Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1091/2025 19.08.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "Miras payının müəyyən edilməsi" tələbinə dair mülki işə Ağdaş Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "Miras payının müəyyən edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı mərhum atası X7 miras qalmış, mirasın kütləsinə daxil olan, ünvan 8a və Ağdaş rayon Qaradağlı kəndində yerləşən mərhum atası X11 verilmiş fərdi yaşayış və həyətyanı sahə təyinatlı torpaq və kənd təsərrüfatı təyinatlı torpaq sahəsində, həmçinin mərhum atası X7 miras qalmış X7 miras qalmış NİSSAN QASHQAİ markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobildə miras əmlak payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X19 xx.xx.2022-ci ildə vəfat etmişdir. ünvan 8a yerləşən şəxsi mülkiyyətində iddiaçı ilə birlikdə yaşamışdır. Mərhum atası X19 xx.xx.2022-ci ildə ünvan 8a xroniki qaraciyər çatışmamazlığı xəstəliyindən qəflətən vəfat etmişdir. Mərhum atası vəfat etdiyi günədək ünvan 8a iddiaçı ilə birlikdə yaşamışdır. Bugünədək mərhum atasına məxsus avtomobil, həmçinin torpaq sahəsi iddiaçı tərəfindən idarə olunmuşdur. İddiaçının atasının ölümündən sonra müəyyən səbəblərdən vərəsəliklə bağlı heç bir orqana müraciət edilməmişdir. Hazırda atasının mülkiyyətinə dair vərəsəlik işinin açılması ilə bağlı notariat ofisinə müraciət etmişlər. Aqrar islahat zamanı mərhum atası X11 və onun övladlarına həyətyanı və pay torpaq sahələri verilmişdir. Lakin vərəsəlik işinin açılması üçün notariat ofisinə gələ bilməmişlər. Belə olan halda da vərəsəlik şəhadətnaməsi almaq mümkün deyildir. Bununla bağlı Ağdaş Rayon Məhkəməsi 2(014)-1424/2024 saylı qərar qəbul etmiş, vərəsələrdən bir qisminin payı müəyyən olunmuşdur. Bu səbəbdən də mərhum atası X7 miras qalmış əmlak payının müəyyən olunması faktının məhkəmə qaydasında müəyyən olunması zəruridir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, payın müəyyən olunmasını istəyir. Atası xx.xx.2022-ci ildə rəhmətə getmişdir. X8 heç bir şey istəmədiyini bildirmişdir. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 əvvəlki məhkəmə iclaslarında iştirak edərək bildirmişdir ki, payın müəyyən edilməsinə razıdır. İddia tələbinin təmin edilməsini və bu barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə qabaqcadan lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ağdaş rayon Şəmsabad kənd soveti tərəfindən verilmiş, 31 avqust 1973-cü il tarixli 218353 saylı evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, X20 ilə X12 arasındakı nikah 31 avqust 1973-cü il tarixdə 7 saylı akt ilə qeydə alınmışdır. Ər arvadın ümumi əmlakındakı paya sağ qalmış ərər(arvada) verilən mülkiyyət hüququ haqqında 15 avqust 2024-cü il tarixli reyestrdə 2V-987 saylı şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X3 qalmış arvadı Ağdaş rayonu, Ağdaş şəhəri İ.Qaradağlı küç 57 qeydiyyatda olan X10 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. X13 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 0855409W və buraxılış ili 2011-ci il olan X27 markalı 99BM380 dövlət nömrə nişalı nəqliyyat vasitəsindən ibarətdir. O cümlədən ölmüş ırin ümumi əmlakdan payı NİSSAN QASHQAİ markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobil ½ hissəsindən ibarətdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 05/09İS/076120-24 saylı arayışın surətindən görünür ki, “X6” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş X11 aid xx.xx.2024-cü ilədək daxil edilmiş bütün X6 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. əri (arvadı) – Cavabdeh3 (xx.xx.1953), qızı- İddiaçı (xx.xx.1975), qızı – X8 (xx.xx.1976), oğlu- Nümayəndə (xx.xx.1978), oğlu- Cavabdeh2 Ehtibar oğlu (xx.xx.1980). Ədliyyə Nazirliyi Ağdaş rayon Notariat ofisi tərəfindən Cavabdeh3 ünvanlanmış, 15 avqust 2024-cü il tarixli, 413 saylı məktubdan görünür ki, Cavabdeh3 Ağdaş rayon notariat ofisinə ünvanladığı ərizədə xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X7 miras qalmış 99BM380 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən; ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsindən; ünvan 5i kəndində yerləşən torpaq sahəsindən sizə çatası pay tam hissə müəyyən edilməklə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mirasın bölgüsündə digər vərəsələrlə aranızda mübahisə mövcuddur. Qeyd olunanlara əsasən mirasın bölüşdürülməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 8a yerləşən 0.2008 ha torpaq sahəsində yerləşən 331 kv. metr fərdi yaşayış evi X19, Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2023-cü il qeydiyyat tarixli qeydə alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən 1 hektar torpaq sahəsi Nümayəndə, X19, Cavabdeh3, Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin əmlak daşınmaz əmlakın dövlət reyestrində 41 nömrəli reyestr kitabının 62 nömrəli vərəqində qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2024-cü il qeydiyyat tarixli qeydə alınmışdır. Cavabdeh3 tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixdə ünvan 8a yaşayan əri X19 vəfat etmişdir. Miras əmlak olaraq –AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 085409W buraxılış ili 2011-ci il olan X27 markalı 99BM380 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi qalmışdır. Nikahlarını xx.xx.1973-cü il tarixdə qeyd etdirməklə ailə qurmuşlar. Həmin nəqliyyat vasitəsi birgə nikahları dövründə əvəzli olaraq alınmışdır. Cavabdeh3 həmin əmlakdan ona çatacaq hissəyə dair mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 22 dekabr 2022-ci il tarixli, AZ-İİ № 295935 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 13 dekabr 2022-ci ildə Xroniki qaraciyər çatışmamazlığı səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 629 nömrə ilə qeyd olumuşdur. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 085409W və buraxılış ili 2011-ci il olan X27 markalı 99BM380 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi X9 mülkiyyətindədir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/09İS/081022-23 saylı arayışın surətindən görünür ki, “X6” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı Ağdaş rayonu, Qaradağlı kəndində anadan olmuş X11 aid xx.xx.2023-ci ilədək daxil edilmiş bütün X6 üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir. əri (arvadı) – Cavabdeh3 (xx.xx.1953), qızı- İddiaçı (xx.xx.1975), qızı – X8 (xx.xx.1976), oğlu- Nümayəndə (xx.xx.1978), oğlu- Cavabdeh2 Ehtibar oğlu (xx.xx.1980). Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş, 23 iyul 2024-cü il tarixli, 3-13-16/2-113366/2024 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat –imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən NİSSAN QASHQAİ markalı **-BM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2012-ci il tarixdən gömrük bəyannaməsi 422723 nömrəli hesab-arayış əsasında Ağdaş şəhəri, İ.Qaradağlı küçəsi, ev 57 ünvanda qeydiyyatda olmuş xx.xx.1949-cu il təvəllüdlü X9 adında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən verilmiş 28 iyun 2024-cü il tarixli 3-13-16-11/2-2582/24 saylı məktubdan görünür ki, əsasən NİSSAN QASHQAİ markalı **-BM-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2012-ci il tarixdə DİN BDYPİ-nin Qİİ-də vətəndaş X9 adına rəsmiləşdirilimişdir. Bu səbəbdən qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərlə əlaqədar DİN-in BDYPİ-nin Qİİ-nə müraciət edilməsi məqsədəmüvafiqdir. “X6” AQİS-dən çıxarışda olan xx.xx.1996-cı il tarixli, 4AZ-İ-261771 saylı nikah haqqında akt qeydindən görünür ki, X2 Rəfiqə Elbrus qızı xx.xx.1996-cı ildə birgə nikaha daxil olmuşlar.Evləndikdən sonra ərə İslamov, arvada İslamova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 14 nömrə ilə qeyd olunmuşdur. “X6” AQİS-dən çıxarışda olan xx.xx.1976-cı il tarixli, 1AZ-İ-260722 saylı doğum haqqında akt qeydindən görünür ki, X18 xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. X5, anası X15r. “X6” AQİS-dən çıxarışda olan xx.xx.1978-ci il tarixli, 1AZ-İ-374684 saylı doğum haqqında akt qeydindən görünür ki, Nümayəndə xx.xx.1978-cı il tarixdə anadan olmuşdur. X5, anası X15r. “X6” AQİS-dən çıxarışda olan xx.xx.1980-ci il tarixli, doğum haqqında akt qeydindən görünür ki, Cavabdeh2 xx.xx.1980-cı il tarixdə anadan olmuşdur. X5, anası X15r. Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-1424/2024 saylı xx.xx.2024-cü il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh3 13 dekabr 2022-ci il tarixdə vəfat etmiş X7 miras qalmış “X27” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4/10 hissədə, ünvan 6i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 4/20 hissədə, ünvan 7 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə 4/15 hissədə payı müəyyən edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Həmin Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə hazırki tələb üzrə işə baxarkən ilk növbədə tərəflərin miras qoyana münasibətdə vərəsəlik hüquqlarının tanınmasının mümkünlüyü məsələsinə, həmin hüquqlarının mövcud olub-olmaması, miras əmlaka münasibətdə mirası qəbul edibetməmələrini, iddia qaldırmaq üçün subyektiv hüquqlarının olub-olmaması məsələsi araşdırılmalıdır. Belə ki, hüquqlar mövcud olmadığı halda iddia ərizəsində qoyulmuş tələblərin araşdırılmasından söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, vərəsəlik və mirasın qəbulu məsələlərinə münasibət bildirilərkən ilk növbədə mirasın açılma yeri və vaxtı məsələlərinə, eləcə də miras əmlakın hansı formada qəbul olunması (rəsmi və ya faktiki) xüsusi diqqət yetirilməlidir. Məhkəmə tədqiqi zamanı tərəfin izahatından, eləcə də təqdim olunmuş sənədlərdən müəyyən edildi ki, miras qoyan şəxs X19 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, miras qoyan şəxs – X19 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən vərəsəlik hüquq münasibəti barədə mübahisə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1.1.-ci madəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinin tələbinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1273-cü maddəsinin tələbinə görə mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. 213.5-cü maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Məhkəmə iclasında tərəflərin izahatları, həmçinin iş materiallarına əlavə edilmiş sübutların tədqiqi zamanı müəyyən edilmişdir ki, miras qoyan X19 xx.xx.2022-ci ildə tarixdə vəfat etdiyindən həmin gün mirasın açıldığı vaxt sayılır. Miras qoyan ünvan 8a daimi yaşadığından və daşınmaz əmlak ünvan 8a yerləşdiyindən mirasın açıldığı yer ünvan 9 Miras əmlak X19 öldüyü məqamadək malik olduğu AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 085409W buraxılış ili 2011-ci il olan X27 markalı 99BM380 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Məhkəmə araşdırması zamanı miras qoyan X9 vəsiyyətnamə qoyması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Aqrar islahat zamanı iddiaçının atası X11 və onun övladlarına- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışlara əsasən ünvan 8a yerləşən 0.2008 ha torpaq sahəsində yerləşən 331 kv. metr fərdi yaşayış evi və Ağdaş rayonu, Qaradağlı kəndində yerləşən 1 hektar torpaq sahəsi verilmişdir. Həmin çıxarışlara əsasən Nümayəndə, X19, Cavabdeh3, Cavabdeh2 ümumi birgə payları müəyyən edilmişdir. Miras qalmış həmin yaşayış evi və üzərində yerləşən fərdi yaşayış evinin yerləşdiyi rəsmi ünvanı ünvan 10n Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AB689380 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi SJNFBAJ10Z2366051, mühərrikin nömrəsi 085409W buraxılış ili 2011-ci il olan X27 markalı 99BM380 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. İddiaçı mərhum atası X9 ölümündən sonra ondan miras qalmış daşınmaz əmlakını, o cümlədən yaşayış evindən ona çatası hissəsini və ümumi birgə mülkiyyətdə olan 0.2008 hektar həyətyanı torpaq sahəsindən ona çatası hissəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək həmin əmlaklardan təyinatı üzrə istifadə və idarə etməklə miras əmlak kimi qəbul etdiyini nümayiş etdirmişdir. Ə.Əfəndiyeva və N.Kərimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 06 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 05 oktyabr 2012-ci il qərarında göstərilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar). Burada nəzərə alınmalıdır ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Yuxarıda sadalanan iki hüququ özündə birləşdirən vərəsəlik hüququ əsasında mülkiyyətçinin ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsindən irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluğun tələbi – dövlət daxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşması deməkdir. (Avropa Məhkəməsinin Kuşoglu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərarı). Məsələyə bu baxımdan yanaşaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsə miras əmlakın bir hissəsini mülki qanunvericilikdə nəzərdə tutulmuş əsasla (qanun üzrə və ya vəsiyyət üzrə vərəsəlik) qəbul etdikdə, o, mirasın (nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq) hamısını və ya ona çatası payı qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu, vərəsələrin miras qalmış əmlakın qəbul edilməsi üçün əvvəl ifadə edilmiş iradəsini təsdiq edir, həmçinin həmin əmlaka onların qanuni əsaslarla əldə olunmuş mülkiyyət hüquqlarının davamlılığını və əsassız məhdudiyyətlər qoyulmadan həyata keçirilməsini təmin edir. Beləliklə məhkəmə bütün yuxarıda qeyd olunanlara və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X1 ölümündən sonra Cavabdeh3 iddia tələbi üzrə digər vərəsələr öz paylarından imtina edərək, öz paylarını anaları Cavabdeh3 bağışladığından, lakin hazırki iddia tələbi üzrə iddiaçı iddia tələbini qəbul etmədiyindən Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş 2(014)-1424/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh3 13 dekabr 2022-ci il tarixdə vəfat etmiş X7 miras qalmış “X27” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4/10 hissədə, ünvan 6i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 4/20 hissədə, ünvan 7 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə 4/15 hissədə payı müəyyən edilmişdir. Hazırki halda məhkəmə hesab edir ki, mübahisə predmeti olan əmlaklar üzrə qalan paylar iddiaçıya çatası paylar olduğundan iddia tələbi qanuni əsaslıdır. Buna görə də təmin edilməli, X1 ölümündən sonra ünvan 11 ünvanda yerləşən evdən mərhuma çatası paydan İddiaçı “X27” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1/10 hissədə, ünvan 6i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/20 hissədə, ünvan 7 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə 1/15 hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 ölümündən sonra ünvan 11 ünvanda yerləşən evdən mərhuma çatası paydan İddiaçı “X27” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1/10 hissədə, ünvan 6i ünvanında yerləşən 1 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə 1/20 hissədə, ünvan 7 ünvanında yerləşən 0,2008 hektar torpaq sahəsi və onun üzərində inşa edilmiş 331 kv.m fərdi yaşayış evinə 1/15 hissədə payı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçılara аid еdilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsilə ŞəkiApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-1091/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1091/2025
19.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver