Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-11/2025 13.06.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 12 ev 25-də yaşamış X7 adına tərtib olunmuş, öldüyü günə ona məxsus Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 12 ev 25-də yerləşən iki otaqlı evi, o cümlədən bütün əmlakını nəvəsi Maraqlı şəxs vəsiyyət etmiş və Cavabdeh dövlət notariusu M.Əliyev tərəfindən təsdiq edilmiş 11 sentyabr 1997-ci il tarixli 2B-01-195 reyestr nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1998-ci il tarixli 69 №-li sərəncamı ilə Ağdaş şəhəri Azadlıq küçəsi 12/25 №-li (hazırda Heydər Əliyev prospekti 12-ci dalan ev 29) evdə yaşayan X14 tərəfindən o övladlığa götürülmüşdür. Övladlığa götürüldükdən sonra o X26 yaşadığı və xüsusi mülkiyyətində olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 12-ci dalan ev 29-a köçərək onunla birgə yaşamış və həmin evə qeydiyyata düşmüşdür. Hal-hazırda da həmin evdə qeydiyyatdadır. O bu evdə anası Axtər Qaqaşova ilə birgə yaşamaqla bu evdən 2000-ci ilin oktyabr ayında müddətli həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidmətdə olarkən anası Axtər Qaqaşova xx.xx.2001-ci ildə beyin qan dövranının çatışmazlığı səbəbindən vəfat etmiş və onun dəfn və yas mərasimlərini X1 öz vəsaiti ilə həyata keçirmişdir. O 2002-ci ilin aprel ayında hərbi xidmətdən qayıtdıqdan sonra mərhum anasından miras qalmış Ağdaş şəhəri Heydər Əliyev prospekti 12-ci dalan ev 29-da 6 il yaşamış və miras əmlak olan mənzili faktiki olaraq qəbul edib ona sahiblik etmişdir. Lakin Ağdaş şəhərində iş tapa bilmədiyinə görə təsərrüfatla məşğul olmaq üçün Ağdaş rayonu Dovudlu kəndinə gedərək qohum evində qalmaqla təsərrüfatla məşğul olmuşdur. Eyni zamanda zəruri vaxtlarda Ağdaş şəhərinə həmin evə gəlib-getmişdir. X26 ölümündən sonra onun aşağıdakı 4 (dörd) övladı qanun üzrə birinci növbəli vərəsələri var: oğlu X29 (vəfat edib), - qızı X22, - qızı X11, - oğlu İddiaçı. X2 13 fevral 1996-cı ildə vəfat etmişdir (xx.xx.1996-cı il tarixli İV-)Kr 443630 saylı ölüm haqqında şəhadətnamə). Lakin, Ağdaş şəhəri K.Kərimov küçəsi ev 16da qeydiyyatda olan Maraqlı şəxs anasının mülkiyyətində olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 12-ci dalan ev 29-a (keçmiş Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 11 ev 25) münasibətdə ona, X5, X18 və X23 qarşı “Mirasın qəbul edilməsi" barədə Ağdaş Rayon Məhkəməsində iddia qaldırarkən məhkəmə prosesində ona məlum oldu ki, iddiaçı Maraqlı şəxs məhkəməyə anası X7 adından 11 sentyabr 1997-ci il tarixli Cavabdeh 2B- 01-195 nömrə ilə qeydiyyata alınmış və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə (surəti) təqdim etmişdir. Vəsiyyətnamənin 1-ci bəndində qeyd olunub ki, “öldüyüm günə mənə məxsus Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 12 ev 25-də yerləşən iki otaqlı evimi. o cümlədən biitün əmlakımı nəvəm Maraqlı şəxs Cümşiid oğluna vəsiyyət edirəm”. Ağdaş Rayon Məhkəməsi həmin vəsiyyətnaməni əsas götürüb Maraqlı şəxs iddiasını təmin edərək xx.xx.2023-cü il tarixli 2(014)-314/2023 saylı qətnaməsi ilə 25 may 2001-ci ildə vəfat etmiş anası X7 vəfatından sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti 12-ci dalan ev 29 (keçmiş ünvan 1 ünvanında miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0.0172 hektar torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının iddiaçı Maraqlı şəxs tərəfindən qəbul olunmasını müəyyən etmişdir. Lakin, məhkəmə qətnaməsi ilə qanun üzrə vərəsələrin məcburi payı nəzərə alınmamışdır. Odur ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(014)- 314/2023 saylı qətnaməsindən Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti hakim Günay Cavadovanın icraatındadır (iş M2(107)-294/2024). Qeyd etmək istəyir ki, anası X7 adından tərtib olunmuş xx.xx.1997-ci il tarixli 2B-01-195 qeydiyyat nömrəli vəsiyyətnamə qanunsuzdur və etibarsız sayılmalıdır. Vəsiyyətnamənin surətindən göründüyü kimi vəsiyyətnamə texniki vasitə ilə (çap makinası ilə) yazılmış və vəsiyyətnamənin sonunda “imza” və imzanın altında ‘Гугашова Əxтəp Myзəффəp гызы” yazılmışdır (əlyazma ilə). Vəsiyyətnamədə şahidlər göstərilməmişdir, yəni vəsiyyətnamə iki nəfər şahidin iştirakı ilə yazılmamış və vəsiyyət edən anası Axtər Qaqaşova vəsiyyətnaməni şahidlərin yanında imzalamamışdır. Digər tərəfdən, qeyd etmək istəyir ki, vəsiyyətnamədəki imza sözünün qarşısındakı imza mərhum anası Axtər Qaqaşova tərəfindən deyil başqa şəxs tərəfindən icra olunmasına, eləcə də “imza" sözünün aşağı hissəsində ‘Гугашова Əxтəp Myзəффəp гызы” əlyazmasının Axtər Qaqaşova tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasına şübhəsi var. Belə ki, mərhum X26 sağlığında icra etdiyi sərbəst yazı xətti və imza nümunəsi var. Həmin sənədlərdə olan əlyazma yazı xətti və imza vəsiyyətnamədəki yazı xətti və imzadan fərqlidir və Axtər Qaqaşovanın yazı xəttinə və imzasına oxşatmağa çalışmaqla icra edilmişdir. Odur ki, məhkəmə-xəttşünaslıq ekspertizasının təyin edilməsi zəruridir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ekspertizanın cavabı ilə razılaşmırlar. Məhkəmə rəyə əsasən qərar verməli deyil. İddiaları tam əsaslıdır. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin və maraqlı şəxsin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Maraqlı şəxs məhkəmə iclasına 06 mart 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq, Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-314/2023 nömrəli qətnaməsi ilə 25 may 2001-ci ildə vəfat etmiş X7 vəfatından sonra ondan miras olaraq qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti, 12-ci dalan, ev 29 (keçmiş ünvan 1 ünvanında miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0.0172 hektar həyətyanı torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının iddiaçı tərəfindən qəbul olunması müəyyən olunmuşdur. Hal bu ki, o iddia tələbi ilə məhkəməyə müraciət edərkən İddiaçı cavabdeh qismində iddia tələbində qeyd etmişdir. Belə ki, sonradan ona məlum oldu ki, İddiaçı cavabdeh X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki İş üzrə Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-140/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçüb yaşamağı üçün cavabdeh X4 tərəfindən yaradılan süni maneələr aradan qaldırılması qət edilmişdir. İlk öncə onu qeyd edir ki, mübahisə predmeti olan ev onun maraqlarına toxunur və onun vərəsəlik hüququ var. Lakin Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-140/2023 nömrəli qətnaməsi ilə onun hüquqları pozulmuşdur. X4 onun göstərişi və tapşırığı ilə ünvan 3 ünvanında yerləşən evdə yaşayır. O ümumiyyətlə razı deyil ki, İddiaçı həmin evdə yaşasın. Mənim tapşırığı ilə İddiaçı həmin ünvana buraxılmır. Bundan başqa İddiaçı iddia tələbini qəsdən və qərəzli olaraq ona qarşı deyil X3 qarşı qaldırmışdır. Hesab edir ki, həmin işə baxılarkən o məhkəmə iclasına dəvət edilməliydi və onun fikirləri öyrənilməli idi. Sözü gedən Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-140/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermiş, Şəki Apellyasiya Məhkəməsinin 2(107)- 117/2024 nömrəli 10.01,2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddası ilə bağlı mülki iş üzrə icraat hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdehlər X11 və İddiaçı və üçüncü şəxslər X22 və X23 qarşı mirasın qəbul edilməsi tələbinə dair iddiası ilə bağlı 2(107)-294/2024 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-314/2023 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verdi, işin gedişatını izləyərkən ona məlum oldu ki, həmin şikayət üzrə də Şəki Apellyasiya Məhkəməsinin 2(107)-294/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı iddiaçı Maraqlı şəxs cavabdehlər X11 və İddiaçı qarşı “mirasın qəbul edilməsi” tələbinə dair mülki iş üzrə icraat Ağdaş Rayon Məhkəməsinin icraatında olan 2(014)-402/2024 nömrəli mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı təqdim edilənədək dayandırılmışdır. Yenə də İddiaçı iddia tələbini qəsdən və qərəzli olaraq ona xəbər belə vermədən Ağdaş Notariat ofisinə qarşı 11 sentyabr 1997-ci il tarixli vəsiyyətnamənin mübahisələndirmişdir. Hal bu ki, həmin vəsiyyətnamədən İddiaçı bir neçə il bundan əvvəl xəbəri olub. Əgər Vəsiyyətnamədən narazı idisə niyə həmin dövürlərdə iddia qaldırmışdır. İddiaçı gördü ki, o həmin evi təmir etdirərək yeniləmişdir. Bundan sonra evin dəyərinin olmasını anlayıb. Evə dair əsassız iddialar qaldırmağa başladı. Əgər Əli vəsiyyətnamə ilə razılaşmırdısa ondan bir neçə il bundan əvvəl iddia qaldırardı. Hesab edir ki, iddia tələbi iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilə bilməz. İşin materiallarında olan xx.xx.1998-ci il tarixli 168 saylı X15 tərəfindən verilmiş ərizənin surətindən görünür ki, o tək-tənha yaşayır. Ərindən məhkəmənin qərarı ilə 1965-ci ildə boşanmışdır. Hal-hazırda vəfat etmişdir. X17 ilə birlikdə yaşayırlar. 1996-cı il fevral ayında oğlu vəfat etdi. Hal-hazırda tək yaşayır. Ona görə də istəyir ki, nəvəsi İddiaçı övladlığa götürsün. Ona görə də bu işə ona köməklik göstərilməsini xahiş etmişdir. İşin materiallarında olan Ağdaş rayon icra hakimiyyəti başçısının 28 aprel 1998-ci il tarixli 69 saylı İddiaçı övladlığa götürülməsi haqqında sərəncamının surətindən görünür ki, Azərbaycan Respublikası Nikah və Ailə Məcəlləsinin 112-137-ci maddələrini rəhbər tutaraq, 1982-ci il martın 2-də Ağdaş rayonunun Dovudlu kəndində anadan olmuş İddiaçı Ağdaş şəhəri Azadlıq küçəsi 12/25 nömrəli evdə yaşayan X14 tərəfindən övladlığa götürülməsinə icazə verilməsi, övladlığın qeydə alınması rayon VVAQ şöbəsinə tapşırılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli 239 saylı arayışın təsdiq edilmiş surətindən görünür ki, X7 ölümü haqqında 06 iyun 2001-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən 66 saylı akt qeydi saxlanılır. İşin materiallarında olan Ağdaş rayon Güvəkənd kənd İ/N tərəfindən verilmiş 12 noyabr 2022-ci il tarixli AZ-T 215259 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdə Ağdaş rayonu, Dovudlu kəndində anadan olmuşdur. X1, anası X12r. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 11 may 1998-ci il tarixli 258998 saylı övladlığa götürmə haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 2 mart 1982-ci il tarixdə Ağdaş rayonu Dovutlu kəndində anadan olmuş, X1, anası X12r. İşin materiallarında olan Ağdaş Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 avqust 2022-ci il tarixli 1441 saylı arayışın surətindən görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1918-ci il tarixdə Ağdaş rayonunda anadan olmuş X7 ailə üzvlərinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ildək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. Oğlu- X29 (vəfat edib), - qızı X22, - qızı X11, - oğlu İddiaçı. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2(107)-117/2024 saylı qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı süni manelərin aradan qaldırılması tələbinə dair iddası ilə bağlı mülki iş üzrə icraat hal-hazırda Şəki Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdehlər X11 və İddiaçı və üçüncü şəxslər X22 və X23 qarşı mirasın qəbul edilməsi tələbinə dair iddiası ilə bağlı 2(107)-294/2024 nömrəli mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarı qanuni qüvvəsini alana kimi dayandırılması qərara alınmışdır. İşin materiallarında olan Ağdaş rayon VVAQ şöbəsi tərəfindən verilmiş 27 fevral 1996-cı il tarixli 443630 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X31 13 fevral 1996-cı il tarixdə vəfat etmişir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 08 fevral 2024-cü il tarixli 18-1-22/2-194/2024-cü il saylı məktubdan görünür ki, X7 Ağdaş xəstəxanasında işlədiyi dövrdə öz əlyazması ilə yazdığı və imzaladığı tələbnamə formalarının kserosurəti göndərilmişdir. İşin materiallarında olan “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 24 iyun 2024-cü il tarixli 18-1-22/2-878/2024-cü il saylı məktubdan görünür ki, “Ağdaş rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin arxivində olan xx.xx.1997-ci il tarixli, xx.xx.1997-ci il tarixli və xx.xx.1997-ci il tarixli tələbnamələrini əsillərini göndərmişdir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 27 iyun 2024-cü il tarixli 5-32/2-496/2024 saylı məktubdan görünür ki, “Milli arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən saxlama müddəti bitmiş sənədlər rayon Dövlət arxivinə təhvil verilir. Hüquqi qüvvəsini itirmiş sənəd isə akt əsasında məhv edilir. İşin materiallarında olan Ağdaş rayon İcra Hakimiyyəti Ağdaş rayon Dövlət Arxivi tərəfindən verilmiş 3 iyul 2024-cü il tarixli 5-32-15/2-40/2024 saylı məktubdan görünür ki, Ağdaş rayon Dövlət Arxivində saxlanılan Ağdaş rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli sərəncamlar kitabında vətəndaş X6 Ağdaş rayon İcra Hakimiyyətinə ünvanlamış olduğu ərizəyə rast gəlinmədi. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 3-16-16/2-4/607/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, X7 adında olan 11 sentyabr 1997-ci il tarixli vəsiyyətnamədə ‘Гугашова Əxтəp Myзəффəp гызы” əlyazmaları və “имза:” qrafasındakı imza- X14 tərəfindən icra olunmuşdur. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş Ekspert Rəyinə dair Bildirişdən görünür ki, aparılmış təhqiqatın dəyəri 127 (bir yüz iyirmi yeddi) manat təşkil edir. İşin materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti publik hüquqi şəxsi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən 0.0179 hektar kənd təsərrüfatı təyinatlı torpaqlar X9 mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdır. İşin materiallarında 11 sentyabr 1997-ci il tarixli, Vəsiyyətnamənin surətindən görünür ki, Ağdaş şəhəri, Azadlıq küçəsi mənzil 12 ev 25-də yaşayan X16 həmin vəsiyyətnamə ilə aşağıdakı sərəncamı vermişdir. Şıxlı kəndində yaşayan X16 həmin vəsiyyətnamə ilə kəndli həyətinin sonuncu üzvü kimi aşağıdakı sərəncamı vermişdir:
1. Öldüyü günə kimi özünə məxsus olan Ağdaş şəhəri, Azadlıq küçəsi mənzil 12 ev 25-də yerləşən iki otaqlı evini, o cümlədən bütün əmlakını nəvəsi Maraqlı şəxs vəsiyyət edir.
2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 537,538,548-ci maddələrinin məzmunu vəsiyyətçiyə izah olunmuşdur.
3. Həmin vəsiyyətnamə 2 nüsxədən ibarət tərtib və təsdiq edilmişdir. Birinci nüsxə Ağdaş rayon Dövlət Notariat kontorunun işlərində saxlanıldı, ikinci isə vəsiyyətçiyə verilmişdir. 1997-ci ilin sentyabr ayının 11-i günündə vəsiyyətnamə Cavabdeh dövlət notariusu M.Əliyev tərəfindən notariat qaydası ilə təsdiq edilmişdir. Vəsiyyət edənin şəxsiyyəti və hüquq qabiliyyəti yoxlanılmışdır. Vəsiyyətnaməni notariusun hüzurunda vəsiyyət edən X14 özü imza etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının 28 aprel 1998-ci il tarixli 69 №-li sərəncamı ilə Ağdaş şəhəri Azadlıq küçəsi 12/25 №-li (hazırda Heydər Əliyev prospekti 12-ci dalan ev 29) evdə yaşayan X14 tərəfindən İddiaçı övladlığa götürülmüşdür. Övladlığa götürüldükdən sonra o X26 yaşadığı və xüsusi mülkiyyətində olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 12-ci dalan ev 29-a köçərək onunla birgə yaşamış və həmin evə qeydiyyata düşmüşdür. Ağdaş rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(014)-140/2023 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı süni maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, İddiaçı qeydiyyatda olduğu ünvan 3 ünvanında yerləşən yaşayış evinə köçüb yaşamağı üçün cavabdeh X4 tərəfindən yaradılan süni maneələr aradan qaldırılması qət edilmişdir. Ağdaş şəhəri K.Kərimov küçəsi ev 16-da qeydiyyatda olan Maraqlı şəxs anasının mülkiyyətində olan Ağdaş şəhəri Heydər Əliyev prospekti 12-ci dalan ev 29-a (keçmiş Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 11 ev 25) münasibətdə ona, X5, X18 və X23 qarşı “Mirasın qəbul edilməsi" barədə Ağdaş Rayon Məhkəməsində iddia qaldırarkən məhkəmə prosesində ona məlum oldu ki, iddiaçı Maraqlı şəxs məhkəməyə anası X7 adından 11 sentyabr 1997-ci il tarixli Cavabdeh 2B- 01-195 nömrə ilə qeydiyyata alınmış və notarial qaydada təsdiq edilmiş vəsiyyətnamə (surəti) təqdim etmişdir. Vəsiyyətnamənin 1-ci bəndində qeyd olunub ki, “öldüyüm günə mənə məxsus Ağdaş şəhəri Azadlıq küçəsi mənzil 12 ev 25-də yerləşən iki otaqlı evimi. o cümlədən bütün əmlakımı nəvəm Maraqlı şəxs vəsiyyət edirəm”. Ağdaş Rayon Məhkəməsi həmin vəsiyyətnaməni əsas götürüb Maraqlı şəxs iddiasını təmin edərək xx.xx.2023-cü il tarixli 2(014)-314/2023 saylı qətnaməsi ilə 25 may 2001-ci ildə vəfat etmiş anası X7 vəfatından sonra ondan miras qalmış Ağdaş şəhəri, H.Əliyev prospekti 12-ci dalan ev 29 (keçmiş ünvan 1 ünvanında miras qalmış iki otaqdan ibarət fərdi yaşayış evinin tam hissə, həmin evin yerləşdiyi 0.0172 hektar torpaq sahəsindən mərhuma çatası 1/3 hissə payının iddiaçı Maraqlı şəxs tərəfindən qəbul olunmasını müəyyən etmişdir. İşin materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 3-16-16/2-4/607/2025 saylı ekspert rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş, X7 adında olan 11 sentyabr 1997-ci il tarixli vəsiyyətnamədə ‘Гугашова Əxтəp Myзəффəp гызы” əlyazmaları və “имза:” qrafasındakı imza- X14 tərəfindən icra oluması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı müki mübahisə üzrə tərəflər arasında yaranmış münasibətlərə 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş) 39-cu maddəsinə əsasən vətəndaşların və təşkilatların mülki hüquqlarının və ya vəzifələrin əmələ gəlməsinə, dəyişməsinə və ya xitam edilməsinə yönəldilmiş hərəkətləri əqd hesab edilir. Əqdlər birtərəfli, iki və ya çoxtərəfli (müqavilələr) ola bilər. Əqdlər şifahi və ya yazılı bağlana bilər. Yazılı əqdlər iki cür olur: sadə əqdlər və notariat qaydasında təsdiq edilməli olan əqdlər. Həmin Məcəllənin 43-cü maddəsinə əsasən əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. Xarici ticarət əqdlərinin formasına və imzalanma qaydasına riayət etməmək əqdin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Həmin Məcəllənin 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər (16). Həmin Məcəllənin 548-ci maddəsinə əsasən vəsiyyət edən istənilən vaxt əvvəl tərtib etdiyi vəsiyyətnaməni dəyişdirməyə və ya ləğv etməyə haqlıdır. Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi yeni vəsiyyətnamə tərtib etmək yolu ilə olur. Həmin Məcəllənin 545-ci maddəsinə əsasən vəsiyyətnamə, onun tərtib edilmə yeri və vaxtı göstərilməklə yazılı formada tərtib edilməli, vəsiyyət edən tərəfindən imzalanmalı və notariatda təsdiq edilməlidir. Göründüyü kimi vəsiyyətnamənin verildiyi gün qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən əqdin etibarlı olması üçün onun forma və məzmununa əməl olunması mütləq şərt kimi nəzərdə tutulmuş və həmin şərtlərə əməl olunmaması onun etibarsızlığına səbəb olur. Daşınmaz əmlakın vəsiyyətnamə müqavilələri isə notariat qaydasında təsdiqlənməli, təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Bununla da, vəsiyyətnamənin qanuna uyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. X14 11 sentyabr 1997-ci il tarixli vəsiyyətnamə yazarkən notariat orqanı tərəfindən müqavilənin qanunauyğunluğu, müqavilənin predmeti olan əmlaka dair sərəncam verən şəxsin - yəni X7 həmin əmlaka dair bu hüquqa malik olması yoxlanılmış və həmin şəxsin belə bir hüquqa malik olması müəyyən edilmişdir. Bununla da qeyd olunan vəsiyyətnamə bağlanarkən 1 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin tələblərinə tam uyğun olmuş, istər forması, istərsə də, məzmunu ilə bağlı tələb olunan şərtlərə tam uyğun bağlanmışdır. Bundan başqa iddiaçı iddia ərizəsində vəsiyyətnamə texniki vasitə ilə (çap makinası ilə) yazılmış və vəsiyyətnamənin sonunda “imza” və imzanın altında ‘Гугашова Əxтəp Myзəффəp гызы” yazılmış, vəsiyyətnamədəki imza sözünün qarşısındakı imza mərhum anası Axtər Qaqaşova tərəfindən deyil başqa şəxs tərəfindən icra olunmasına, eləcə də “imza" sözünün aşağı hissəsində ‘Гугашова Əxтəp Myзəффəp гызы” əlyazmasının Axtər Qaqaşova tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmasını iddia etsə də, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 3-16-16/2-4/607/2025 saylı ekspert rəyindən məlum olur ki, ekspertizaya təqdim olunmuş, X7 adında olan 11 sentyabr 1997-ci il tarixli vəsiyyətnamədə ‘Гугашова Əxтəp Myзəффəp гызы” əlyazmaları və “имза:” qrafasındakı imza- X14 tərəfindən icra olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən vəsiyyətnamənin etibarsızlığına səbəb ola biləcək, həmin Mülki Məcəllədə müəyyən edilmiş şərtlərin pozulması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə iddiaçını dəlilləri ilə razılaşmayaraq hesab edir ki, vəsiyyətnamə qanuni şəkildə bağlanmış, etibarsız hesab olunması üçün heç bir əsas yoxdur, bu səbəbdən də iddia tələbi əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, iddia tələbi ilə bağlı iddiaçı öz tələbini əsaslandıracaq sübutları məhkəməyə təqdim etmədiyindən iddia rədd edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat İddiaçı oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh və Maraqlı şəxs qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat İddiaçı oğlundan tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X10, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE********************) köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Mürsəlova