Məhkəmə qərarları › İş №2(014)-1090/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1090/2021

17.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1090/2021 17.06.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdehlər Cavabdeh3 (Əhmədovanın) və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Səlimova (Əhmədova) Aliyə Məzahir qızı,Cavabdeh4,Kərimova(Əhmədova) İradə Məzahir qızı və Cavabdeh2 və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması və mirasın qəbul edilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Səlimova (Əhmədova) Aliyə Məzahir qızı, 3-cü şəxslər Cavabdeh4,Kərimova(Əhmədova) İradə Məzahir qızı, Cavabdeh2 və X24 qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü hesab edilərək uzadılması, mirasın qəbul edilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 31 oktyabr 2011-ci ildə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində vəfat etmiş X2nın ölümündən sonra mirasın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddətin uzadılması, onun ölümündən sonra Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində miras qalmış 1.6635 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ona çatası 1/4 hissə payın, yəni 0.4159 hektarın miras əmlak kimi tərəfindən qəbul edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının razılığı ilə Ağdaş rayon Notariat ofisi iş üzrə 3-cü şəxs kimi cəlb edilmişdir. Daha sonra iddiaçının ərizəsinə əsasən 3-cü şəxslər Cavabdeh4, Kərimova (Əhmədova) İradə Məzahir qızı, Cavabdeh2 iş üzrə cavabdehlər kimi cəlb edilmiş, iddia ərizəsindəki X17 adı texniki səhv kimi nəzərə alınaraq 3-cü şəxslərin siyahısından çıxarılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 1971-ci ildə X10 ilə rəsmi nikah qeyd etdirmədən evlənərək ailə qurmuşdur. Nikahlarını 18 yanvar 1972-ci ildə Ağdaş rayonu Qolqəti kənd icra nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından 21 yanvar 1972-ci ildə Cavabdeh4, 05 aprel 1973-cü ildə X18, xx xxxxx 1974-cü ildə X25, 10 may 1975-ci ildə X19, xx xxxxxx 1977-ci ildə Cavabdeh2, 03 aprel 1978-ci ildə X26 və 10 oktyabr 1979-cu ildə Səlimova (Əhmədova) Aliyə Məzahir qızı anadan olmuşdur. X1 18 fevral 1977-ci ildəX18 29 may 1988-ci ildə Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində, X26 17 oktyabr 2017-ci ildə Rusiya Federasiyasında müəyyən edilməmiş yerdə vəfat etmişdir. X3 Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. Övladlarının hər üçünün ölən günə valideynlərindən başqa qanun üzrə birinci növbə vərəsələri olmamışdır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Ağdaş rayonunun Kükəl kəndi ərazisində onun, X2nın, övladları Cavabdeh2 və Səbuhi Məzahir oğlunun ümumi birgə mülkiyyətinə 1.6635 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 24 avqust 2018-ci il tarixdə DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsində mülkiyyət hüququ əsasında mülkiyyətçilərin adına qeydə alınmış və bu barədə adlarına 24.08.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli seriya RX, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X2 31 oktyabr 2011-ci ildə Ağdaş rayonunun Ağcayazı kəndində vəfat etmişdir. Arvadı ölən günədək Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində qeydiyyatda olduğu və özünə məxsus fərdi yaşayış evində o və oğlu Cavabdeh2 ilə birlikdə yaşamışdır. O ölən günə vəsiyyətnamə saxlamamışdır. Arvadının ölən günə ondan, cavabdehdən və üçüncü şəxslərdən ibarət qanun üzrə birinci növbə vərəsələri qalmışdır. Mərhum arvadının ölümündən sonra ümumi birgə mülkiyyətdə olan 1.6635 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası 1/4 hissəsi, yəni 0.4159 hektarı miras qalmışdır. Mərhum arvadının ölümündən sonra ondan miras qalmış 1.6635 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona çatası 1/4 hissə payını faktiki olaraq özü qəbul edərək idarə və istifadə etməyə başlamışdır. Cavabdeh və üçüncü şəxslər keçən müddətdə miras əmlakla maraqlanmamış, həmin mirs əmlakdan onlara çatası paylarını istəməklərini ifadə edən mövqelərini bildirməmişlər, mirasın açılmasından sonra mirasdan pay istəmələri ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada və müddətdə notariat orqanına rəsmi ərizə ilə müraciət etməmiş, həmçinin ötən müddətdə ümumiyyətlə mirasla əlaqədar hər hansı iddiada olmamışlar. Üçüncü şəxslər miras əmlakın onun tərəfindən qəbul edildiyini etiraf və təsdiq edirlər. Lakin müəyyən səbəblərdən mirası qəbul etmək barədə qanunla müəyyən edilmiş vaxtda ərizə ilə notariat orqanına müraciət etməmişdir. Mirası faktiki qəbul etdiyi üçün və üçüncü şəxslərlə, eləcə də son vaxtlara qədər cavabdehlə mehriban münasibətləri olduğundan vərəsəliyin açılması ilə əlaqədar müraciət etməmişdir bu səbəbdən də mirasın qəbulu ilə əlaqədar müddət tərəfindən buraxılmışdır. Mirasın qəbulu ilə bağlı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün aidiyyati üzrə Ağdaş rayon Notariat ofisinə müraciət edəndə, cavabdeh Aliyə Səlimova (Əhmədova) həmin miras əmlakdan mirası qanunla müəyyən edilmiş müddətdə və qaydada qəbul etməməsinə baxmayaraq mirasın tərəfindən qəbul edilməsinə etirazını bildirərək mübahisə yaratmışdır. Notariat ofisi cavabdehlə mirasın qəbulu ilə bağlı aralarında ixtilaf yarandığına görə mübahisəyə məhkəmədə baxılmalı olduğunu əsas götürərək qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Odur ki, o,məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli torpaq sahəsi 1997-ci ildə verilən pay torpaq sahəsidir. Həmin torpaq sahəsi onun,mərhum həyat yoldaşının, oğlulları Zaur və mərhum Səbuhinin mülkiyyətinə verilmişdir. Qeyd etmək istəyir ki,onun mülkiyyətində başqa torpaq sahələri olmuş, hər iki qızına həmin torpaq sahələrindən pay vermişdir. Nəzərə çatdırmaq istəyir ki, paylı mülkiyyətdə olan torpaq sahəsinin mərhum həyat yoldaşı və mərhum oğluna düşən hissəsi onun tərəfindən miras əmlak kimi faktik olaraq qəbul edilmişdir. Həmin torpaq sahəsindən o, istifadə və sahiblik edir. Hazırda övladlarından Aliyə ondan anasına düşən miras payı tələb edir. Qeyd edir ki, Aliyə mərhum anasından heç bir miras əmlak qəbul etməmişdir. Aliyənin etirazları əsassızdır. Digər övladları mirasın onun tərəfindən qəbul edilməsinə etiraz etmirlər. Hesab edir ki, iddia əsaslıdır. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddianı etiraf edərək bildirmişdir ki, iddiaçı onun atasıdır, mərhum analarının ölümündən sonra mübahisəli 1.6635 hektar torpaq sahəsinin anasının payına düşən 1/4 hissəsi tərəfindən qəbul edilməmişdir, həmin miras əmlak üzərində iddiaçı sahiblik etmiş, həmçinin miras əmlakı faktik olaraq iddiaçı olan atası tərəfindən qəbul edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına hər hansı bir etiraz yoxdur. Cavabdeh3 məhkəmə iclasında iddianı etiraf edərək bildirmişdir ki, iddiaçı onun atasıdır, mərhum analarının ölümündən sonra o, anasının mirasından hər hansı bir əşya belə miras kimi qəbul etməmişdir. Mübahisəli 1.6635 hektar torpaq sahəsinin anasının payına düşən 1/4 hissəsi tərəfindən qəbul edilməmişdir, həmin miras əmlak üzərində iddiaçı sahiblik etmiş, həmçinin miras əmlakı faktik olaraq iddiaçı olan atası tərəfindən qəbul edilmişdir. Onun anasından miras qalmış əmlaka dair hər hansı bir tələbi yoxdur. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Cavabdeh Səlimova (Əhmədova) Aliyə Məzahir qızı 24 may 2021-ci il tarixdə iştirak etdiyi məhkəmə iclasında bildirdi ki, o, iddianı qəbul etmir. Anasının vəfatndan sonra ondan miras qalmış hər hansı bir əmlak tərəfindən qəbul edilməmişdir. Belə ki, iddiaçı buna imkan verməmişdir. Hazırda torpaq sahəsindən anasına düşən paydan miras əmlak kimi ona düşən hissəni tələb edir. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdeh Səlimova (Əhmədova) Aliyə Məzahir qızının və 3-cü şəxs Ağdaş rayonu Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh4 qeydiyyatda olduğu Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid X35 məhkəmə iclasında ifadə verərək bildirdi ki, iddiaçı onun qonşusudur. Qeyd etmək istəyir ki, iddiaçının evinin yerləşdiyi yerdə bir az məsafədə iddiaçı, mərhum həyat yoldaşı və övladları Zaur ilə Səbuhinin ümumi mülkiyyətlərində kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi vardır. İddiaçının həyat yoldaşı Tahirə Əhmədova vəfat edəndən sonra ondan miras qalmış torpaq sahəsi iddiaçı tərəfindən qəbul edilmişdi. Həmin torpaq sahəsindən iddiaçı uzun müddətdir ki, istifadə edir. Cavabdehlərin həmin torpaq sahəsindən istifadə etdiyini və ya torpaq sahəsinin yerləşdiyi əraziyə gəlib-getdiyini görməmişdir. İş üzrə şahid X6 məhkəmə iclasında iddiaçının qonşusu olduğunu bildirərək, şahid X28 ifadəsinə uyğun verərək Ağdaş rayonunun Yuxarı Ağcayazı kəndində yerləşən 1.6635 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Tahirə Əhmədovanın payına düşən hissənin iddiaçı tərəfindən miras əmlak olaraq qəbul edilməsini,uzun müddətdir ki, həmin torpaq sahəsindən iddiaçının istifadə etməsini və cavabdehlərin mübahisə predmeti olan torpaq sahəsindən istifadə etdiyini və ya torpaq sahəsinin yerləşdiyi əraziyə gəlibgetdiyini görmədiyini bildirdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, X4 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış və müəyyən edilmişdir ki, valideynləri X11 və X33 olmuş və vəfat etmişlər. Həyat yoldaşı İddiaçı və övladları Cavabdeh4, X25,Cavabdeh2 qızı və Cavabdeh1 sağdırlar, X18,X27 və X26 isə vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş Rayon Notariat ofisinin 27 fevral 2021-ci il tarixli notariat əməliyyatı aparılmasından 133 nömrəli imtina məktubundan görünür ki, X7 miras qalmış Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən torpaq sahəsindən ona çatası miras paya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2021-ci il tarixli 71 saylı arayışından görünür ki, X20 ölən günə kimi əri İddiaçı və oğlu Cavabdeh2 ilə birgə təsərrüfatda yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2021-ci il tarixli 70 saylı arayışından görünür ki, X20 ölən günə kimi Ağdaş rayonu,Yuxarı Ağcayazı kəndində yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2021-ci il tarixli 72 saylı arayışından görünür ki, X8 aşağıdakı tərkibdə vərəsə dairəsi vardır: əri İddiaçı və övladları Cavabdeh4, X25,Cavabdeh2 qızı və Cavabdeh1 sağdırlar, X18,X27 və X26 isə vəfat etmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Qeydiyyat şöbəsinin arayışından görünür ki, mərhum X12 ailə üzvlərinin müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış və müəyyən edilmişdir ki, valideynləri İddiaçı və X13 olmuş və anası vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X26 17 oktyabr 2017-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2021-ci il tarixli 73 saylı arayışından görünür ki, X26 17 oktyabr 2017-ci ildə Rusiya respublikasında müəyyən edilməmiş yerdə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2021-ci il tarixli 75 saylı arayışından görünür ki, X26 17 oktyabr 2017-ci ildə Rusiya respublikasında müəyyən edilməmiş yerdə vəfat etmişdir.Mərhumun bu kimi vərəsələri vardır: valideynləri İddiaçı və X13 olmuş və anası vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Yuxarı Ağcayazı kənd İƏD üzrə nümayəndəliyinin 19 fevral 2021-ci il tarixli 74 saylı arayışından görünür ki, X26 17 oktyabr 2017-ci ildə Rusiya respublikasında müəyyən edilməmiş yerdə vəfat etmişdir,mərhum vəfat etdiyi günə kimi Rusiya respublikasında yaşamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 07 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, 03 aprel 1978-ci ildə Ağdaş rayonu,Ağcayazı kəndində anadan olmuş Ağdaş rayonu,Ağcayazı kəndində qeydiyyatda olan X26 ölmüş elan edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X25 26 oktyabr 2000-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Evləndikdən sonra qadın ərinin Kərimova soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 10 may 1975-ci ildə anadan olmuş X14 valideynləri İddiaçı və X13 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X27 18 fevral 1977-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən nikah haqqında arayışdan görünür ki, İddiaçı ilə X10 18 yanvar 1972-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuşlar. Evləndikdən sonra qadın ərinin Əhmədova soyadını qəbul etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 05 aprel 1973-cü ildə anadan olmuş X9 valideynləri İddiaçı və X16 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında arayışdan görünür ki, X18 29 may 1988-ci ildə vəfat etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 10 oktyabr 1979-cu ildə anadan olmuş Cavabdeh1 valideynləri İddiaçı və X13 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında arayışdan görünür ki, 21 yanvar 1972-ci ildə anadan olmuş Cavabdeh4 valideynləri İddiaçı və X13 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən ölüm haqqında şəhadətnamədən görünür ki, X20 31 oktyabr 2011-ci ildə vəfat etmişdir İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxxx 1977-ci ildə anadan olmuş Cavabdeh2 valideynləri İddiaçı və X13 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx xxxxx 1974-cü ildə anadan olmuş X15 valideynləri İddiaçı və X13 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 03 aprel 1978-ci ildə anadan olmuş X12 valideynləri İddiaçı və X13 olmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 24 avqust 2016-cı il tarixli çıxarışdan görünür ki, Ağdaş rayonu,Yuxarı Ağcayazı kəndində yerləşən 1,6635 hektar torpaq sahəsi İddiaçı,X20,Cavabdeh2 və X12 ümumi birgə mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları,arvad(ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar) Əvvəlki Mülki Məcəllə mirası əldə etməyi vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi. Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki, o, miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin, yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin. Məcəllə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsini nəzərdə tuturdu (552-ci maddə). Məcəllənin 553-cü maddəsinə müvafiq olaraq isə mirasın qəbul edilməsi üçün bu Məcəllənin 552-ci maddəsi ilə müəyyən edilən müddətin keçməsi səbəbləri üzrlü hesab edildikdə, məhkəmə tərəfindən həmin müddət uzadıla bilərdi. Mirası qəbul etmiş bütün vərəsələrin razılığı olduqda, göstərilən müddət keçdikdən sonra məhkəməyə müraciət etmədən də miras qəbul oluna bilərdi. Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” 1979-cu il tarixli, 5 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, MM-in 552-ci maddəsinə əsasən miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan ona düşən payı qəbul etmiş hesab olunur. Məhkəmə icasında araşdırılmış sübutlar,dindirilmiş şahid ifadələri və tərəflərin izahatları əsasında müəyyən olundu ki, Ağdaş rayonu, Yuxarı Ağcayazı kəndində yerləşən 1,6635 hektar torpaq sahəsi İddiaçı, X20, Cavabdeh2 və X12 ümumi birgə mülkiyyətinə verilmişdir, qanunvericiliyin tələbinə görə paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmçinin məhkəmə iclasında araşdırılmış sübutlar nəticəsində, tərəflərin izhatları və şahid ifadələri əsasında müəyyən edilmişdir ki, iddiaçı X8 vəfatından sonra ondan miras qalmış torpaq sahəsini iddiaçı qəbul etmiş, həmin miras əmlaka sahiblik etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Aliyə Səlimova (Əhmədova) iddia tələbini qəbul etməyərək anasından qalmış hər hansı miras əmlakın tərəfindən qəbul edilmədiyini bildirməsi, prosesdə iştirak edən digər cavabdehlərin iddianı qəbul etmələri və şahid ifadələri iddianın əsaslı olması barədə məhkəməyə əsaslı mühakimə yürütməyə imkan verir. Belə ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir, torpaq sahəsi naturada bölünməmişdir, yəni ümumbirgə mülkiyyətçilər torpaq sahəsinin hansı hissəsinin məhz onlara məxsus olduğunu bilmirlər, belə olan halda hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir, həmçinin məhkəmə nəzərə çadırır ki, mülkiyyətçilərdən yalnız ikisi iddiaçı olan İddiaçı və cavabdeh olan Cavabdeh2 sağdırlar. Cavabdeh2 isə məhkəmə iclasında iddianı etiraf edərək mərhum anasının payına düşən torpaq sahəsinin miras əmlak kimi iddiaçı tərəfindən qəbul edilərək istifadə edildiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, X8 vəfatından sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzrlü səbəbdən buraxıldığından həmin müddət uzadılmalı, iddiaçı tərəfindən Ağdaş rayon Yuxarı Ağcayazı kəndində yerləşən 1,6635 hektar torpaq sahəsinin mərhum X8 payına düşən ¼ hissə torpaq sahəsinin iddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi müəyyən oldunduğu üçün iddia təmin edilməli,ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin 31 oktyabr 2011-ci il tarixdə vəfat etmiş X8 ölümündən sonra ondan miras qalmış əmlakın qəbulu ilə əlaqədar qanunla müəyyən edilmiş müddət İddiaçı tərəfindən üzürlü səbəbdən buraxıldığından həmin müddət uzadılsın və Ağdaş rayonu,Yuxarı Ağcayazı kəndində yerləşən İddiaçı,X20,Cavabdeh2 və X12 ümumi birgə mülkiyyətində olan 1,6635 hektar torpaq sahəsinin mərhum X8 payına düşən ¼ hissəsinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar