Məhkəmə qərarları › İş №2(013)-97/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-97/2025

02.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-97/2025 02.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə 02 aprel 2025-ci ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi rayon məhkəməsinə ünvanladığı ərizəsində göstərmişdir ki, qardaşı X3 xx.xx.2022-ci ildən “orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kənar şəxsin qulluğuna və nəzarətinə daimi ehtiyac” diaqnozu ilə xəstədir. Bu səbəbdən Qalibə 2-ci dərəcəli əlillik təyin olunduğunu qeyd etməklə X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi qismində məhkəmədə izahat verən Ərizəçi ərizəni müdafiə edərək Qalibin subay və xəstə olduğunu, valideynlərinin vəfat etdiklərini qeyd etməklə ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs qismində Maraqlı şəxs aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq o heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş AZE № 15564922 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Q.Y.İsmayılov xx.xx.1974-cü ildə Ağdam rayonunun Qalayçılar kəndində anadan olmuşdur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi Əsəb Disponserinin xx.xx.2024-cü il tarixli 225 saylı arayışından görünür ki, Q.Y.İsmayılov xx.xx.2022-ci il tarixdən orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, kənar şəxsin qulluğuna və nəzarətinə daimi ehtiyac var. Ağdam Rayon Qeydiyyat Şöbəsinin № 1192-05/15 arayışından görünür ki, Q.Y.İsmayılovun atası X4 xx.xx.1993-cü ildə vəfat etmişdir. AZ-İİ № 366341 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Q.Y.İsmayılovun anası X2 xx.xx.2024-cü ildə vəfat etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Q.Y.İsmayılov orta dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkir, Q.Y.İsmayılov öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək qabiliyyətində deyil, o, fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. AZ-İ № 032026 və İİ JQ № 482384 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Ərizəçi ilə X3 doğma qardaşlardır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 rəyindən göründüyü kimi Q.Y.İsmayılov öz hərəkətlərinin mənasını anlayıb öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Buna görə də Q.Y.İsmayılov fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsində qeyd olunmuşdur ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində himayəçi təyin etmək üçün əsasdır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227,233, 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə əsaslı olduğundan təmin edilsin. xx.xx.1974-cü ildə Ağdam rayonunun Qalayçılar kəndində anadan olub, Ağdam rayonunun Qalayçılar kəndində qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar