Məhkəmə qərarları › İş №2(014)-1040/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1040/2023

14.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1040/2023 14.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızının maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızı maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 4 nömrəli qərarı ilə Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2 və X7 Ağdaş rayonu, Kotanarx kəndində JN-0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 1,78 ha kənd təsərüfatlı təyinatlı torpaq sahəsi verilmişdir. Bundan başqa Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 4 nömrəli qərarı ilə Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2 və X7 Ağdaş rayonu Kotanarx kəndində JN-068A, KOD 90321005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0,42 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək JN-0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktı və JN-068A, KOD 90321005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında Çıxarış almaq istəyərkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahısında Ərizəçi1 adının son hərfi səhv yazılmaqla Ərizəçi1r İsbəndiyar oğlu, Ərizəçi2 ata adının son hərfi səhv yazılmaqla Ərizəçi2r oğlu və X5 adının və ata adının son hərfi səhv yazılmaqla X1 qeyd edilmişdir. Bundan başqa torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin adlı siyahısında Ərizəçi1 adının son hərfi səhv yazılmaqla Ərizəçi1r İsbəndiyar oğlu, Ərizəçi2 adı və ata adının son hərfi səhv yazılmaqla X15 və X5 ata adının son hərfi səhv yazılmaqla X2 qeyd edilmişdir. Belə ki, həmin yalnışlıqların düzəldilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət etsə də həmin torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə düzəliş edilməsindən imtina edilmişdir. Həmin sənədlərdə edilən yalnışlıqlara düzəliş edilməlidir və bu səbəbdən məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi3 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs1 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçilərlə həmkəndlidirlər. Ərizəçi1 adına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adlar və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X23 özündən əvvəl izahat vermiş şahid X16 ilə eyni məzmunlu izahat vermişdir. İşin materiallarında olan Ağdaş rayon Aqrar İslahatı Komissiyası tərəfindən verilmiş JN-0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Ərizəçi1r İsbəndiyar oğlunun və ailə üzvləri Maraqlı şəxs1, Ərizəçi2r oğlu və Həmidova (Pənahova) Aygün Bərxudar qızının mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndi ərazisindən 1,78 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-068A, KOD 90321005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1r İsbəndiyar oğlunun və ailə üzvləri Maraqlı şəxs1, Ərizəçi2r oğlu və Həmidova (Pənahova) Aygül Bərxudar qızının mülkiyyətinə Ağdaş rayonu, Korarx kəndi ərazisindən 0,42 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-35/2-H-0062-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti başçısının Korarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-32- 12/2-127/2023 saylı arayışdan görünür ki, AR DT və XK-si tərəfindən Ərizəçi1 verilmiş JN- 0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adlı siyahında texniki səhvə yol verilmişdir. Belə ki, Ərizəçi1r İsbəndiyar oğlu əvəzinə Ərizəçi1, Maraqlı şəxs1 əvəzinə Maraqlı şəxs1, Ərizəçi2r oğlu əvəzinə Ərizəçi2, Həmidova (Pənahova) Aygün Bərxudar qızı əvəzinə Həmidova (Pənahova) Aygül Bərxuda qızı olmalıdır. İşin materiallarında olan 04 noyabr 1961-ci il tarixdə Ağdaş rayon Şıxlı kənd soveti tərəfindən verilmiş AЗ № 010942 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1961-ci ildə Ağdaş rayonu, Korarx kəndində doğulmuş, atası X6, anası X3r. İşin materiallarında olan 15 mart 1965-ci il tarixdə Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1960-cı ildə Ağdaş rayonu, Cüvə kəndində doğulmuş, atası X11, anası X8r. İşin materiallarında olan 18 aprel 2023-cü il tarixdə Ağdaş rayon Qolqəti kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İV № 854515 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci ildə Ağdaş rayonu, Korarx kəndində doğulmuş, atası Ərizəçi1, anası Maraqlı şəxs1 Əhmədiyə qızıdır. İşin materiallarında olan 06 noyabr 1990-cı il tarixdə Ağdaş rayon Qolqəti kəndi Qolqəti kənd soveti tərəfindən verilmiş V-ЖГ № 354882 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həmidov Ərizəçi1 Tahirə Əhmədiyə qızı ilə 06 noyabr 1990-cı ildə nikahlarını akt qeydləri kitabında 62 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İşin materiallarında olan 16 fevral 2017-ci il tarixdə Ağdaş RİHB-nın Korarx kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 176477 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Həmidov X4 Ayşən Habil qızı ilə 17 yanvar 2017ci ildə nikahlarını akt qeydləri kitabında 01 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə ünvan 1ində doğulmaqla, Ağdaş rayonu, Korarx kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmişməlumatın surətindən görünür ki, X18 ilə X13 xx.xx.2014-cü il tarixdı nikahlarını akt qeydləri kitabında 49 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Pənahov, arvada Pənahova soyadı verilmişdir. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 izahatından və şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, JN-0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ərizəçilərin adları Ərizəçi1 adının son hərfi səhv yazılmaqla Ərizəçi1r İsbəndiyar oğlu, Ərizəçi2 ata adının son hərfi səhv yazılmaqla Ərizəçi2r oğlu və X5 adının və ata adının son hərfi səhv yazılmaqla X1, JN-068A, KOD 90321005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə isə ərizəçilərin adları Ərizəçi1 adının son hərfi səhv yazılmaqla Ərizəçi1r İsbəndiyar oğlu, Ərizəçi2 adı və ata adının son hərfi səhv yazılmaqla X15 və X5 ata adının son hərfi səhv yazılmaqla X2 yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən adları və ata adları onların şəxsiyyətlərini təsdiq edən sənəddəki adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 4 saylı qərarı ilə verilmiş JN-0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızına məxsus olması, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 4 saylı qərarı ilə verilmiş JN-068A, KOD 90321005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızının maraqlı şəxslər Maraqlı şəxs1 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 4 saylı qərarı ilə verilmiş JN-0089, KOD 90321028 torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızına məxsus olması, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının xx.xx.1999-cu il tarixli 4 saylı qərarı ilə verilmiş JN-068A, KOD 90321005 torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Ərizəçi1, Maraqlı şəxs1, Ərizəçi2 və Həmidova (Pənahova) Aygül Bərxuda qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar