Məhkəmə qərarları › İş №2(014)-1094/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1094/2023

16.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1094/2023 16.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs1 iştirakı ilə Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı, Muradova (Niftalıyeva) Mehparə Nadir qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı, Muradova (Niftalıyeva) Mehparə Nadir qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi və ailə üzvlərinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə JN-044A KOD 90318038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Lakin şəhadətnamədə adı və soyadı və cinsiyyəti “Ərizəçi” əvəzinə səhvən “X17” kimi göstərilmişdir. Şəhadətnaməyə əsasən hüquq subyektlərinin şəxsiyyət vəsiqəsinə uyğun verilməsinə köməklik göstərilməsi barədə ərizə ilə tərəfindən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət olunmuşdur. Şəhadətnamədə adında və soyadında olan səhvin düzəldilməsi ilə bağlı kömək göstərilməsi barədə ərizəsinə AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 17 saylı Yevlax Ərazi İdarəsində baxılmış və 30 may 2023-cü il tarixli 3-21-3-35/2-N-0014-8/2023 saylı cavab məktubunda bildirilmişdir ki, təqdim edilmiş sənədlər idarənin arxiv materialları və elektron baza məlumatları ilə düzgünlüyü yoxlanılmış və araşdırma nəticəsində məlum olmuşdur ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən verilmiş JN-044A nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən “X17” ilə şəxsiyyət vəsiqəsindəki “Ərizəçi” adı arasında uyğunsuzluq mövcuddur, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi 17 saylı Yevlax Ərazi idarəsinin səlahiyyətinə aid deyil, belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1-ci maddəsində qeyd edildiyi kimi; Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Nəzərimə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmə orqanlarına məxsusdur. Qeyd olunanlara əsasən ərizənin icrası mümkün olmamışdır. Odur ki, o, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın məhkəmə qaydasında müəyyən edilməsi ona və ailəsinə torpağa dair çıxarış almaları ilə bağlı lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, maraqlı şəxslər Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı, Muradova (Niftalıyeva) Mehparə Nadir qızı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə maraqlı şəxslər Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı, Muradova (Niftalıyeva) Mehparə Nadir qızının və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi və maraqlı şəxs Ərizəçi izahatlarını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X6 izahat verərək göstərdi ki, ərizəçini tanıdığını və onunla həmkəndli olduğunu bildirdi. Maraqlı şəxs1 adına dövlət tərəfindən torpaq sahəsi verilmişdir. Lakin həmin torpaq sənədində ərizəçinin adı və ata adı səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 da özündən əvvəl ifadə vermiş şahid X6 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli, № 3-21-3-35/2-N-0014-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998ci il tarixli 03 saylı qərarı ilə JN-044A KOD 90318038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 və ailə üzvləri X18, X7 və X5 mülkiyyətinə ünvan 1ində 0,12 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və koorperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan 25 yanvar 1967-ci il tarixdə Ağdaş rayonu Pirəzə kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X19 xx.xx.1966-cı il tarixdə doğulmuş, atası X16, anası X4r. İşin materiallarında olan 17 dekabr 1986-cı il tarixdə Ağdaş rayonu Pirəzə kənd XDS İcraiyyə Komitəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X1 Şövqi Məsi qızı ilə 17 dekabr 1986-cı il tarixdə 26 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Niftalıyev, arvada Niftalıyeva soyadı verilmişdir. İşin materiallarında olan 02 avqust 2007-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 342555 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X3 Rəmziyə Nadir qızı ilə 02 iyul 2007-ci il tarixdə 11 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İşin materiallarında olan 02 noyabr 2007-ci il tarixdə Ağdaş rayonu Ağzıbir kənd icra nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 374111 nömrəli nikah haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X2 Mehparə Nadir qızı ilə 02 noyabr 2007-ci il tarixdə 19 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə ünvan 1ində doğulmaqla, ünvan 1i ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında ərizəçi Ş.Niftaliyevin və maraqlı şəxs N.Niftalıyevin izahatlarından, şahidlərin izahatları və mülki işin materiallarından müəyyən olundu ki, Ərizəçi əri Maraqlı şəxs1 mülkiyyətinə Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə JN-044A KOD 90318038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə texniki səhv olaraq mülkiyyətçinin soyadı “Niftaliyeva” əvəzinə “Niftalıyev” kimi, adı “Şövqi” əvəzinə “Şövqü” kimi, cinsi “qızı” əvəzinə “oğlu” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçinin sənəddə göstərilən asoyadı, adı və cinsi onun şəxsiyyətini təsdiq edən sənəddəki soyadı, adı və cinsi ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçiyə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Maraqlı şəxs1 Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə JN-044A KOD 90318038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1, Ərizəçi, Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı və Muradova (Niftalıyeva) Mehparə Nadir qızına məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1, Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı, Muradova (Niftalıyeva) Mehparə Nadir qızına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Maraqlı şəxs1 Ağdaş Rayon Aqrar İslahat Komissiyasının 21 fevral 1998-ci il tarixli 03 saylı qərarı ilə JN-044A KOD 90318038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin Maraqlı şəxs1, Ərizəçi, Muradova (Niftalıyeva) Rəmziyə Nadir qızı və Muradova (Niftalıyeva) Mehparə Nadir qızına məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar