Məhkəmə qərarları › İş №2(014)-1000/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1000/2023

02.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1000/2023 02.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçilər Ərizəçi1, X13 və ailə üzvlərinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli 09 saylı qərarı ilə 4,97 hektar kənd təsərrüfatı istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0038, KOD 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. X12 19 noyabr 2019-cu ildə ölmüşdür. X14 12 oktyabr 2011-ci ildə X38 ilə rəsmi nikah qeyd etdirməklə evlənərək “Əhmədova” soyadını, X15 23 iyul 2011-ci ildə X35 ilə rəsmi nikah qeydetdirməklə evlənərək “Qurbanova” soyadını qəbul etmişdir. Həmin JN-0038, KOD 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X1 soyadı, adı və ata adı səhvən “X9” kimi, Ərizəçi1 ata adı səhvən “Hidayət” kimi, Ərizəçi2, Ərizəçi3, X14 və X8 ata adları səhvən “Məhəmməd” kimi qeyd edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etmişlər. Lakin idarədən onlara hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə orqanlarına məxsus olması bildirilmişdir. Hazırda həminburaxılmış yalnışlıqları hər hansı bir formada düzgün qeyd etdirə bilmirlər. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Məhkəmə iclasında Ərizəçi1 ərizədə göstərilənləri müdafiə edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X34 izahat verərək göstərdi ki, ərizəçilər onun həmkəndliləridir. Ərizəçilərin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpağın sənədlərində ərizəçilərin ata adları səhv yazılmışdır. Məmmədin atasının adı əslində Hidan olmuşdur. Həmçinin, Əhməd, Gündüz, Kəmalə və Şəlalənin atalarının adı əslində Məhəmməd yox, Məmməddir. Məhkəmə iclasında şahid qismində dindirilən X36 da özündən əvvəl ifadə vermiş şahid X34 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, № 3- 21-3-35/2-A0046-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-0038, KOD 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X9, Ərizəçi1 Hidayət oğlu və ailə üzvləri Maraqlı şəxs1 oğlu, Ərizəçi2 Məhəmməd oğlu, Ərizəçi3 Məhəmməd oğlu, X10 və X6 mülkiyyətinə ünvan 1indən 4,97 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 17 iyun 1960-cı il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş İ-ИЕ № 931326 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə ünvan 1ində doğulmuş, atası ---, anası X11r. İşin materiallarında olan 2 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 462 nömrəli doğum haqqında arayışdan görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə ünvan 1ində doğulmuş, atası X19, anası X11r. İşin materiallarında olan 2 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 461 nömrəli doğum haqqında arayışdan görünür ki, X16 xx xxxxxxxx 1963-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası X27, anası X25r. İşin materiallarında olan 2 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 460 nömrəli doğum haqqında arayışdan görünür ki, Ərizəçi3 xx xxxxxx 1987-ci il tarixdə ünvan 1ində doğulmuş, atası Ərizəçi1 Hidayət oğlu, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 2 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 459 nömrəli doğum haqqında arayışdan görünür ki, Ərizəçi2 7 dekabr 1985-ci il tarixdə ünvan 1ində doğulmuş, atası Ərizəçi1 Hidayət oğlu, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 23 iyul 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 686287 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X4 Şəlalə Məmməd qızı ilə 23 iyul 2011-ci il tarixdə 204 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Qurbanov, arvada Qurbanova soyadı verilmişdir. İşin materiallarında olan 27 oktyabr 2011-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 703157 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X5 Kəmalə Məmməd qızı ilə 12 oktyabr 2011-ci il tarixdə 288 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əhmədov, arvada Əhmədova soyadı verilmişdir. İşin materiallarında olan 2 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 463 nömrəli nikah haqqında arayışdan görünür ki, Ərizəçi1 X16 ilə 10 dekabr 1984-cü il tarixdə 37 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Abduxalıqov, arvada Abduxalıqova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1960-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1990-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1963-cü il tarixdə Ağdaş şəhərində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. İşin materiallarında olan ASAN-Mingəçevir tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə ünvan 1ində doğulmaqla, Ağdaş şəhəri, Koroğlu küçəsi 16 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan ASAN-Qəbələ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 və şahidlərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş 18 mart 1999-cu il tarixli JN-0038, KOD 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq ərizəçilər Ərizəçi1 ata adı “Hidan” əvəzinə səhvən “Hidayət” kimi, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 ata adları “Məmməd” əvəzinə “Məhəmməd” kimi, mərhum X2, adı və ata adı “X12” əvəzinə “X9” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin adları sənəddə göstərilən adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 09 saylı qərarına əsasən JN-0038, KOD 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3, Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2, Ərizəçi3, Abduxalıqova (Əhmədova) Kəmalə Məmməd qızı və Abduxalıqova (Qurbanova) Şəlalə Məmməd qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 16 aprel 1998-ci il tarixli, 09 saylı qərarına əsasən JN-0038, KOD 90321038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X3, Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2, Ərizəçi3, Abduxalıqova (Əhmədova) Kəmalə Məmməd qızı və Abduxalıqova (Qurbanova) Şəlalə Məmməd qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar