilənədək ölərsə mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1243.1-ci madddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1246-cı maddəsində göstərilmişdir ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Birgə mülkiyyət hüququ ilə İddiaçı1, İddiaçı2, X20, X7, X10 məxsus Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən 2,2318 ha torpaq sahəsinin X20, X7 və X5 miras qalmış 1,33908 ha hissəsi X16, İddiaçı4, İddiaçı2, İddiaçı1 və İddiaçı3 arasında bərabər bölünərək onların hər birinin miras əmlakın 1/5 (beşdə bir) hissə, yəni 0,267816 ha paylarının olması müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar