Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan rayon İş № 2(020)-35/2025 12.05.2025 BEYLƏQAN RAYON MƏHKƏMƏSİ Beyləqan Rayon Məhkəməsinin hakimi Nurullayev Ramiz Vəliş oğlunun sədrliyi, Quliyev Zaur Qulu oğlunun katibliyi, İddiaçı- İddiaçı, Cavabdeh- Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ağacların çıxarılması və qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi, qeyri-qanuni müdaxilənin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən ağacların çıxarılması, qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı İddiaçıla Beyləqan rayonu, 1 saylı Notariat Ofisində Beyləqan rayon İ Şahsevən kəndində yerləşən 0.65 ha torpaq sahəsi ilə bağlı bağlanmış 08 sentyabr 2022-ci il tarixli, 3M- 35 nömrəli icra müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına torpağın icarəyə verilməsinə dair ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 may 2025-ci il tarixli, 2(020)-35/2025 saylı qərardadı ilə qarşılıqlı iddianın icraatına xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini əsaslandıraraq göstərdi ki, o, Beyləqan rayon 1-ci Şahsevən kəndində yaşayır. Oğlu 2-ci Qarabağ müharibəsində şəhid olmuşdur. Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında, daşınmaz əmlakın Dövlət reyestr nömrəsi **********35 olan Çıxarışla 0.65 ha torpaq sahəsi mülkiyyətinə verilmişdir. Özünə məxsus sahəsi və onun üzərində tikilisi vardır. Həmin yerdə ferması var və heyvanlar saxlamaqla məşğuldur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Etibar oğlu həmin yerdə ağaclar əkib, qanunsuz su arxları çəkmiş və qeyri-qanuni olaraq onun torpağına müdaxilə etmişlər. Bununla da ona ziyan vurmuşlar. O, yerin yaxşılaşdırılması üçün xeyli xərc çəkmişdir. Gələcəkdə cavabdehlərə qarşı maddi ziyanla bağlı yeni iddia qaldıracaqdır. Ona görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən ağacların çıxarılması, qanunsuz çəkilmiş su arxlarının cavabdehlərin hesabına sökülməsi və qeyri-qanuni müdaxilənin qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədənn xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh3 iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, o, traktorist işləməklə ayrı-ayrı şəxslərin sifarişi əsasında ona tapşırılan işləri yerinə yetirir. Sözügedən torpaq sahəsi ona məxsus yaşayış sahəsi ilə bitişikdir. Cavabdeh1 ona həmin yerdən arx çəkməyi demiş, o, da arx çəkmişdir. İddiaçı ağacların çıxarılmasını və arxın doldurulmasını tələb edir. Həmin yerdə ağaclar əkildiyindən o, yeri şumlaya və arxı doldurmağa ehtiyat etmişdir. Ağaclar çıxarılarsa o özü arxı dolduracaqdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən Cavabdeh1 göstərmişdir ki, iddiaçının tələb etdiyi torpaq sahəsi ona məxsusdur. Qanunsuz olaraq həmin torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. Həmin torpaq sahəsi əvvələr Ələddin Əhmədova icarəyə verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı onun Ələddin Əhmədova qarşı iddiası təmin edilmişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Həmin Məcəllənin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiklərindən məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxmağı mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İşdə olan 08 sentyabr 2022-ci il tarixli “Torpağın icarə hüquqlarının alqı-satqısı müqaviləsi”dən görünür ki, X1 rayonu,İ Şahsevən kəndində yerləşn 0,65 ha torpaq sahəsini xx.xx.2013-cü ildən başlayaraq 50 il müddətində icarayə vermişdir. İşdə olan çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********35 olan, 14 10 2022-cı il tarixli Çıxarışla İddiaçı icarəsinə Beyləqan rayonu, İ Şahsevən kəndində 0.65 ha torpaq sahəsi verilmişdir. Məhkəmənin 22 iyul 2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastırı və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 6 saylı Ərazi İdarəsini mütəxəssislərinin iştirakı ilə ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Məkkəzinin 10/10139 saylı 28 fevral 2025-ci il tarixli rəyindən və ekspertiza rəyindən görünür ki, İddiaçı Forman oğluna Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********35 olan, 14 10.2022- ci il tarixli çıxarışla icarəsinə verilmiş 0.65 ha torpaq sahəsinin sərhədlərini naturada müəyyən etmək üçün ölçmə işləri aparılmışdır Ölçmə işləri aparılan zamanı müəyyən olunmuşdur ki, qeyd olunan çıxarışa əsasən, 0.65 ha torpaq sahəsinin koordinatlarında texniki qüsurlar mövcuddur. Ona görə də, İddiaçı Forman oğlunun icarəsinə verilmiş 0.65 ha torpaq sahəsinin sərhədləri torpaq sahələri ayrlan zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında qeyd olunan ölçü göstəriciləri əsasında istinad nöqtələrindən istifadə etməklə müəyyən olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********33 olan, xx.xx.2012-ci il tarixli çıxarışla Cavabdeh2nin icarəsində 0.65 ha torpaq sahəsinin koordinatlarında texniki qüsur mövcud olduğuna görə həmin ərazinin də sərhədləri torpaq sahələri ayrılan zamanı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsi tərəfindən tərtib olunmuş yerquruluşu planında qeyd olunan ölçü göstəriciləri əsasında istinad nöqtələrindən istifadə etməklə müəyyən edildi, (ölçü planında qeyd olunmuşdur. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Beyləqan rayonu, İ Şahsevən kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********35 olan, xx.xx.2022-ci il tarixli çıxarışla icarəsinə verilmiş 0.65 ha torpaq sahəsində ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 qızı Cavabdeh3 və Cavabdeh1 arx çəkməklə və ağaclar əkməklə ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maneçilik törədibtörətməməsini müəyyən etmək üçün ölçmə işləri aparılmışdır. Ölçmə işləri aparılan zamanı Cavabdeh2 qızı və ailə üzvləri tərəfindən mübahisəli ərazidə arx çəkilməklə və ağaclar deyil, bir-birindən 6-7 metr məsafədə 2 ədəd su arxı çəkilməklə 1-ci cərgədə 9 ədəd və 2-ci cərgədə isə 6 ədəd söyüd ağacının budağından ibarət çubuqlar basdırılmışdır. Həmin ərazinin 32.71 kv.m hissəsi isə İddiaçı icarəsində olan 0.65 ha torpaq sahəsinin ərazisində yerləşir. İddiaçı icarəsinə verilmiş 0.65 ha torpaq sahəsi ilə 2023-cü ildə X5 və X4 icarəsinə verilmiş 0,65 ha torpaq sahəsi eyni torpaq sahəsidir və torpaq sahələrinin sərhədləri üst-üstə düşür. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 və ailə üzvləri tərəfindən mübahisəli ərazidə arx çəkilməklə və ağaclar deyil, bir-birindən 6-7 m məsafədə 2 ədəd su arxı çəkilməklə 1-ci cərgədə 9 ədəd və 2-ci cərgədə isə 6 ədəd söyüd ağacının budağından ibarət çubuqlar basdırılmışdır. Həmin ərazinin 32.71 kv.m hissəsi isə İddiaçı icarəsində olan 0.65 ha torpaq sahəsinin ərazisində yerləşir. Çəkilmiş arx və əkilmiş həmin söyüd ağacları iddiaçının torpaq sahəsindən sərbəst istifadəsinə maneçilik törədir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunda deyilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynalxalq və beynalxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV bəndində deyilir ki, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Konistitutsiyasının 60-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmədə iddiaçının iddia tələbinin əsaslılığı iş üzrə toplanmış sübutlarla kifayət qədər təsdiq olunduğundan iddia təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən İddiaçı icarəsinə verilmiş 0,65 ha torpaq sahəsində əkilmiş ağaclar çıxarılmalı, qanunsuz çəkilmiş su arxları cavabdehlərin hesabına sökülməli və cavabdehlər tərəfindən iddiaçıya törədilən qeyri-qanuni müdaxilə qadağan edilməlidir. İş materiallarına əlavə edilmiş şəhid ailəsi üzvü vəsiqəsindən görünür ki, İddiaçı şəhid ailəsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 müharibə veteranıdır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə-şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə dövlət rüsumuna görə 100 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Azərbaycan Respublikasının büdcəsinə, ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İşdə olan qəbzdən görünür ki, İddiaçı mütəxəssis rəyinin dəyirini təşkil edən 50 (əlli) manat pulu KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin hesabına ödəmişdir. İddiaçının iddiası təmin edildiyindən mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz ) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, X2 Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********35 olan, 14 10.2022-ci il tarixli çıxarışla İddiaçı icarəsinə verilmiş 0,65 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tərəfindən əkilmiş ağaclar çıxarılsın, qanunsuz çəkilmiş su arxları cavabdehlərin hesabına sökülsün və cavabdehlər tərəfindən iddiaçıya törədilən müdaxilə qadağan edilsin. Dövlət rüsumuna görə 100(yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb Azərbaycan Respublikasının büdcəsinə ödənilsin. İş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 50 (əlli) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilsin. Mütəxəssis rəyinin dəyirini təşkil edən iddiaçı tərədindən KADASTR və YERQUR LAYİHƏ TADQİQAT Mərkəzi MM-nin (VÖEN **********, SWİFT AİİBAZ2X, müxbir hesabı AZ37NABZ********************, Benefisiar hesabı AZ23AİİB********************7) hesabına ödənilmiş 100 (yüz) manat cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən tərəflər onun surətini rəsmi qaydada aldıqları gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Beyləqan rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən göstərilən müddət ərzində apellyasiya şikayəti verilmədikdə qətnamə həmin müddət bitdikdən sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ramiz Nurullayev
Məhkəmə qərarları › İş №2(020)-35/2025
Beyləqan Rayon Məhkəməsi Qətnamə — İş №2(020)-35/2025
12.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver