Məhkəmə qərarları › İş №2(014)-1101/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-1101/2023

09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-1101/2023 09.08.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarına əsasən 1,70 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi və 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarına əsasən 0,08 hektar fərdi yaşayış həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN-181 KOD 90307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına və JN-150A KOD 90307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə fərdi yaşayış həyətyanı torpaq sahəsi ilə rəsmiləşdirilmişdir. Lakin həmin Dövlət aktlarında texniki səhvə yol verilərək onların adları səhv yazılmışdır. Belə ki, onların adları X12 və Ərizəçi2 Hümbət qızı kimi yazılmışdır. X6 06 noyabr 2001-ci ildə X21 ilə nikah bağlandıqdan sonra Eminova soyadını götürmüş, özü, yəni Ərizəçi2 22 may 1995-ci ildə X14 ilə nikah bağlandıqdan sonra Abdurahmanova soyadını götürmüşdür. Əri 29 mart 2018-ci ildə Ateroskleroz xəstəlindən ölmüşdür. Hazırda həmin torpaq sahəsini Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsində tam mülkiyyət hüququ əsasında adlarına qeydə aldıraraq paylarını müəyyən etmək məqsədi ilə həmin İdarəyə müraciət etmişlər, lakin Dövlət Aktının adlılar siyahısında qeyd edilən səhvlər olduğundan torpağı qeydə aldıra bilməmişlər. Belə ki, maraqlı orqan həmin buraxılmış yalnışlıqların düzəldilməsi sənəd onlara qədər başqa müvafiq icra orqanı tərəfində verildiyindən onların səlahiyyətlərinə aid olmadığı bildirilmiş, ona görə də mübahisənin həlli məqsədi ilə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Qeyd olunan hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Odur ki, Ağdaş rayonu, Qaradağlı kəndi ərazisində yerləşən 1,70 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X14, Maraqlı şəxs1, X12, Maraqlı şəxs3, Ərizəçi2 Hümbət qızı və Maraqlı şəxs2 və JN-150 KOD 90307018 fərdi yaşayış həyətyanı 0,08 hektar torpaq sahəsinin X14, Maraqlı şəxs1, X12, Maraqlı şəxs3 və Maraqlı şəxs2 adına ümumi birgə mülkiyyətinə verilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsinə zərurəti yaranmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında Ərizəçi1 izahat verərək ərizədə göstərilənləri təsdiq etdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə digər Ərizəçi2, maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilən X16 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumudurlar. Hicran onun dayısı arvadı, Güney isə dayısı qızıdır. Dayısının adına dövlət tərəfindən torpaq sahəsi verilmiş, lakin həmin torpağın sənədlərində ərizəçilərin adı və ata adları səhv yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X17 özündən əvvəl ifadə vermiş şahid X16 ilə eyni məzmunlu ifadə vermişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 181 nömrəli KOD 90307018 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiqlənmiş surətindən görünür ki, X11 və ailə üzvləri Maraqlı şəxs1, X12, Maraqlı şəxs3, Ərizəçi2 Hümbət qızı və Maraqlı şəxs2 mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisindən 1,70 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Ağdaş Rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN- 150A nömrəli KOD 90307018 olan torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, X11 və ailə üzvləri Maraqlı şəxs1, X12, Maraqlı şəxs3 və Maraqlı şəxs2 mülkiyyətinə Ağdaş rayonu, Qaradağlı kəndi ərazisindən 0,08 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq tərəsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3- 35/2-E-0002-8/2023 saylı və № 3-21-3-35/2-E-0003-8/2023 saylı məktubdan görünür ki, ilkin hüquqmüəyyənedici sənəddə yanlışlığın düzəlişinin aparılması ərazi idarəsinin səlahiyyətinə aid deyil. İşin materiallarında olan 25 iyun 2023-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 045031 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Güney Aydın qızı ilə 06 noyabr 2001-ci ildə nikahlarını akt qeydləri kitabında 269 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Eminov, arvada Eminova soyadı verilmişdir. İşin materiallarında olan 22 may 1995-ci il tarixdə Ağdaş rayon Yuxarı Nemətabad kənd ica nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 045031 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 Hicran Hümməd qızı ilə 22 may 1995-ci ildə nikahlarını akt qeydləri kitabında 10 nömrə ilə qeydə aldırmışlar. Nikah bağlandıqdan sonra ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. İşin materiallarında olan 23 fevral 1967-ci il tarixdə Güvəkənd kənd soveti tərəfindən verilmiş AЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramova Hicran Hümməd qızı 23 fevral 1967-ci ildə ünvan 3 kəndində doğulmuş, atası Bayramov Hümməd ---, anası X4r. İşin materiallarında olan 29 dekabr 1979-cu il tarixdə Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş Vİ-ЖГ № 285079 saylı doğum haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X13 xx xxxxxx 1979-cu il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində doğulmuş, atası X14, anası X7r. İşin materiallarında olan Ağdaş rayon Qaradağlı kənd soveti tərəfindən verilmiş 14 aprel 1981-ci il tarixli, Vİİİ-ЖГ № 274860 saylı doğum haqqında şəhadətnamənin təsdqilənmiş surətindən görünür ki, Maraqlı şəxs1 xx xxxxxx 1981-ci il tarixdə Ağdaş rayonu, Qaradağlı kəndində doğulmuş, atası X14, anası X7r. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1979-cu il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ-si tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1967-ci il tarixdə ünvan 3 kəndində doğulmaqla, Ağdaş rayonu, Qaradağlı kəndi ünvanında qeydiyyatdadır. İşin materiallarında olan 16 mart 223-cü il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 297152 saylı ölüm haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X14 xx.xx.2018-ci il tarixdə Ateroskleroz xəstəliyi səbəbindən ölmüşdür. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 və şahidlərin izahatlarından və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçi Eminova Abdurahmanova) Güney Aydın qızının adı Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə verilmiş 27 fevral 2000-ci il tarixli JN-181 KOD 90307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında və JN-150A KOD 90307018 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə “Güney” əvəzinə “Günel” kimi, digər Ərizəçi2 ata adı Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə verilmiş 27 fevral 2000-ci il tarixli JN-181 KOD 90307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktında “Hümməd” əvəzinə “Hümbət” kimi yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Hazırkı halda işin halları ilə müəyyən edilir ki, ərizəçilərin sənəddə göstərilən soyadları, adları və ata adları onların şəxsiyyətini təsdiq edən sənəddəki soyadları, adları və ata adları ilə düz gəlmir, həmin sənəd hüquqmüəyyənedici sənəddir və ərizəçilərə hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999cu il tarixli 15 saylı qərarı ilə verilmiş JN-181 KOD 90307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X5, Maraqlı şəxs1, Eminova (Abdurahmanova) Güney Aydın qızı, Maraqlı şəxs3, Ərizəçi2 və Maraqlı şəxs2 məxsus olması, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə verilmiş JN-150A KOD 90307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Maraqlı şəxs1, Eminova (Abdurahmanova) Güney Aydın qızı, Maraqlı şəxs3 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxslər Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı sənədin məxsus olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə verilmiş JN-181 KOD 90307018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət X5, Maraqlı şəxs1, Eminova (Abdurahmanova) Güney Aydın qızı, Maraqlı şəxs3, Ərizəçi2 və Maraqlı şəxs2 məxsus olması, Ağdaş rayon Aqrar İslahatı Komissiyasının 25 noyabr 1999-cu il tarixli 15 saylı qərarı ilə verilmiş JN-150A KOD 90307018 saylı torpağın mülkiyyətə verilməsinə dair X1, Maraqlı şəxs1, Eminova (Abdurahmanova) Güney Aydın qızı, Maraqlı şəxs3 və Maraqlı şəxs2 məxsus olması faktı müəyyən edilsin. Hazırkı qətnamə uyğunsuzluğun aradan qaldırılması üçün əsasdır. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar