Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-93/2024 09.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra - Cavabdeh ASC) qarşı qanunsuz hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən qanunsuz və əsasız olaraq adına borc kimi hesablanmış 408.36 manat və 681 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC-dən məhkəməyə məktub daxil olmuş və həmin məktubda qeyd olunan iddianın Cavabdeh ASC-nin fəaliyyətinə aid olmadığı, həmin məsələnin "xxxx" ASC-yə aid olduğunu göstərilmişdir. Məhkəmə tərəfindən İddiaçı Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən əsl olmayan tərəfin əvəz edilməsi təklif olunsa da, lakin iddiaçı razılıq ərizəsini məhkəməyə təqdim etməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, Ağdam rayonu, Üçoğlan ərazi nümayəndəliyinin Böyükbəyli kəndində yaşamasını, özü və ailəsinin istifadə etdikləri elektrik enerjisinə görə borclarını vaxtlı-vaxtında ödəmələrini və heç vaxt borclarının yaranmamasını, lakin bir müddət öncə həyətdən keçən açıq naqildən əlavə xətt götürərək sayğacdankənar xəttən istifadə etdiyini və bunun təşkilatın əməkdaşları tərəfindən aşkar edildiyini, bununlada onun adına olan abunə koduna sayğacdan kənar sərf olunmuş elektrik enerjisinə görə Cavabdeh ASC tərəfindən 289283 saylı akta əsasən 57.89 manat, 256363 saylı akta əsasən isə, 174 manat borcun yazıldığını, Cavabdeh ASC-nin portal sistemində borcu barədəməlumatlara baxarkən, 57.89 manat borcunun qarşılığında 408.36 manat, 174.10 manat borcunun qarşılığında isə 681 manat borcu olduğunun yazıldığını, əlavə olaraq yazılmış 408.36 manat və 681 manat borcun yazılmasını qanunsuz və əsassız olduğunu bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını və çıxışlarını dinləyib, iş materiallarını, təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin abunəçi İddiaçı (abunə № **********00037) barəsində xx.xx.2022-ci il tarixli, 256363 saylı aktın surətindən görünür ki, abonent qonşuya gedən açıq naqilə qoşularaq, sayğacdankənar xətdən istifadə etmiş və İ=5,2A, U=0,22kvt, P=1,1kvt sərfiyyatın olduğu göstərilməklə, sayğacdankənar xəttin ləğv edilməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin abunəçi İddiaçı (abunə № **********00037) barəsində xx.xx.2023-cü il tarixli, 289283 saylı aktın surətindən görünür ki, abonent yas mərasimi mağarına əlavə xətt çəkərək, sayğacdan kənar xətdən istifadə etmiş və əlavə xəttdən keçən yük İ=21,36A, U=0,22kvt, P=4,7kvt sərfiyyatın olduğu göstərilməklə, sayğacdan kənar xəttin ləğv edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»-nın 8.1-ci maddəsinin tələblərinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerji təchizatı müəssisəsinə, enerji təchizatı müəssisəsinən abonentə, abonendən subabonentə elektrik enerjisinin verlişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.3-cü maddəsinin tələblərinə əsasən dövlət elektroenergetika müəssisəsi ilə enerji təchizatı müəssisəsi arasında, enerji təchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik enerjisnə görə hesablaşmalar tərəflərin balans mənsubiyyəti sərhədində quraşdırılmış hesablaşma elektrik sayğaclarının göstərişinə əsasən aparılır. Həmin Qaydaların 9.1-ci maddəsinin tələblərinə əsasən İstehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu maddəsinin tələblərinə əsasən, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcimdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı Cavabdeh ASC-yə qarşı "xxxx" ASC tərəfindən qanunsuz və əsasız olaraq adına borc kimi hesablanmış 408.36 manat və 681 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №2(013)-93/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-93/2024
09.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver