Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1065/2022 14.07.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı orqan Maraqlı şəxsnə qarşı qohumluq münasibətində olma və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərzəçi Ərizəçi Maraqlı şəxsnə qarşı qohumluq münasibətində olma və ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum X*0 ilə Babayeva (Bəkirova) Dilbər Şamil qızının birgə nikahlarından *952-ci ildə X6 və *947-ci ildə əmisi X*6 anadan olmuşdur. Babası ilə nənəsinin nikah haqqında akt qeydi barədə məlumat aşkar edilməmişdir və yoxdur. Atasının adına verilmiş doğum haqqında şəhadətnamənin "Anası" qrafasında soyadı "Bəkirova” kimi qeyd edilsə də onun adına verilmiş şəxsiyyət vəsiqəsində və pensiya kartında soyadı "Babayeva” göstərilmişdir. X*0 *954-cü ildə vəfat etmişdir. Babası vəfat etdikdən sonra X*3 onlarla birlikdə Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, ev 9 ünvanında birgə yaşamışdır. X6 *5 fevral 2009-cu ildə Ağdaş şəhərində vəfat etmişdir. X4 yetkinlik yaşına çatdıqdan sonra uzun müddətdir ki, Bakı şəhərində yaşayır. X*3 20 avqust 202*-ci ildə Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, ev 9 ünvanında vəfat etmiş və şəhərin “Məşəd" qəbirstanlığında dəfn olunmuşdur. Nənəsi yaşadıqları evdə qəflətən vəfat etdiyindən bu barədə lazımı qaydada tibb müəssisəsinə məlumat verilməmişdir. Sərt karantin recimi və digər müəyyən səbəblərdən nənəsinin adına ölüm haqqında şəhadətnamə alınmamışdır. Nənəsinin ölümündən sonra vərəsəliyin açılması ilə əlaqədar mərhumun adına ölüm haqqında şəhadətnamə verilmədiyindən və şəxsiyyətini təsdiq edən sənəddə mərhumun soyadı "Babayeva”, lakin atasının adına maraqlı orqanda qeyd edilmiş doğum haqqında akt qeydiyyatları kitabında və adına verilmiş İ-JQ 43060* nömrəli doğum haqqında şəhadətnamənin "Anası” qrafasında soyadı "Bəkirova” kimi qeyd edildiyindən vərəsəlik işi açdıra bilmirlər. Nənəsinin 20 avqust 202*-ci il tarixdə Ağdaş şəhərində ölməsi barədə tibbi şəhadətnamə verilməsi üçün *5 yanvar 2022-ci il tarixdə "Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə müraciət etmişlər. “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs *5 yanvar 2022-ci il tarixli 27 saylı məktubu ilə bildirmişdir ki, nənəsinin ölümündən uzun müddət keçdiyindən və səbəbi haqqında heç bir sənəd olmadığı üçün qeydiyyata alına bilmir, yəni adına ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün deyil. Mərhum X7 adına ölüm haqqında şəhadətnamə verilməsi üçün maraqlı orqan Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı orqan Maraqlı şəxs *8 yanvar 2022-ci il tarixli 99 saylı məktubu ilə ona bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin *45 saylı, 3* oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. X7 ölümünü təsdiq edən sənədin olmamasını nəzərə alaraq Qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyati üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunur. X8 onun doğma nənəsi olmağı, yəni qohumluq münasibətlərində olmaları və onun 20 avqust 202*-ci ildə Ağdaş şəhərində “Məşəd'’ qəbirstanlığında dəfn olunmağı məhkəməyə təqdim etdiyi sənədlərlə və məhkəməyə dəvət edəcəyi şahidlər X9, mərhum nənəsinin qardaşı X27 və digərlərinin ifadələri ilə təsdiq oluna bilər. Qeyd olunan qohumluq münasibətlərində olma və ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi ona vərəsəlik hüquqlarının əmələ gəlməsi ilə əlaqədar lazımdır. Odur ki, *926-cı ildə Zərdab rayonu, Yarməmmədbağı kəndində anadan olmuş, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, ev 9 ünvanında yaşamış və 20 avqust 202*-ci il tarixdə Ağdaş şəhərində həmin ünvanda vəfat etmiş X20 onun ata tərəfdən doğma nənəsi olmağı barədə qohumluq münasibətləri və X20 20 avqust 202*-ci il tarixdə Ağdaş şəhərində ölməsi faktlarının müəyyən edilməsi və ölümün maraqlı orqan Maraqlı şəxsndə qeydə alınması barədə qətnamə çıxarılması xahiş edilir. Ərizəçi məhkəmə iclasında ərizədə göstərilənlərə uyğun izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin *85.6-cı maddəsinə əsaslanaraq iş üzrə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. İş üzrə şahid X*6 məhkəmə iclasında verdiyi ifadəsində Ərizəçi əmisi olduğunu, mərhum X30 Bəkirovun nənəsi olduğunu, 20 avqust 202*-ci il tarixdə yaşadığı Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, ev 9 ünvanında vəfat etdiyini və Ağdaş şəhəri “Məşəd” qəbirstanlığında dəfn edildiyini bildirdi. İş üzrə şahid X33 məhkəmə iclasında Ərizəçi atasının dayısı oğlu olduğunu bildirərək şahid X9 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan Vİ- ЖГ № 339442 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi X6, anası X**r. İş materiallarında olan 05/23 saylı arayışdan görünür ki, X*2 atası X28, anası X22r. İş materiallarında olan İ-ЖГ № 43060* saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*9 ilə X5 5 iyul *952-ci ildə rəsmi nikaha daxil olmuşlar və X* qəbul etmişdir. İş materiallarında olan AZ-İ № 352544 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*9 *5.02.2009-cu il tarixdə ölmüşdür. İş materiallarında olan Ağdaş Bələdiyyəsi tərəfindən verilmiş *8.0*.2022-ci il tarixli, ** saylı arayışdan görünür ki, Ərizəçi nənəsi X*4 *2.*2.*926-cı il tarixdə anadan olub və 20.08.202*-ci il tarixdə ölmüş, mərhum Ağdaş rayon Məşəd qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan 05/*77 saylı arayışdan görünür ki, X24 ilə X2* nikahı haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə *7.05.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlanış aparılmış və nikah haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş *5 yanvar 2022-ci il tarixli 27 saylı arayışdan görünür ki, X*4 20.08.202*-ci il tarixdə ölmüş, vətəndaşın ölümündən uzun müddət keçdiyi və səbəbi haqqında heç bir sənəd olmadığı üçün qeydiyyata alına bilmir. Bu səbəbdən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş *8.0*.2022-ci il tarixli, 99 saylı məktubdan görünür ki, Ərizəçi X7 ölümünü təsdiq edən sənəd olmamış və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.2-ci maddəsinə əsasən Ümumi məhkəmələr bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, bu Məcəllənin 305-ci maddəsində göstərilən xüsusi icraat işlərinə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2 və 307.2.*-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ailə Məcəlləsinin *93.*-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, X*4 ərizəçinin doğma nənəsidir yəni, ərizəçi mərhumun oğul nəvəsidir. X*4 ərizəçi ilə birlikdə ünvan 3 ünvanda ölmüş, Ağdaş şəhəri Məşəd qəbirstanlığında dəfn edilmişdir. Mərhum öldüyü vaxtdan uzun müddət keçdiyi üçün Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən və Maraqlı şəxs tərəfindən ölüm qeydə alınmamış və ərizəçiyə ölümün qeydə alınması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Belə olan halda məhkəmə hesab edi ki, ərizə qismən təmin edilməli, *926-cı ildə Zərdab rayonu, Yarməmmədbağı kəndində anadan olmuş. ünvan 5 ünvanda vəfat etmiş X20 ərizəçinin ata tərəfdən nənəsi olması barədə qohumluq münasibətləri və X20 20 avqust 202*-ci il tarixdə Ağdaş şəhərində ölməsi faktı müəyyən edilməli, ölümün maraqlı orqan Maraqlı şəxsndə qeydə alınmasına dair hissədə ölümün Qeydiyyat şöbəsi tərəfindən qeydə alınması tələbi rayon məhkəmələrinin səlahiyyətlərində olmadığı üçün rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. *926-cı ildə Zərdab rayonu, Yarməmmədbağı kəndində anadan olmuş, Ağdaş şəhəri, Y.Nəbiyev küçəsi, ev 9 ünvanında yaşamış və 20 avqust 202*-ci il tarixdə Ağdaş şəhərində həmin ünvanda vəfat etmiş X20 Ərizəçi ata tərəfdən doğma nənəsi olması faktı və X20 20 avqust 202*-ci il tarixdə Ağdaş şəhərində ölməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-1065/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1065/2022
14.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver