Məhkəmə qərarları › İş №2(014)-1038/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1038/2023

04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1038/2023 04.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarına əsasən 2,30 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-0003 KOD 90310028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən rsəmiləşdirilmişdir. Ərizəçi X16 ilə 27 mart 2012-ci ildə evlənmişlər. 2012-ci ildə nikah bağlandıqdan sonra ər soyadını, yəni Məmmədova soyadını götürmüşdür. Lakin həmin Dövlət Aktında texniki səhvə yol verilərək onlara məxsus Dövlət Aktında adı X5 yazılmışdır. Hazırda həmin torpaq sahəsini DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adına qeydə aldıraraq müəyyən etmək məqsədi ilə həmin idarəyə müraciət etmiş, lakin Dövlət Aktının adında qeyd edilən səhvə yol verildiyindən torpağı qeydə aldıra bilməmişdir. Belə ki, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfindən verildiyindən onların səlahiyyətlərinə aid olmadığı bildirilmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonu, ünvan 3i ərazisində yerləşən 2,30 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X11, Maraqlı şəxs1, X22 və X10 adına ümumi birgə mülkiyyətə verilməsinə dair JN-0003 KOD 90310028 saylı torpağın mülkiyyətə verilməsinə Dövlət X2, Maraqlı şəxs1, X22 və X12 məxsusluğu faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurət yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadə verərək göstərdi ki, ərizəçi onun bacısıdır. Ailə üzvlərinin adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçinin adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X20 da özündən əvvəl ifadə vermiş şahid X13 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli, 3-21-3-35/2-M-0014- 8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə JN-0003 KOD 90310028 saylı nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, X11 və ailə üzvləri Maraqlı şəxs1, X22 və X10 mülkiyyətinə Ağdaş rayonu, ünvan 3ində 2,30 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 26 sentyabr 1963-cü il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd soveti tərəfindən verilmiş АЗ № 461156 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 20 noyabr 1963-cü il tarixdə Ağdaş rayonu, ünvan 3ində doğulmuş, atası X4, anası X9r. İşin materiallarında olan 25 dekabr 1990-cı il tarixdə Ağdaş rayon Qoşaqovaq kənd soveti tərəfindən verilmiş № V- ЖГ 440455 nömrəli doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X21 xx xxxxxxx 1990-cı il tarixdə Ağdaş rayonu, ünvan 3ində doğulmuş, atası X11, anası Maraqlı şəxs1dır. İşin materiallarında olan 27 dekabr 1985-ci il tarixdə Ağdaş rayonu Qoşaqovaq kənd soveti tərəfindən verilmiş İİİ-ЖГ № 452387 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Xumarə Xaləddin qızı ilə 27 dekabr 1985-ci il tarixdə 48 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Əzizov, arvada Əzizova soyadı verilmişdir. İşin materiallarında olan 27 mart 2012-ci il tarixdə Ağdaş rayon ünvan 3 icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 759853 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 Aygül Əhməd qızı ilə 27 mart 2012-ci il tarixdə 01 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşin materiallarında olan 07 dekabr 2022-ci il tarixdə Ağdaş rayon ünvan 3 icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş görünür ki, X22 24 aprel 2013-cü il tarixdə Kəskin qan itirmə səbəbindən ölmüşdür. İşin materiallarında olan 16 sentyabr 2021-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş görünür ki, X11 11 sentyabr 2021ci il tarixdə Dəqiqləşdirilməmiş ağciyər-ürək çatmamazlığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1990-cı il tarixdə Ağdaş rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1963-cü il tarixdə Ağdaş rayonu, ünvan 3ində doğulmaqla, Ağdaş rayonu, ünvan 3i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi atası X7 mülkiyyətinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə JN-0003 KOD 90310028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında texniki səhv olaraq ərizəçinin adı “Aygül” əvəzinə “Aygün” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən adı şəxsiyyətini təsdiq edən sənəddəki adı ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə JN-0003 KOD 90310028 saylı nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2, Maraqlı şəxs1, X22 və Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 21 saylı qərarı ilə JN- 0003 KOD 90310028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət X2, Maraqlı şəxs1, X22 və Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar